Başqaları » Boks

Oleq Maskayev: «Vitali, qaçıb gizlənə bilməzsən»

28 fevral 2009, şənbə, 18:58

Superağırçəkili Vitali Kliçkonun WBC tituluna mütləq namizəd statusunun sahibi Oleq Maskayev (Qazaxstanda anadan olub, ancaq eyni zamanda Rusiya və ABŞ vətəndaşıdır) ukraynalını WBC təşkilatına təzyiq etməməyə və onunla görüşdən çəkinməməyə çağıran açıq məktubla müraciət edib.

«Hörmətli Vitali, gəl bu çəkişmələrə son qoyaq. Yaxşı olar ki, Silahlı qüvvələr birinciliyində mən səni elə birinci raunddaca nokauta saldığım ilk görüşümüzü xatırlayasan.

2006-cı ilin avqustunda, mən dünya çempionu olandan və müvəffəqiyyətlə dekabr ayında titulumu qoruyandan sonra, sənin nümayəndələrin promouterim Denis Rappoportla əlaqə saxlayaraq, WBC təşkilatının sənə fəxri çempion statusu verdiklərini xəbər vermişdilər və buna görə də ləngimədən mənimlə çempionluq titulu uğrunda döyüşü tələb etməyə hüququnun olduğunu vurğulamışdılar. Mən buna razı oldum.

Hansı boksçunun, sənin və ya Dem Piterin mənimlə ilk əvvəl döyüşməyə hüququ olduğu ilə mürəkkəbləşən danışıqlar zamanı mən öz fikriki dəyişməyərək, sənin namizədliyini dəstəkləyirdim. 2007-ci ilin aprelində НВО telekanalı bizim döyüş üçün müqavilə bağlamağımızın kənar müddətini təyin etdi. Mən müqaviləni imzaladım, sən isə niyəsə fikrindən daşınaraq, döyüşə vaxtının olmamasını səbəb gətirərək, hələ də müqaviləni imzalamamısan. Bəs bu axır dörd ayda nə ilə məşğul olmusan? Mən 2006-cı ildə döyüş zamanı aldığım dirsək zədəsi ilə bağlı mürəkkəb əməliyyat keçirdim, bundan sonra bərpa kursu keçdim və yenə də döyüşü keçirməyə hazır idim.

Sən iddia edirsən ki, titulunu dalbadal iki dəfə qorumağa borclu deyilsən, ancaq məhz bunu WBC məndən də tələb etmişdi. Onda sən bunun əleyhinə çıxmamışdın və deməmişdin ki, WBC təşkilatının bu hərəkəti qeyri-qanunidir.

Sən deyirsən ki, Arreola, Hey və ya Dmitrenko ilə görüşmək istəyirsən, ancaq onların heç biri reytinqin birinci onluğundan olan boksçuya qalib gəlməyiblər.

Bilmirəm, hansı səbəbə görə sən mənimlə döyüşdəm çəkinirsən. Bəlkə ona görə ki, müəyyən bir boksçu başqasının açarını bilir... Mozli De La Hoyyanın və ya Forrest Mozlinın olan kimi. Onlar rəqiblərini həvəskarlarda da qalib gəlirdilər, peşəkarlarda da onlarda üstün olublar. Vitali, mən sənə necə qalib gəlməyin yolunu bilirəm. Mən sənə həvəskarlarda qalib gəlmişəm, və cəsarətin çatıb, mənimlə rinqə çıxsan, bunu təkrarlayacağam.

Piterlə görüş ərəfəsi mən karyeramda ilk dəfə mürəkkəb bel zədəsi almışdım. İndi isə tamamilə sağlamam. Və tamamilə sağlam Oleq Maskayev çox təhlükəli rəqibdir. Mən sənə bir boksçu kimi hörmət bəsləyirəm, və sən hər şey edə bilərsən, danışıqlara vasitəçiləri çağıra, məhkəməyə gedə, Allaha yalvara bilərsən, ancaq yadından çıxarma, Qomesi udsan, mənimlə görüşməmiş heç kimlə döyüşə çıxa bilməyəcəksən.

