Şayiələr çin olur - Idman.az 


Futbol » Başqa futbol xəbərləri

Şayiələr çin olur

2 iyun 2009, çərşənbə axşamı, 6:08

İtaliya A seriyasında çıxış edən «Sampdoriya» klubunun baş məşqçisi Valter Mazzari öz xoşu ilə istefa vermək qərarına gəlib. Mütəxəssis kluba 2007-ci ilin yayında gəlib, komanda ilə bu mövsüm UEFA kubokunun 1/8 final mərhələsinədək irəliləyib və İtaliya kubokunun finalında «Latsioya» matçsonrası penaltilərdə məğlub olub. A seriyasında isə genuyalılar 13-cü yerlə kifayətləniblər. Məşqçi gələcək iş yerini açıqlamasa da, «Latsionun» çalışdırıcısı vəzifəsinə ən real namizədlər siyahısında, deyilənə görə, onun adı da var.

Mazzarinin yerinə «Sampdoriya» «Atalantanın» baş məşqçisi Luici Del Nerini dəvət edib. Berqamo klubu ilə bu mövsüm 11-ci pilləyə yiyələnən 58 yaşlı Del Nerinin müqaviləsi başa çatıb və artıq sabah o «Sampdoriyanın» baş məşqçisi kimi təqdim olunacaq.

«Romanın» kapitanı Françesko Totti klubun gələcək baş məşqçisi və sahibi haqda suallara aydınlıq gətirdi.

«Fikrimcə, Spalletti qalacaq. Hər halda, prezidentimiz Rozella Sensi mənə belə dedi. O özü də klubu satmayacaq. Mən Rozellaya bacım kimi yanaşıram. Biz rəqabətə davamlı olmaq istəyirik. Bundan ötrü, birinci növbədə transfer siyasətimizi bu yay elə qurmalıyıq ki, «İnterin» səviyyəsinə yetişək», – Channel4 Tottidən sitat gətirir.

Xatırladaq ki, Spallettinin adı «Yuventusun» boş qalmış çalışdırıcısı məsələsi ilə bağlı hallanır.

«Vilyarrealın» direktoru Xose Manuel Lyanesa Marca qəzetinə bəyan edib ki, klubun baş məşqçisi Manuel Pelleqrini Madrid «Realına» keçib.

«Deyə bilərəm ki, bu klublar arasında bir razılaşmadır. Hər iki kluba bunun xeyri dəyəcək. İndi Pelleqrininin yerinə yeni baş məşqçi axtaracağıq. O gözəl insan və əla dost idi».

Qəzet xəbər verir ki, 55 yaşlı çilili mütəxəssisin keçidi «Reala» 4 milyon avroya başa gəlib və Pelleqrini dekabrda istefaya göndərilən Bernd Şusterin əvəzinə gəlmiş Xuande Ramosu əvəzləyəcək. Məşqçi ilə ikiillik müqavilə imzalanacaq və artıq sabah o komandaya təqdim olunacaq.

Venger və Mourinyodan əli üzülən Florentino Peres, görünür, ortabab heyətlə dalbadal bir neçə il uğurlara imza atan Pelleqrinini ulduzlarla fəaliyyətdə daha sanballı nəticələr qazanacağına əmindir.

«Milanda» çoxdan təxmin edilən hadisələr baş verib. Son günədək klubda qalacağına hamını əmin edən Karlo Ançelotti bazar günü «Fiorentina» ilə matçdan sonra «Çelsiyə» keçdiyini bəyan etdi. Klub isə dərhal onun yerinə Leonardonun təyin oluduğunu təsdiq etdi.

«Ançelotti ilə məni rəhbər-işçi münasibətlərindən çox dost əlaqələri birləşdirirdi. «Çelsinin» rəsmi saytında onun şəklini London klubunun formasında görəndə şok keçirdim. Dünən soyunub geyinmə otağında riqqətə gətirəcək bir vəziyyət yaranmışdı. Mən Ançelotti ilə Maldinini klubda keçirdikləri illərə görə təşəkkür etdim. Bu vaxt oyunçuların gözləri yaşarmışdı. Mənə ən yaxın dayanan Cennaro Qattuzo idi və o da göz yaşlarını saxlaya bilmədi», – deyə «Milanın» vitse-prezidenti Adriano Qalliani keçmiş məşqçi barədə təəssüratları ilə bölüşərək yeni çalışdırıcı barədə də öz fikirlərini bildirib.

«Leonardo ilə Fabio Kapellonun təməlini qoyduğu yolla getməyə ümidliyik. Leo əla futbolçu və gözəl rəhbər idi. Ona qarşı yaşanan bədbinlik hissləri Kapelloya nisbətən daha azdır. Fabionu hətta Berluskoninin lakeyi adlandırırdılar, lakin o beş ilə dörd skudettonu qazanmağa müvəffəq oldu.

Qərarlar birlikdə qəbul edilib. Leonardonu prezident Berluskoni və mən seçmişik. Leonardo böyük döyüşçü idi və həm də mox ağıllı və bəxti gətirən insandır.

Onunla ikiillik müqavilə imzaladıq. Lakin, istərdim ki, bu mütəxəssis klubumuzda daha uzun müddətə qalsın. Gözümüz önündə komandaya səkkiz il rəhbərlik etmiş Karlo Ançelottinin nümunəsi durur. Hesab edirik ki, Leonardo uğurlu fəaliyyət üçün bütün keyfiyyətlərə malikdir».

39 yaşlı mütəxəssis də öz fikirlərini ilə bölüşüb.

«Milanla» məni çox şey birləşdirir. Burada 12 il keçirmişəm. Bu mənim üçün qeyri-adi gündür, - arzu etmişdim ki, burada futbolçu olum, məşqçi yox, lakin bir sıra məsələlər məni bu addıma gətirdi və buna görə xoşbəxtəm.

Hesab edirəm ki, Karlodan sonra kluba rəhbərlik etmək asan olmayacaq. Dünən qeyri-adi gün idi, futbolçular ağlayırdılar, çünki bizi dostumuz tərk edirdi. Lakin, Karlo mənim yoldaşımdır və onun qərarına hörmətlə yanaşmalıyıq. Biz Çempionlar liqasına düşə bildik, Karlo buna çox sevindi, indi isə klubla mən işləyəcəyəm.

Quracağımız oyuna gəlincə, komanda uzun illər tutduğu üslubda oynayır. Ümumiyyətlə, hücumameylli gözəgəlimli futbolun tərəfdarıyam. Düşünürəm ki, indi hamı «Barselonanın» mövsümboyu göstərdiyi oyuna valeh olub. İspanlar üçün üç hücumçu ilə oynamaq qeyri-standart addımdır, lakin tamaşaçı açıq futbol və çoxlu qollar görməyi arzulayır», – deyə Leonardo klub saytına bəyan edib.

«Portunun» baş məşqçisi Jezualdu Ferreyra kluba müqaviləni 2011-ci ilədək uzatmağa razılıq verib.

Məşqçi «Portuya» 2006-cı ildə «Braqadan» keçib və klubu üç dəfə ölkə çempionu edib.

Jezualdu Ferreyra bu ilki çempionluqdan sonra şampan yağışında:

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video