«Verderin» yarımmüdafiəçisi Dieqo, «Yuventusla» razılaşdığını alman mətbuatına rəsmən təsdiq etdi.
«Turinlilərlə bütün məsələləri həll etmişik və cümə gününə qədər bu barədə elan olunacaq. Klublar saziş altına öz imzalarını qoyacaqlar və gələn mövsümdən etibarən mən «Yuventusda» çıxış edəcəyəm. Ümid edirəm ki, həftənin sonuna qədər mən də yeni klubumla rəsmən müqavilə bağlayacağam», – deyə Dieqo bəyan edib.
Xəbər verdiyimiz kimi, braziliyalı pleymeyker uğrunda «Yuventusla» «Bayern» mübarizə aparırdı, ancaq futbolçunun atasının dediyinə görə, məsələni Dieqonun Turində çıxış etmək arzusu həll edib.
«Atletiko» müdafiəçi Yurkas Seytaridis ilə müqavilə pozdu. Xatırladaq ki, bir müddət əvvəl Madrid klubu havbek Manişe ilə də əlaqələrinə son qoymuşdu.
Buna əsas kimi, hər iki futbolçunun «matrasçıların» «Sportinq» ilə aprelin 29-da primeranın 33-cü turu çərçivəsində keçirilən matçını (3:1) üzrlü səbəb gətirmədən buraxmalılarıdır. «Atletikonun» rəsmi saytı xəbər verir ki, bu hərəkətləri ilə onlar, iştirak ərizəsinə salınıb-salınmayacağından asılı olmayaraq bütün futbolçuların komandanın hər matçına gəlmələri barədə prinsipi pozublar.
Ronaldinyonun agenti olan qardaşı Roberto de Assis, futbolçunun «Milanı» tərk edə biləcəyini bəyan edib. Lakin qardaşının Braziliyaya qayıdacağı barədə məlumatları təkzid edib. «Heç bir braziliya klubu ilə variant indi nəzərdən keçirilmir. Lakin, onun Avropada klubu dəyişə biləcəyi barədə sualı mən müsbət cavablayıram», – AP Assisdən sitat gətirir.
İsveçli hücumçu Zlatan İbrahimoviçin agenti Mino Rayola müştərisini almağa qadir dörd klubun adını çəkib.
«Çelsi», «Mançester Yunayted», «Barselona» və «Real» – yalnız bu klubların Zlatanı almağa gücləri çatar. Lakin onun «İnterlə» hələlik üçillik müqaviləsi var», – deyə agnet İsveçin Aftonbladet qəzetinə bəyan edib.
«Uiqanın» baş məşqçisi Stiv Brüs, Kriştianu Ronaldu və Karlos Tevesin «Mançester Yunaytedi» tərk edəcəkləri təqdirdə böyük çətinliklərlə üzləşəklərini dilə gətirib. «Real» Ronalduya çoxdan elçi düşüb, argentinalı forvard isə meydanda keçirdiyi vaxtdan narazılığını bildirərək digər komandaya keçmək istəyir.
«Old Traffordu» tərk edən hər bir kəs çətinliklərlə üzləşir. Bu geriyə addımdır. «Yunayteddən» gedən tək-tək futbolçu sonradan uğur qazanıb. Və bu hamıya aiddir – əvəzedicidən tutmuş klubda 10 il keçirən futbolçuyadək. Top-səviyyəli müasir futbol öz tələblərini irəli sürür. İldə 60 matç keçirmək lazım gəlir. Çempionlar liqasında qələbə uğrunda 18 matçlıq yolu qət etməlisən. Və bütün bunlara nail olmaq üçün heyətdə böyük matçlarda qələbə qazana biləcək dəyərli futbolçular olmalıdır», – Brüs The Guardian nəşrinə bəyan edib.
«Sanderlenddə» icarə əsasında çıxış edən Cibril Sissenin agenti, müştərisinin bu yay «Tottenhemə» keçəcəyini bəyan edib. Xatırladaq ki, futbolçunun transferi «Marselə» aiddir. Sissenin «pişiklərlə» icarə müqaviləsi bu yay başa çatsa da, klubun təhlükəli zona komandalarını cəmi iki xal qabaqlaması, danışıqların davam etdirilməməsi ilə sonuclanıb. Ancaq agent artıq bütün şübhələrə son qoydu.
«Mövsüm başa çatan kimi, Sisse «Sanderlendi» tərk edəcək, klubun premyer-liqada yerini saxlayıb-saxlamayacağından asılı olmayaraq. Biz «Tottenhemlə» razılığa gəlmişik və onlar Cibrillə 12 aylıq müqavilə imzalayacaqlar», – deyə agent Ranko Stoyiç L'Equipe qəzetinə bəyan edib.
«Barselonanın» idman direktoru Çiki Beqiristayn mövsüm başa çatandan sonra hücumçu Boyan Krkiçin məsələsinə baxacaqlarını söyləyib. Sky Sports xəbər verir ki, 18 yaşlı forvard dalınca «Tottenhem», «Almeriya», «Deportivo», «Blekbörn» kimi klublar elçi düşüb.
«Boyana görə bizimlə artıq əlaqə saxlayıblar, ancaq hələlik heç nə həll olunmayıb. Burada Qvardiolanın rəyi əsas rol oynayacaq», – deyə Beqiristayn xəbər verib.
Futbolçunun özü isə bacardıqca kataloniya klubunda qalacağını deyib.
«Barselonada» bundan sonra da çıxış etmək istəyərdim. Özümü göstərməyə daha bir şans qazansam, bundan yararlana biləcəyəm. Ancaq mövsüm başa çatandan sonra klubla danışaraq, vəziyyəti ayırd edəcəyəm», – deyə Krkiç söyləyib.
İspaniyanın AS qəzeti xəbər verir ki, «Real» «Liverpul» ilə yarımmüdafiəçi Xabi Alonsoya dair danışıqlara başlayıb. Xəbər verdiyimiz kimi, mersisaydlılar 11 futbolçusunu transferə çıxaracaqlar və onların arasında Xabi Alonsonun adının da olduğu bildirilir. Liverpullular havbek üçün 30 milyon funt sterlinq tələb edir, lakin madridlilər hələlik qiyməti saldırmağa çalışırlar. Qeyd edək ki, futbolçunun özü də vətəninə qayıtmaq arzusunu dilə gətirib.
L'Equipe xəbər verir ki, «Bordoda» icarə əsasında çıxış edən «Milanın» yarımmüdafiəçisi Yohan Qurküff, jirondistlərin heyətində qalmaq cəhdlərinə ara vermir. Bu gün futbolçunun agenti «Bordo» rəhbərliyi ilə Qurküffü satın almaq barədə danışıqlar aparıb. Qeyd edək ki, bu keçid «Milana» 15 milyon avro ödəniləcəyi təqdirdə baş tuta bilər. İcarə müddəti isə bu ayın sonu başa çatır.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video