Vitali, döyüşə çıx. Mən səninlə Rusiyada, ABŞ-da və hətta sənin vətənində də döyüşə bilərəm. Gəl bunu edək», – Eastsideboxing.com Oleq Maskayevdən sitat gətirir.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Başqaları

30 aprel 2009, cümə axşamı

6:15 Pekin Olimpiadası zamanı dopinq qəbul etmiş idmançıların adları bəlli oldu

29 aprel 2009, çərşənbə

5:47 Pekin Olimpiadasının altı iştirakçısı dopinq qəbul etməkdə ifşa olundu

25 aprel 2009, şənbə

6:33 Vitali Kliçko qaçaqmalçılıqda günahlandırılaraq cərimə olundu

6:32 Marafon Tel-Əvivi iflic vəziyyətinə saldı

6:31 Fransalı Alan Bernar 100 metr məsafədə rekordu qırsada, geyiminə görə onu təsdiqləməyə bilərlər - Video

1 aprel 2009, çərşənbə

1:12 Pekin Olimpiadasının simvolikası ilə satılan məhsulları Çin geri çağırır

26 mart 2009, cümə axşamı

3:51 Yaponiyalı boksçu 41 il türmədə yatandan sonra edam olunacaq

12 mart 2009, cümə axşamı

19:47 Rusiya hava yolları «Aeroflot», İtaliyada başa çatmış yungül atletika üzrə Avropa çempionatından ölkə idmançılarını gətirməkdən imtina etdi

8 mart 2009, bazar

5:31 Şahmat. Linares superturniri. Sonuncu 14-cü tur. Rəcəbov Van Yue ilə heç-heçə edərək, 5-7 yerləri bölüşdürdü

7 mart 2009, şənbə

5:01 Şahmat. Linares superturniri. 13-cü tur. Rəcəbov Karlsenlə qaralarla heç-heçə oynadı, İvançuk lideri haqladı

6 mart 2009, cümə

4:04 Şahmat. Linares superturniri. 12-ci tur. Rəcəbov Domingeslə heç-heçə oynadı, lider Qrişuk Karlsenə məğlub oldu

4 mart 2009, çərşənbə

4:49 Şahmat. Linares superturniri. 11-ci tur. Rəcəbov turnirin lideri Qrişukla qaralarla heç-heçə oynadı

3 mart 2009, çərşənbə axşamı

19:29 Rusiyanın dopinq üzrə eksperti: «Rusiya idmançıları dopinqi gənc yaşlarından qəbul etməyə başlayırlar»

5:29 Şahmat. Linares superturniri. 10-cu tur. Teymur Rəcəbov Aronyana ağlarla qalib gələrək, sonuncu yeri tərk etdi

2 mart 2009, bazar ertəsi

4:39 Şahmat. Linares superturniri. 9-ci tur. Rəcəbov İvançukla qaralarla heç-heçə etdi

1 mart 2009, bazar

20:37 Şahmat. Linares superturniri. 8-ci tur. Rəcəbov növbəti heç-heçəsini Anandla etdi

28 fevral 2009, şənbə

18:58 Oleq Maskayev: «Vitali, qaçıb gizlənə bilməzsən»

5:54 Dünyanın ən bahalı supermodeli futbolçuya ərə getdi

5:53 İngiltərə yığmasının oyunçusu kokain istifadə etdiyini görə iki illiyə diskvalifikasiya olundu

1:38 Beynindəki əməliyyatdan səkkiz ay sonra Oskar Dias xəstəxananı tərk etdi

1:36 Vitali Kliçko WBC təşkilatını məhkəməyə verdi

1:34 İkiqat olimpiya çempionu olan kubalı boksçu ABŞ-a qaçdı

27 fevral 2009, cümə

19:42 Şahmat. Namizədlərin matçı. 7-ci partiya. Topalov Kamskiyə qalib gələrək vaxtından əvvəl matçı öx xeyrinə başa vurdu

