Futbol » Başqa futbol xəbərləri

«Wenger knows», yoxsa işlər xarabdır

6 may 2009, çərşənbə, 3:50

Son vaxtlar Ingiltərə çempionatının gücündən danışanda adətən dörd komandanın adını önə verirlər. Bir tərəfdən buna lüzum da var, çünki Avropanın əsas klub turnirinin yarımfinallarında bu komandalardan üçü yer alıb, birisi isə elə bu dördlüyün üzvünə uduzub. Ancaq bir az dərinə varsaq, bu təsvirdə şablonluğun böyük pay sahibliyini aydın sezmək olar.

«Arsenal» hal-hazırda İngiltərə çempionatında dördüncü yeri tutsa da, üçlüyə düşmək üçün heç bir şansı yoxdur. Əlbəttə, beşinci pilləyə də yuvarlanmayacaq, ancaq bir-biri ilə əsl savaşa çıxan «Liverpul», «Çelsi» və «MY» komandalarının kompaniyasından kənarda qalmaq da onu heç də sevindirə bilməz.

İngiltərə dördlüyünün artıq üçlüyə çevrilməsi fikri «topçuların» «Liverpulla» 4:4 hesabı ilə başa çatan epik qarşılaşmasından sonra gəldi. Bu fikrin yaranmasına səbəb isə matça baxanda tamamilə başqa səviyyəli komandaların oynamaları təəssüratı idi, bundan əlavə, demək olar heç bir şübhə yoxdur ki, «Arsenalın» heyətində Andrey Arşavin olmasaydı, vurulan topların sayı dörd dəfə az olardı.

Əlbəttə, mövsümün uğursuz alındığını Çempionlar liqasının yarımfinalına qədər irəliləməklə ört-basdır etmək olar. Ancaq bu uğursuzluğun, əslində, dərin kökləri var və onlardan çıxan cücərtilər elə vəziyyətə gətirib çıxarıb ki, indi Arsen Vengerin heyətində hamının öyrəşdiyi və gözlədiyi oyunu göstərməyə cəmi üç-dörd futbolçunu göstərmək mümkündür. Liqada gələn uğuru isə birinci növbədə rəqiblərin səviyyəsi ilə əlaqələndirmək lazımdır, «topçuların» özünün ustalığı ilə yox. Londonluların bəxtindən, «Roma» da, «Vilyarreal» da indi dərin böhran yaşayır, autsayderlərə öz meydanlarında məğlub olur, və bunun nəticəsi kimi, çox güman ki, gələn mövsüm Çempionlar liqasında çıxışdan məhrum olacaqlar.

Venger hər zaman hazır futbolçunun əvəzinə topdan gənc istedadları almağa üstünlük verən və sonradan onlardan xoşladığı tərzdə futbol oynaya bilən ustalar hazırlayan məşqçi hesab edilib. Hər halda, «Arsenala» gəlişindən sonra fransız məhz bu tərzdə işləməyə üstünlük verib. Söhbət yalnız trofeylərin qazanılması baxımından yox, həm də yeridilən siyasətin uğurundan gedir – komandaya gənc olsalar da, elə futbolçular yeridilirdi ki, onlar həm nəticə qazanmağa, həm də satışları ilə kluba ciddi gəlir gətirməyə kömək edirdilər.

Onu da nəzərə alaq ki, «Arsenal» heç vaxt öz məktəbinin yetirmələri ilə işləməyib, o skautlarının bütün dünyadan seçib gətirdiyi futbolçuları ərsəyə gətirib. Məsələn, «Marseldə» heç nə ilə yadda qalmayan Matyö Flamini, klubunu azad agent kimi tərk etmişdi, Londonda isə adanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən biri oldu.

Hal-hazırda «topçuların» yeni nəsli peyda olur. Bu nəsillər Vengerin dövründə bir neçə dəfə bir-birini əvəzləyib və hamısı da «Hayberiyə» öz trofeyini gətirib. Yeni nəslin simaları – Aleksandr Sonq, Denilson, Gibbs, Vela, Uolkott və bəlkə də, Sesk Fabreqası da bura əlavə etmək olar. Bəlkə – ona görə ki, ispan futbolçu özü barədə daha əvvələr də səs yaymışdı – hələ Anri, Kempbell, Yunqberqin dövrlərində, indiki komanda da isə artıq bir növ «day-day» rolunda çıxış edir.

Lakin, bu yeni nəsil «əcdadlarının» rolunu oynaya bilmədi, ona hazır olmadı. Komandanın indiki heyətindən son onillik ərzində «Arsenaldan» alışdığımız futbolu üç, Arşavinin gəlişindən sonra isə dörd futbolçu göstərə bilər, digərlərinin səviyyəsi isə dəhşətli surətdə geri qalır. Buna görə də, Vieyra və Anrinin nəslindən Fabreqas və van Persinin nəslinə keçən dövr belə uzun alındı – yeni gələnlər ya aşağı səviyyəlidirlər, ya da ki, çox gənc (məsələn, «Kardiffdən» böyük məbləğə alınan Aaron Remsi kimi).

