İtaliya mətbuatı iddia edir ki, skudetto ilə birgə, çempionatın çox hissəsini tutduğu ikinci yerdən də əli üzülən Turin «Yuventusu» baş məşqçini dəyişmək qərarını verib. Baxmayaraq ki, Klaudio Ranyerinin «byankoneri» ilə müqaviləsinin başa çatmasına hələ bir il var, A Seriyasının ən titullu klubunun rəhbərliyi ağsaqqal məşqçi ilə yollarını ayırmaq niyyətindədir. 57 yaşlı mütəxəssisin yerini tutmağa namizədlərin sayı isə nə qədər istəsəndir. Deyilənə görə, ən böyük şanslardan birinə Antonio Konte malikdir. Əsrlərin kəsişməsi dönəmində «Qoca Sinyoraya» 13 ilini həsr edən futbolçu indi baş məşqçi qismində uğurla «Barini» çalışdırır. Onun rəhbərliyi altında komanda B Seriyasına inamla lidelik edir.
Kontenin gəzən söhbətləri reaksiyası da özünü çox gözlətməyib: «Futbolçu ikən yüksək səviyyədə bir neçə il oynamışam və bu oyunun bütün müdrikliyi ilə tanışam. Əminəm ki, Turinə yeni tərzdə gəlmək üçün hər şeyim var».
Ancaq Kontenin bu yolda bir neçə əngəlləri ola bilər. Bunlardan birisi də, Channel4 kanalının xəbərinə görə, «Latsionun» hazırki çalışdırıcısı Delio Rossidir. Deyilənə görə, Rossinin «Yuve» rəhbərləri ilə yaxşı əlaqələri var.
Son vaxtlar bu yöndə adı hallanan daha bir mütəxəssis, İtaliya yığmasının baş məşqçisi Marçelo Lippi isə yığmada işlədiyinə görə «Yuventusa qayıtmayacağını söyləmişdi. Sonra mütəxəssis bütün şübhələrə son qoymaq üçün bəyanatını daha da qətiləşdirib.
«Yuventusa» gəlməyəcəyimi deyərkən, onu demək istəmişdim ki, 2010-cu il dünya çempionatından sonra da ora qayıtmayacağam», – deyə Lippi qeyd edib.
«Yuventusla» adı hallananlar yalnız məşqçilərlə bitmir. Xəbər verdiyimiz kimi, Fabio Kannavaronun kluba qayıdacağı haqda xəbərlər yayılan kimi, Turin klubunun azarkeşləri buna qarşı etirazla çıxış ediblər. Belə gəlişin baş tuta biləcəyini rəsmən təsdiqləyən Kannavaronu isə azarkeşlərin hoqqası çəkindirməməklə yanaşı, üstəlik İtaliyada istirahət edəcəyini düşünür.
Belə ki, o xəbər verib ki, onun «Yuventusa» keçidi güman ki, baş tutacaq və bununla əlaqədar azarkeşləri ona hirslənməməyə çağırıb. Xatırladaq ki, üç il əvvəl «Qoca Sinyora» danışılmış matçlarda iştirak etdiyi üçün iki çempionluq titulu əlindən alınmış, özü isə B Seriyasna göndərilmişdir. O vaxt Fabio komandanı dar günündə dəstəkləməyərək, «Reala» üz tutmuşdu.
«Əvvəllər bir neçə dəfə başa salmışam ki, bu niyə baş vermişdi. Başa düşürəm ki, bəziləri məndən başqa addımlar gözləyirdi, ancaq turinlilərin rəhbərliyi mənim gedişimə özü razı olub. Mən «Yuventus» azarkeşlərinə hörmətlə yanaşıram və ümid edirəm ki, keçmiş inciklik arxada qalacaq. «Napoliyə» gəlincə, oradakı azarkeşlərin məni necə sevdiyindən xəbərim var. Mən dünya çempionatı kubokunu evimə gətirəndə, 100 min insan məni qarşılamağa çıxmışdı. Ancaq onların məni almaq planları yox idi. Klubun prezidenti demişdi ki, mənə 35 yaşlı futbolçu lazım deyil. «Realdasa» yeni prezidentin seçkilərini gözləməyimi söylədilər, ancaq digər klublara da nəzər yetirməyimi tövsiyyə etdilər. Nəticədə agentimə dedim ki, mənə yeni klub axtarsın. Ancaq nəzərə aldıq ki, bir ildən sonra dünya çempionatıdır və hər şeyi sıfırdan başlamağın yeri yoxdur, həm də bir az rahatlanmaq, istirahət etmək istədim. Ona görə də «Mançester Siti» ilə «Bayernin» təklifini rədd etdim», – deyə futbolçu Channel4 kanalına müsahibə verib.
Kannavaronun gəlişinə razılıq verən Ranyeri indi özü getmək astanasındadır

Kannavaro isə azarkeşlərə yenidən bir yerdə oynamağı təklif edir

Monika Belluççinin də Kannavaronun «ən yaxşı futbolçu» titulunda əli var

Adıçəkilən kanal «Udineze» forvardı Fabio Kualyarellanın da yeniləşmiş «Yuventusda» gücünü sınamaq istəyini açıqlayıb. Qeyd edilir ki, «Qoca Sinyoranın» transfer məqsədlərindən olan 26 yaşlı hücumçu artıq keçidə ilkin razılıq verib.
Bu arada isə, Lissabon «Benfikası» «Midlsbronun» braziliyalı forvardı Afonso Alveşi sıralarına qatmağa çox yaxındır. «Herenvendə» 34 qol vuraraq Hollandiyanın ən yaxşı snayperi olmuş futbolçu Portuqaliya klubu ilə ilkin razılaşma əldə edib və bu ilin yayında «Da Luşda» peyda olacağı gözlənilir.
Ən sonda isə onu da qeyd edək ki, «Bayerni» çalışdırmağa Martin Yol, Mattias Zammer, Karlo Ançelotti, Frank Raykard kimilərindən uzun siyahıya bir isim də əlavə edilib – Roberto Mançini. Maraqlıdır ki, alman mətbuatında bu xəbər çıxar-çıxmaz, münhenlilərin italiyalı müdafiəçisi Massimo Oddo yerlisini o ki var tərifləməyə başlayıb. «Milanın» eks-futbolçusu «Bayernə» indiki vəziyyətində lazım olan məşqçinin məhz Mançininin olduğunu iddia edir.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video