19:39 Şahmat. Linares superturniri. 7-ci tur. Rəcəbov Karlsenlə heç-heçə oynayıb

26 fevral 2009, cümə axşamı

4:44 Şahmat. Linares superturniri. 6-ci tur. Rəcəbov Van Yueylə heç-heçə oynadı

25 fevral 2009, çərşənbə

16:39 Şahmat. Namizədlərin matçı. 6-cı partiya. Kamski ağlarla Topalova qalib gələ bilmədi

16:35 Şahmat. Linares superturniri. 5-ci tur. Rəcəbov Domingeslə heş-heçə oynadı və sonuncu yeri tərk etmədi

24 fevral 2009, çərşənbə axşamı

5:14 Şahmat. Namizədlərin matçı. 5-ci partiya. Topalov ağlarla Kamskiyə qalib gəldi

4:22 Beşqat olimpiya çempionu Ole-Eynar Byorndalen: «Estafetdan əvvəl çox yedim. O qədər tıxdım ki, az qala qaytaracaqdım»

23 fevral 2009, bazar ertəsi

19:41 Şahmat. Linares superturniri. 4-cü tur. Rəcəbovu udmaqla Qrişuk birinci yerini qorudu

17:13 Helikopter matç zamanı meydana endi

22 fevral 2009, bazar

16:23 Şahmat. Linares superturniri. 3-cü tur. Teymur Rəcəbov erməni Aronyanla heç-heçə edərək, sonuncu yeri tərk etmədi

16:16 Şahmat. Namizədlərin matçı. 4-cü partiya. Kamski ağlarla Topalova qalib gələrək, ümumi hesabı bərabərləşdirdi

21 fevral 2009, şənbə

4:22 Linares superturniri. İki turdan sonra Teymur Rəcəbov sonuncu yerdə gedir

4:16 Şahmat. Namizədlərin matçı. 3-cü partiya. Topalov ağlarla Kamskiyə qalib gələ bilmədi

4:11 BOK 2014 və 2016 illər Olimpiya oyunlarının hüquqlarını idman agentliyinə satdı

4:01 Əli İsmayılovun WBO kəməri uğrunda döyüşünün detalları açıqlandı

19 fevral 2009, cümə axşamı

20:43 Şahmat. Namizədlərin matçı. İki partiyadan sonra Topalov irəlidədir

18:57 Armstronqun oğurlanmış velosipedini qaytardılar

18 fevral 2009, çərşənbə

21:29 Volfqanq Pihler: «Mən Mourinyo kimi deyiləm, mən sadəcə dopinqə görə hiddətlənmişəm»

17 fevral 2009, çərşənbə axşamı

19:21 Namizədlərin matçı. Topalov Kamskiyə qarşı birinci partiyada ağlarla başlayacaq

4:48 İqtisadi böhran Vladimir Kliçko və Hey arasında döyüşün keçirilməsinə mane ola bilər

14 fevral 2009, şənbə

1:11 Mozlinin məşqçisi: «Marqarito əlinə çubuq da keçirsəydi, Şeynə yenə də uduzacaqdı»

13 fevral 2009, cümə

15:42 Rusiya biatlonçularının dopinq qəbul etmələri rəsmən təsdiq edildi

12 fevral 2009, cümə axşamı

16:53 Dopinq istifadəsində şübhəli bilinən biatlonçuların «В» nümunələri «A» nümunələrini təsdiq etdi

6:13 İsinbayeva Çin idman təchizatı istehsalçısı ilə 1,5 milyon dollarlıq müqavilə imzaladı

6:12 Dopinq qəbulunda şübhəli bilinən biatlonçuların «В» nümunələrinin nəticələri 13 fevral tarixində Phençxanda təşkil ediləcək mətbuat konfransında açıqlanacaq

6:10 Yeni Zelandiya höküməti maori qəbiləsinə xaki işlətməsinə və hüquqlarının məhdudlaşdırmasına görə 64 milyon dollar ödədi