Sonq on metrdən uzağa pas ata bilmir. Ümumiyyətlə, bu futbolçunun timsalında yeni nəslin necə də geri qaldığının şahidi olmaq mümkündür. Bir tərəfdən, dünyaya yeni Vieyrasının axtarışına çıxan Venger həmvətəni tipli mərkəz futbolçularına qarşı «zəiflik» göstərməklə yanaşı, özü bu vəziyyətin qurbanına çevrilib. Onun inadla Sonqdan, Diabidən eyni futbolu tələb etməsi komandanın orta sahəsinə yalnız mənfi təsir göstərir. Sonq 90 faiz mübarizələri uduzur, hücumun gedişatını təsirli dərəcədə ləngidir, bu mövqedə çıxış edən futbolçuların əsas peşəsi sayılan «topu rəqibdən ələ keçirmək» bacarığı isə deyəsən ona tamamilə yaddır. Bu futbolçunun inkişaf təkamülü və ya getdikcə heyətdən mümkün uzaqlaşması Venger strategiyasının düzgün yolda olduğunun və ya yolundan azmasının (az-çox, bunu zaman göstərəcək), yəqin ki, bir təzahürü olacaq.

Böyük ümidlərlə heyətə cəlb olunan Samir Nəsri, tez bir zamanda «yeni Zidan» xülyalarını puç etdi və savadlı, ancaq sadə mərkəz yarımmüdafiəçisi mövqeyində özünü təsdiqlədi. Bendtnerin də yeri «Arsenal» deyil. O hansısa bir «Uiqanda» cinah asmalarını başı ilə tamamlamalıdır, «Arsenalda» edə bilmədiyi işlə məşğul olmalı yox. Müdafiədə «topçular» liderlərin «qalıqları» (Silvestr və ya Qallas kimi) ilə qidalanır və Gibbs kimi bığ yeri tərləməmiş gənclərlə onların ötüb-keçmiş rənglərinin əvəzini vermək istəyirlər.

Yəqin ki, «Mançesterdən» gələn ağır məğlubiyyət bütün bunlara əyani sübutdur. «Arsenalın» ikinci matç üçün hansısa şanslarının saxlanılmasını onların «Old Trafforddakı» uğurlu oyunu ilə yox, birinci növbədə Almuniyanın karyerasında ən gözəl matçını keçirməsi ilə əlaqələndirmək olar. Ancaq ispaniyalı top-qapıçı deyil ki, bunu hər oyun təkrar edə bilsin.

Heç-heçə başa çatmasına baxmayaraq, «Liverpulla» matç və «Mançesterlə» iki raundluq qarşıdurma «Arsenalın» bütün sistem böhranının çılpaq çəkildə üzə çıxmasına kömək etdi. İndiki heyətdən yalnız Van Persi, Uolkott, Fabreqas, Arşavin və Adebayor (sonuncuya bu yöndə çox böyük şübhələr var) – yalnız onlar «Arsenala» onun futbolunu oynamağa və nəticə gətirməyə kömək etməyə hazırdırlar.

Hələ üstəlik bu mövsüm «Arsenalın» oyun formasının böhranı da özünü büruzə verir. Məsələn, ötən il elə həmin «Liverpulla» Liqanın 1/4 finalında qarşıdurmanın taleyini cüzü məqamlar həll etdi, bu il isə çempionatda liderlik edən üçlüklə «topçular» arasında böyük uçurum hiss olunur. İlk baxışdan, yalnız Arşavinin gəlişindən sonra «Arsenal» əli üzüldüyü dördüncü pilləni qaytara bildi. Eks-piterli, demək olar, hər oyunda top vurmaqla və ya qola gətirən paslar verməklə yanaşı, «topçuların» oyununa lazım ilan sürəti, dinamikanı gətirib. Yeri gəlmişkən, onun alışını Vengerin əlində olan futbolçularla nəticə qazanılmağının mümkünsüz olduğunun başa düşdüyü ilə də əlaqələndirmək olar. Bu il 28 yaşı tamam olan Arşavin kimi «qoca» və hazır oyunçular almaq fransıza heç xas deyil.

«Arsenala» sonda qapını bərk çırpmaq və bədbinlərin yanıldığını əsaslandırmaq üçün 10 gündən sonra həmin mankunianlara çempionluq yarışında badalaq vurmaq gərəkir. Hələlik isə, onların əsası var ki, desinlər – bu öyrəşdiyimiz «Arsenal» deyil, bu oyunçular «Arsenala» layiq deyil.

Digər tərəfdən, «topçu» fanatlarının pərəstişgahı olan Arsen Vengerin bir çox qərarları onları da tez-tez çaş-baş salır. Ancaq hamıdan fərqli olaraq, azarkeşlərin bütün suallara yalnız bircə cavabı var – «He knows».


Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video