Telman İsmayılov «Antalyasporu» alır? - Idman.az 


Futbol » Başqa futbol xəbərləri

Telman İsmayılov «Antalyasporu» alır?

30 may 2009, şənbə, 7:06

Bu yaxınlarda Anlalayada «Mardan Palace» otelini açan azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılovun şəhərin komandasını almaq istəməsi barədə informasiya yayılıb.

«Antalyasporu» hazırki prezidenti Hasan Akıncıoğlu bu barədə şərh verib.

«Bu günə qədər hələlik heç bir müraciət olmayıb.

Lakin İsmayılovdan bir istək gəlsə, klubun xeyrinə ola biləcək qərarı qəbul edə bilərik. Düzdür, tam satın alınmaq məsələsi olmasa da, hər bir işbirliyinə hazırıq».

Xatırladaq ki, azərbaycan yəhudilərindən sayılan Telman İsmayılov üç il ərzində Antalyada hətta ərəb şeyxləri saraylarını arxada qoyan otel-kombinat inşa edib. Mayın 23-də atasının 100 illiyi münasibəti ilə «Günəş şəhərinin» açılışı dünyanın son beş ildə ən təmtəraqlı mərasimi hesab edilir. Belə ki, Rişard Gir, Meraya Keri, Şeron Stoun, Monika Belluççi, Peris Hilton kimi Hollivud və estrada ulduzlarının çıxış etdiyi gecəni dünyada tayı-bərabəri olmayan atəşfəşanlıq bəzəyib.

Telman İsmayılovu Forbs jurnalı öz milyarderlər siyahısında «ən kişi xasiyyətli» kişi kimi qələmə verir – old school guy, yəni tərcümədə «indi belələri olmur». O qızıl «Falkonunda» uçur. Onun təşkil etdiyi gecələrdə dünyanın ən məşhurları oxuyur. Onun uşaqları «Otel de Parinin» önündə ən əzəmətli «Rolls-Roysları» ilə fərqlənir. Onun sevdiyi ulduzlar 8 mart bayramında hərəsi bir «Kayyen» bəxşiş alır. O hər səhər xanımına daş-qaş göndərir. Rusiya mətbuatı xəbər verir ki, Telman barədə əfsanələr qoşurlar, özü də bunların, demək olar, hamısı – tam düzdür.

«Mərdan Palas» artıq Aralıq dənizinin ən böyük sarayıdır. Bu Qrand-Opera, Lafayyet qalereyası, Ermitaj, Yelisey sarayının bir hibrididir, lakin onlardan yüzqat təmtəraqlı şəkildə. Mərtəbələrboyu sürahilərin qızıllaşdırılması üçün yük maşınları ilə zər qızıl gətirilib, ballüstradaların minlərlə dirəyi təmiz büllurdan hazırlanıb.

Açılış mərasimində Telman İsmayılov atası barəbə danışarkən onun güclü və sakit adam olduğunu və 13 uşaq böyüdüb ərsəyə gətirdiyini deyib. Maraqlıdır ki, qərb ulduzları ilə yanaşı Moskva meri Yuri Lujkov başda olmaqla mərasimdə Rusiya ulduzları da iştirak edib.

Təmtəraqlı açılışdan sonra əvvəlcə müğənnilər Sil və Tom Cons oxuyublar. Onlardan sonra isə Şeron Stoun səhnəyə çıxıb və tərif yağdırmağa başlayıb. Riçard Gir isə İsmayılova «Mən ailəmi sənin ailəmlə bir tuturam» deyib.

Rusiya müğənnisi Filip Kirkorov isə Monika Belluççiyə elə məftun olub ki, ona 100 min dollarlıq brilyant üzük bağışlayıb. Hərçənd, özü çəkindiyi üçün bəxşişi aparıcı Andrey Malaxov təqdim edib.

Bu hadisə artıq səhərisi tezdən baş verib. Demə, xanım Belluççinin özünə villa ayrılıb. Malaxov üzüyü təqdim edəndə o, «Biz heç bir-iki kəlmə də kəsdədik» deyə dillənib. Malaxov isə onu inandırıb ki, baxışlar dili hamısından betərdir. Ulduz bununla razılaşaraq, üzüyü qəbul edib.

Səhər yeməyi zamanı isə yenidən alqışlar səslənib – çapar Telman İsmayılovun xanımı Samirəyə həyat yoldaşından hədiyyə gətirib – içində böyük brilyant fil olan mücrü.

Xatırladaq ki, «AST» şirkətlər qrupunun rəhbəri olan Telman İsmayılov, Moskva şəhərində dünyanın ən böyük bazarı sayılan «Çerkiz bazarının» yaradıcılarındandır. Elə Rusiyada yaşayan azərbaycanlıların çox hissəsi bu bazarda ticarətlə məşğul olur.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video