Rusiya yığmasının baş məqçisi Qus Hiddink 2010-cu il dünya çempionatı Rusiya – Azərbaycan seçmə qarşılaşması öncəsi keçirdiyi mətbuat konfransında Azərbaycan komandasının vacib cəhətlərindən, Berti Foqts haqda düşüncələrindən söhbət açdı, həmçinin Arşavinin komandası üçün vacib amil olduğunu bildirdi.
– Azərbaycan və Lixtenşteynlə bizi vacib oyunlar gözləyir. Ancaq indi ən vacibi – Azərbaycanla şənbə matçıdır; eşitmişəm ki, artıq çoxlu bilet satılıb, ancaq istərdim ki, stadion dolsun. Bu dəstək bizə çox vacibdir.
– Berti Foqts haqda nə fikirdəsiniz?
– Birinci növbədə, hamı bilir ki, o Almaniyada bir vaxtlar çox yaxşı futboçu olub. Yığmada da yaxşı nailiyyətlər əldə edib, sonra isə hətta çətin vəziyyətlərdə belə özünü yaxşı məşqçi kimi nümayiş etdirib. Mən onunla bir neçə dəfə görüşmüşəm və deyə bilərəm ki, o doğrudan da futbol barədə çox şeyi bilir. Həm də, o çox təcrübəlidir, buna görə də biz çox ehtiyatlı olmalıyıq. Foqts bizə gözlənilməz nəticə təqdim etmək istəyəcək, biz isə, təbii ki, bunu istəmirik. Mən ona bir mütəxəssis kimi böyük hörmət hissi bəsləyirəm. Biz Azərbaycan yığmasının Helsinkidə Finlandiyaya qarşı oyununa baxmışıq, və bir çox oyunçuları xarici klublarda çıxış edən finnlər qələbəni matçın sonunda qopara bildilər. Foqtsun yetirmələri o görüşü taktiki cəhətdən çox uğurla keçirmişdilər.
– Matça çıxacaq heyəti açıqlaya bilərsinizmi?
– Sxem artıq beynimdədir, bünövrəni isə keçən il qoymuşuq; bilirsiniz ki, bu yığma yeni deyil, o əvvəllər də mövcud olub. Baxacağıq, görək, hansı oyunçular daha yaxşı formadadırlar, ancaq matça olan heyət baxımından bizə hər şey aydındır. Qəti olaraq, mən onu matç ərəfəsi açıqlayacağam.
– Azərbaycan yığması Rusiya komandasının qarşısına nə qoya bilər?
– Bizim komandamıza, onun son nəticələrindən xəbərdar olaraq, hamı hörmətlə yanaşır. Fikrimcə, biz də, rəqib də müdafiə işi baxımından yaxşı təşkil olunacağıq. Əslinə qalanda, əmin deyiləm ki, bu matçda hər iki komanda bütün vaxtı hücumda keçirəcək, ancaq azərbaycanlılar bizə qol vurmaq üçün əkshücumlardan istifadə edəcəklər.
– Arşavinin indiki forması barədə nə fikirdəsiniz?
– Fikrimcə, Arşavin əsas oyunçulardandır, o əsas heyətdə yer alacaq və bu bir sirr deyil. O komanda üçün çox vacibdir, hər halda başqaları da eləcə. Andrey Londona çox gözəl uyğunlaşa bildi, mən onun «Arsenalda» keçirdiyi matçlara iki dəfə canlı, çoxunu isə televiziya ilə baxa bilmişəm. O edə bildiyi ilə məndə böyük təəssürat buraxdı. Orada oynamaq asan iş deyil, ancaq o güclü şəxsiyyətdir. Premyer-liqada sağ qalmaq üçün həm fiziki, həm də mənəvi cəhətdən çox güclü olmalısan. Orada hər matçda savaşmaq lazımdır, fərqi yoxdur, top-klub ilə və divizionda qalmaq uğrunda çarpışan klubla oynayırsan. Bundan əlavə, hər üç-dörd gündən bir oyuna çıxmalısan. O «Çelsiyə» tamamilə uyğunlaşıb... əşi, mən nə deyirəm, «Çelsiyə» yox, əlbəttə ki (gülür). Dünən biz onunla söhbətləşdik, onun hər şey xoşuna gəlir, və artıq çəkinmədən lider funksiyalarını üzərinə götürüb.
– Qorxmursunuz ki, komanda oyuna lazımı qədər həvəslə çıxmayacaq?
– Hər iki rəqibimizin futbol dünyasında elə də böyük adları olmasa da, yaxşı təşkil edilmiş komandalardır, və onları lazımınca qiymətləndirməsək, hər şey istədiyimiz kimi alınmayacaq. Biz oyunu yaxşı başa çatdırmaq üçün çox diqqətli olmalıyıq. Uzun turnirin hər hansı bir matçında pis oynasaz, sonradan vəziyyəti düzəltmək olar, ancaq növbəti mərhələyə bir komanda çıxan bu kimi kvalifikasiya turnirində xal itirmək olmaz. Bu tamamilə yolverilməzdir.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video