«Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir - Idman.az 


Futbol » Başqa futbol xəbərləri

«Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4 iyun 2009, cümə axşamı, 4:29

Reuters xəbər verir ki, «Milanın» sahibi Silvio Berluskoni Kakanın «Reala» keçidini təsdiq edib.

«Real» Kakaya görə böyük məbləğ təklif edib, ona görə də duruş gətirmək çətindi.

Gələn həftəyə qədər Kaka ilə yaranmış vəziyyəti müzakirə edəcəyəm, sonra isə yekun qərar veriləcək».

Xatırladaq ki, bu müddət ərzində hal-hazırda Braziliyada olan Kaka ilə «Real» rəhbərliyinin də görüşəcəyi ehtimal edilir.

Marca xəbər verir ki, «Real» Kakanın gələn həftə rəsmi təqdimetmə mərasimini keçirəcək. «Milanın» vitse-prezideni Adriano Qalliani, Kakanın atası Bosko Leyte və «Realın» prezidenti Florentino Peres artıq Madriddə görüşüblər və transfer qiyməti ilə futbolçunun şəxsi müqaviləsi haqda detalları yoluna qoyublar.

Maraqlıdır ki, jurnalistlərin Qallianini Madriddə görəndən sonra ona ünvalanan suallara cavab olaraq, «Milanın» ikinci adamı qəti surətdə bunu inkar edirdi, hətta İtaliyada dənizkənarı evində istirahət etdiyinə hamını inandırırdı. Lakin, sonradan özünü danmağın mənasız olduğunu anlayan Qalliani, klubun rəsmi bəyanatı vasitəsi ilə Madridə sadəcə dostu Peresi prezident seçilməyi münasibəti ilə təbrikə yollandığını qeyd edib.

Bu arada «Çelsinin» də Kakaya görə mübarizəyə qarışaraq «Milana» 80 milyon avro təklif etdiyi barədə söz-səhbətlər baş qaldırıb. Xəbər vermişdik ki, Karlo Ançelotti londonlularla hələ ilkin danışıqlar zamanı transferə çıxarılacaq Kakanı özü ilə gətirmək istəyi barədə «zadəganların» rəhbərliyini agah etmişdi. Lakin, Pereslə «Milan» rəhbərliyinin çox yaxın əlaqələri bu işi madridlilərin xeyrinə dəyişib.

«Çelsin» isə bu xəbərin rəsmi təkzibi ilə çıxış edib.

«Biz «Milana» Kakaya görə heç bir təkliflə müraciət etməmişik, özü də belə fövqəladə qiymətlə. Bu barədə bütün məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur».

La Gazzetta dello Sport xəbər verir ki, «Milan» Kakanın əvəzini «Yuventusun» forvardı Amauridə görür. «Rossonerilər» braziliyalı futbolçunu hələ ötən il heyətlərinə qatmaq istəyiblər, lakin «Palermoya» 10 milyon avro və yarımmüdafiəçi Antonio Noçerinonu təklif edən turinlilərə bu mübarizədə məğlub olublar.

Futbolçu mövsümə gözəl başlasa da, sonradan zədələr mane olub. David Trezeqe ilə yollarını ayırmağı düşünən «Yuventusun» daha bir hücumçunu itirməsini çətin təsəvvürə gətirmək olsa da, «Milanın» təklif etmək istədiyi 30 milyon avro vəziyyəti dəyişə bilər.

«Barselonanın» ciddi marağından agah olan «İnterin» hücumçusu Zlatan İbrahimoviç kataloniyalılara tərif yağdırıb.

«Ötən mövsüm «Barselona» iştirak etdiyi bütün turnirlərdə qalib gəlib və deməliyəm ki, «blauqrana» belə böyük uğura tamamilə layiqdir. Bir tamaşaçı kimi mən Qvardiolanın komandasının göstərdiyi futbolu heç nəyə dəyişmərəm, çünki bu elə gələcəyin futboludur. «Stadio Olimpikoda» Çempionlar liqasının finalına baxarkən elə təəssürat yaranmışdı ki, ağlasılmaz bir tamaşınanın şahidiyik.

Karyerama gəlincə, heç təsəvvürə gətirə bilmirəm ki, futbol oynamağa başladığın yerdə necə həmişəlik qalmaq olar. Bu mənada Paolo Maldini nadir insandır. Demək istəmirəm ki, onu başa düşmürəm, sadəcə bu mənim taleyim deyil».

«Liverpul» «Valensiyanın» forvardı David Silva ilə güclənmək niyyətindədir. The Mirror xəbər verir ki, valensiyalılar düşdükləri mürəkkəb maliyyə vəziyyəti ucbatından liderlərini satışa çıxara bilərlər. Mersisaydlılar «yarasalara» 15 milyon funt və hücumçu Andrey Voronini təklif etmək fikrindədirlər.

