«Elə bir insan yoxdur ki, o, Ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs Qitənin, Torpağın bir hissəsidir; əgər dalğa bu sahildəki daş Qayasını çırpıb aparsa, onda Avropa kiçilər. Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan Nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, Zəng kimin üçün çalınır: O sənin üçün çalınır».
Con Donnun bu sözləri ilə Ernest Heminquey öz dahi «Zəng kimin üçün çalınır» (azərbaycan dilində bu əsər həm də «Əcəl zəngi» kimi tanınır) romanını başlayır. Yazıçının adrenalin və ispan korridasına olan azarını nəzərə alsaq, İspaniyadakı vətəndaş müharibəsinə (1936 - 1938) həsr olunmuş bu nəhəng əsərin 60 il sonra öz davamını idman müstəvisində tapacağını təsəvvür etmək olar. Çünki Heminqueyin ürəkdən sevdiyi Fiesta, çulğalanan adrenalinin dağ çayları ilə, öküzlərin döyüşləri və toreodorların «ölümcül» məharəti ilə Roma meydanında özünün yeni təcəssümünü tapdı.
Əslində isə... Xosep Qvardiolanın başçılıq etdiyi ispaniya respublikaçıları Avropanın əsas trofeyinə ikinci il dalbadal hücum çəkən ingilis müdaxiləçilərinə sardıcı zərbə hazırladı. Mövsüm boyunca «Barselona» yalnız açıq üzlə irəli atılırdı, heç kimdən və heç nədən qorxmadan. Kataloniyalıların sursatı o qədər böyükdür ki, yalnız tətiyi çəkərkən silahın təsadüfən od almaması rəqib tərəfə kiçik döyüşdə üstün olmağa imkan verir, və bu fürsətdən, yeri gəlmişkən, «Numansiya», «Espanyol» və Madrid «Atletikosu» yararlana bilmişdilər.
Lakin indi hər şey başqa cürə idi! Komandan Qvardiolanın dəstəsi gizlənərək, hətta partizanlara qoşulmalı oldu ki, əzici zərbə planını hazırlaya bilsin.
Mövsümün əsas döyüşü öncəsi bir çox aparıcı döyüşçülərini itirmişdi Pep. Kataloniyalıların müdafiə darağından Rafael Markes başda olmaqla, demək olar, bütün döyüşçülər sıradan çıxmışdı. Meksikalı diz bağlarından zədələnərək döyüş meydanlarını bir müddət əvvəl tərk etmişdi, amplua yoldaşları Abidal və Alveş isə əvvəlki savaşlarda «icazə verilən» kobudluq sərhədlərini aşıb keçmişdilər.
Həm də, əvvəlki vuruş strategiyasının daha bir ingilis dəstəsinə qarşı həyata keçirilə biləcəyinə, bəlkə də, inamını itirmişdi Pep. Çünki ada ölkəsinin güclü olsa da, ən əsas olmayan dəstəsi az qala onların işini bitirəcəkdi. Sanki «qoca qurd» Hiddink onun manqasının bütün sirrlərindən hali olmuşdu, və dünyaya göstərirdi, bax budur onlara qarşı silah, mənə bir az çatmadı, siz istifadə edin.
Lakin dönmədi öz yolundan Pep. Xeyr, dünya, nə yaxşı ki, «bu zəng sədaları heç də Futbol üçün səslənmir».
Müasir futbol, və ya onu total da adlandırırlar, oyunun yeni cizgilərini açdı, indi müdafiə hücumdan başlayır və tərsinə. Milli çempionatda vurduğu 104 qolun hesabına bu yazılmamış qanunun doğruluğuna əmin olan «Barselona», müdafiədəki dəlikləri öz dəst-xətti ilə tarazlamağa üstünlük verdi. İnyesta və Xavinin irəliyə olduğu qədər, arxaya da fikir vermələri, onların hücum potensialının heç də zəifləməsinə gətirmədi. Və, bununla da, onlar yenə də hamıya nümayiş etdirdilər ki, dünya meydanlarının ən güclü mərkəz döyüşçüləri kimdir.
