Çempionlar liqasının «Çelsi» ilə «Barselona» arasında yarımfinal matçının (1:1) baş hakimi Tom-Henninq Evrebenin doğma şəhəri, Norveç paytaxtı Oslonun polisi, hakimin ünvanına internetdə peyda olan hədə-qorxu hallarının istintaqına başladığını bəyan etdi.
«Biz internetdə yazılanları izləyirik. Evrebenin təhlükəsizliyinə qorxu yaradacaq bütün hallar əsaslı surətdə təhqiq olunacaq», – Britaniyanın The Guardian nəşri norveç polisi nümayəndəsindən sitat gətirir.
«Çelsi» isə öz növbəsində Evrebeyə hədə-qorxu gələn azarkeşləri cəzalandıracağına söz verib.
«Dünənki matçın hakiminə qarşı hədələrin yer aldığı məlumatından sonra, klub bəyan etmək istəyir ki, oyunçular, hakimlər və ya azarkeşlərə yönələn bütün hədə-qorxu hallarını pisləyir. Bu hərəkətin sübutu əldə ediləcəyi təqdirdə, «Çelsi», ifşa olunan klub abonementləri sahiblərinə və fan-klub üzvlərinə qarşı ciddi tədbirlər görmək niyyətindədir», – deyə klubun rəsmi saytında qeyd edilir.
Bosinqvanın hakimin «Barselonaya» satıldığı barədə bəyanatının belə hərəkətlərə katalizator olduğunu nəzərə alaraq, portuqaliyalı futbolçu da sözlərini geri götürdüyünü dilə gətirib.
«Hamımız matçdan sonra dəhşətli dərəcədə üzülmüşdük, və mən çox təəssüflənirəm ki, hakimi oğru deyə adlandırdım. Baş verənlər barədə düşündükdən sonra, sözlərimi geri götürmək istəyirəm», – Setanta Sports kanalı Bosinqvadan sitat gətirir.
Droqba da analoji addımla çıxış edib.
«Barselona» ilə matçda bir neçə məqamla çox pərt olmuşdum, ancaq televiziya vasitəsi ilə epizodlara baxandan sonra, boynuma almalıyam ki, hadisələrə lazımından kəskin reaksiya vermişəm. Həmçinin boynuma alıram ki, qeyri-etik ifadələrə yol vemişəm və əsas da uşaqlara təqlid üçün nümunə olmamışam», – deyə Droqba qeyd edib.
«Çelsi» də həmən cavab bəyanatla çıxış etdi.
«Çelsi» Droqbanın açıq ürəklə və uzun düşüncələrdən sonra çəkdiyi peşmançılıq hisslərinə bütünlüklə şərikdir. Biz klubun və futbolçuların təqlid nümunələri olduqlarını gözəl anlayırıq. Lakin, bununla bərabər, aydındır ki, dünən axşam baş vermiş hadisələr vacib matçda mübahisəli məğlubiyyətdən sonra baş qaldırmış emosiya və çılğınlıqla bağlıdır. Bununla bağlı biz UEFA ünvanına müvafiq bəyanatlar yığıb göndərmişik və indi Avropa futbolunun rəhbərlərindən şərhləri gözləyirik», – deyə «Çelsinin» bəyanatında qeyd edilir.
Evrebeyə ünvanlanmış çoxsaylı hədə-qorxu hallarına görə, hakimin özü Britaniyanı yalnız polisinin müşayəti ilə tərk etməyə müvəffəq olub. Matçdan sonra, polis hakimə qeydə düşdüyü mehmanxanaya getməsinə icazə verməyərək, onu digərində yerləşdirib. Səhər tezdən isə Evrebe Britaniyadan xəlvətcə çıxarılıb.
«Bu səhər Evrebe polisin müşayəti ilə aradan çıxarılıb. Axı bu futbol hakimidir! Dünən polis onun mehmanxanasını dəyişməli olub ki, azarkeşlər onu tapmasın», – The Guardian keçmiş FİFA referisi Qrem Polldan sitat gətirir.
Evrebeyə ünvanlanmış hədə-qorxulardan bir hissəsi:

6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video