Nüfuzlu The Guardian iddia edir ki, dünən Qaret Berrini öz sıralarına qatan «Mançester Siti» ötən mövsüm «Mançester Yunayteddə» çıxış etmiş Karlos Tevesi komandaya dəvət edəcək.

Xatırladaq ki, hal-hazırda argentinalı futbolçu heç bir kluba məxsus deyil. Onun bütün hüquqlarına futbol agentliyi malikdir, hansıki, forvarda görə 25,5 milyon funt qiymət kəsdirib.

The Independent isə xəbər verir ki, «Real» «Mançester Yunaytedin» müdafiəçisi Nemanya Vidiçə görə təklif hazırlayır. Peres klubun müdafiə xəttini gücləndirmək üçün serbiyalı futbolçuya görə 30 milyon avro təklif etmək fikrindədir. Xatırladaq ki, bir müddət əvvəl xəbər verilmişdi ki, Nemanyanın xanımı İngiltərədə həyata heç cürə uyğunlaşa bilmir və İspaniyaya köçmək istəyir.

Channel4 xəbər verir ki, öz liderlərini «İnterə» yola salan «Genoa» braziliyalı Juninyo Pernambukanonu öz sıralarına qatmaq fikrindədir. Xatırladaq ki, ötən ay pleymeyker «Lionu» tərk edərək azad agentə çevrilib. Yaxın günlərdə klub «İnterin» forvardı Ernan Krespo ilə müqavilə bağlayacaq, həmçinin «neradzurrilərin» daha bir futbolçusu Rikardu Kuarejmanı da Genuyaya gəlməyə razı salmağa çalışır.

Ölkə çempionatında yalnız qələbələrin sayına görə «Fiorentinadan» geri qalaraq Çempionlar liqasından kənar düşən «Genoa», növbəti mövsüm Avropa liqasında çıxış edəcək. Komandanın gözlənilməz uğurlu çıxışının əsas səbəbkarlarını – hücumçu Dieqo Milito və yarımmüdafiəçi Tiaqu Mottanı isə artıq «İnter» ələ keçirib.

«Napoli» hücumçu Fabio Kualyarellanın ardından daha bir transferə əl atıb. Belə ki, «Atalantanın» yarımmüdafiəçisi Luka Çiqarini gələn mövsümdən Neapol komandasında top qovacaq. 22 yaşlı futbolçunun keçidi 10 milyon funt məbləğində ölçülür. Bu məlumatı oyunçunun hüquqlarının yarısının sahibi olan «Parmanın» prezidenti Tommazo Girardi təsdiq edib.

«Bayernin» 34 yaşlı braziliyalı yarımmüdafiəçisi Ze Roberto klubdan tələb etdiyi ikiillik müqaviləyə görə rədd cavabı alandan sonra özünə yeni klub axtaracağını bəyan edib.

«Bu məsələ ilə bağlı qarışıq hisslər keçirirəm. Heç kimə sirr deyil ki, mən «Bayerndə» daha iki mövsüm qalmaq istəyirdim, lakin klubun bu məsələyə dair öz münasibəti var və mənə yalnız bir illik müqavilə təklif olundu.

Çox böyük ehtimalla «Mançester Sitiyə» keçəcəyəm. Onların Avropa səhnəsində özlərini göztərmək üçün böyük iddiaları var. Həmçinin, bir neçə bundesliqa klubları və Səudiyyə Ərəbistanından təklif var», – Tages Zeitung futbolçudan sitat gətirir.

Xatırladaq ki, Ze Robertonun mövqeyinə «Bayern» «Zenitdən» Anatoli Timoşuku transfer edib.

«Barselona» müdafiəçi Silvinyo ilə müqaviləni uzatmamağa qərar verdi.

35 yaşlı braziliyalı veteran futbolçu Kataloniyada son beş ilini keçirib. Bu müddət ərzində o iki dəfə Çempionlar liqasının, üç dəfə İspaniya çempionatının, İspaniya kuboku və superkubokunun qalibi olub.

«Çelsi» hücumçu Didye Droqbanı sıralarında saxlayaraq, ona yeni üçillik müqavilə təklif etməyi qərara alıb.

Xatırladaq ki, Çempionlar liqasının finalında forvardın hərəkətlərinə qeyzlənən rəhbərlik yeni baş məşqçi Karlo Ançelottinin fikrini gözləyirdi.

Sizin şərhiniz

Şərhlər

Anar|22 dekabr 2009, 17:14

Qeydiyyat: 22 dekabr 2009 | Şərhlərin sayı: 3

xayis edirem Celside Drokbanin seklini bu emaile gonderin...[15anar@mail.ru]

Anar|22 dekabr 2009, 17:11

Qeydiyyat: 22 dekabr 2009 | Şərhlərin sayı: 3

salam necesin celsi azerkesleri? sizi opurem


Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video