Fransalı legioner Anri üçün də bu savaş ömrünün ən vaciblərindən idi. 31 yaşında Tyerri İspaniya və İngiltərə, dünya və Avropa cənglərinin ən böyük trofeylərini əldə etsə də, Köhnə Dünyanın ən nüfuzlu klub kubokunu başı üzərinə qaldıra bilməmişdi.
Aldığı zədə olmasa idi, Qvardiolanın Robert Cordanı («Zəng kimin üçün çalınır»), sözsüz ki, Roma qəhrəmanlığının ən əsas yaradıcılarından biri olacaqdı. Təxminən ikiillik «isinişmədən» sonra Tyerri yeni məkanda özünü tapdı, və kuboku qazanmaq üçün gəldiyi komanda onun üçün həyatın mahiyyətinə çevrildi, Heminqueydə Cordan üçün Mariya olan kimi; və heç də təsadüfi deyil ki, kubokun qazanılması günü də onun qızının ad günü ilə üst-üstə düşdü.
Və, ilk baxışdan, «Mançester Yunaytedə» hər nə lazım olduğu elə göz qabağında idi. «Çelsi» də sübut etmişdi ki, «Barselonanı» ilk növbədə mərkəzdəki oyunla diz çökdürmək olar. Essyen, Ballak, Lempardın hesabına meydanın mərkəzini sementləşdirərək, londonlular bu yolla cinahları öz keçidləri üçün azad etmişdilər. İndi isə, kataloniyalıların əsas cinah futbolçuları çıxış etmirdi. İnyesta və Xavinin məcburən tez-tez geri çəkildiyini nəzərə alaraq, mankunianlara yalnız Messini saxlamaq qalırdı – və işi bitmiş hesab etmək olardı.
Lakin, belə oyun quruluşunun necə də etibarsız, laxlayan olduğu bizə aşkar oldu. «Barselona» ilə açıq oyunun nəyə gətirə biləcəyini gözü önünə alan «Çelsi» var gücü ilə ilk növbədə qol buraxmama çalışırdı. Yalnız bu halda onun yeritdiyi taktika bir məna kəsb edəcəkdi. «Mançester Yunayted» isə matç başlayan kimi rəqibi gözlənilməz hücumlara qonaq etdiyi vaxt, bunun cavabını buraxdığı qolla gördü. Və bundan sonra, demək olar, axıra qədər onun nokdaundan ayıla bilməməyi, «Barselonaya» qarşı hətta qocaman və dahi məşqçilərin belə bir fərli taktika seçə bilməməyi anlamına gətirib çıxarır. Əslinə qalanda, hətta «Portuya» qarşı ikinci matçda irəli getməyi heç düşünməyən «Yunaytedin» (ilk matçda belə oyuna davam gətirə bilməyəcəyi Ferqyusona bəlli oldu), «Barselonaya» qarşı güclü nə isə fikirləşə biləcəyi çətin təsəvvürə gətirilirdi. «MY» ötən ildən həyata keçirdiyi «soyuqqanlı» oyun üslubuna bel bağladı, lakin bunu yalnız matçda birinci qol buraxmamaq şərti ilə yeritmək mümkündür. Bu taktika isə ona gətirib ki, heyətində güclü hücum potensialı olan mankunianlar, hücum etməyi sevən komandalara qarşı heç nə qoya bilmir.
Ferqyuson matçdan sonra düz dedi. Bu onun və komandası üçün böyük təcrübədir. Və Ronaldunu da çox güman itirəcəyi kollektivin göstərdiyi oyun filosofiyasının dəyişməsi, onun «uzaqdan eşidilən zəng səsini» yox edərək favoritlər siyahısında qalması üçün labüd olan faktordur.
P.S. Eurosport-un bir sıra məcazi müqayisələrindən istifadə edilib. Zəng səsi xristianlarda keçmişdə kiminsə vəfat etdiyindən xəbər verirdi.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video