Futbol » Başqa futbol xəbərləri

Necə də cavan idik...

11 aprel 2009, şənbə, 0:12

İspan futbolu üzrə jurnalist Yevgeni Şuvayev sports.ru saytındakı bloqunda Marca qəzetinin maraqlı fososessiyası haqda xəbər verib. Zəmanənin ulduzları necə dəyişdirdiyini birlikdə müşahidə edək.


Şəkillər arasında zaman fərqi təxminən səkkiz ildir. Solda – Xixon «Sportinqində» David Vilyanın keçirdiyi ilk peşəkar karyerası vaxtı çəkildiyi foto, sağda – «Valensiyanın» heyətində mart ayında keçirdiyi məşq zamanı.


«Xeresdən» olan 20 yaşlı cavan oğlanda 2007/08 mövsümünün ən yaxşı bombardiri 29 yaşlı Daniel Quisanı tanımaq heç də asan deyil.


Bu şəkillər arasında fərq isə düz on ildir. Bu zaman ərzində Mançester fanatlarının pərəstişkarından Devid Bekhem futbolçunun idman çərçivələrindən çıxaraq mümkün olan bütün «ulduzluq» sərhədlərini fəth etməkdə inqilab yaratdı.


Soldakı Ronaldo – onun 1996-cı ilin yayında «Barselona» köynəyini ilk dəfə geydiyi təqdimat mərasimində. O vaxtdan ötdüyü illər ərzində dişlərindəki aranı yoxa çıxaran Ronaldo, başındakı tüklərin və əlavə çəkinin əmələ gəlməsinə mane ola bilməyib.


Barselonanın ən populyar komandasının kapitanı Raul Tamudo fotolar arasında ötən 12 il ərzində öz peşəkarlığına şübhə yeri qoymur.


Ötən doqquz il Fabio Kannavaroya zahirən təkcə saç düzümündə dəyişiklik gətiribsə, bir futbolçu kimi müdafiə oyununun hamı tərəfdən qəbul edilmiş etalonuna yaxınlaşıb.


Ötən doqquz il ərzində «Sevilyanın» yarımmüdafiəçisi Xesus Navas hətta saç düzümünü belə qorumağa müvəffəq olub. Onun tükürpəşdirici «Mən bilirəm, siz keçən yay neyləmisiz…» baxışından heç danışmağın yeri yoxdur.


Florentino Peresin hiyləgərcəsinə qıyılan gözləri sifətinin həm şən (9 il əvvəl «Reala» prezident seçilərkən), həm də qəmgin (keçən il oğlunun dəfn mərasimində) ifadə almasına baxmayaraq, həmişə hamını birtəhər edir. Təsadüfi deyil ki, bu zorlu qoca yenə də kral klubunun prezidenti olmaq istəyir.


«Bəbə sifətli qatil» Fernando Torres illər ötdükcə, buraxdığı təəssüratın və əməllərinin təzadlılığından istifadə etməkdə daha da ustalaşıb.


Ötən doqquz il ərzində «Qremio» (solda) və «Milanın» (sağda) yarımmüdafiəçiləri Ronaldinyo öz gülərüz sifatindən başqa çox az xüsusiyyətlərini (birinci növbədə futbol) qoruyub saxlaya bilib.


Kral klubunun heyətində debüt etdiyi dövrdən ötüb keçdiyi 14 il ərzində Raul «məhəllə uşağından» Madrid klubunun, deyilənə görə, əsas söz sahiblərindən birinə çevrilib.


12 il keçəndən sonra Joze Mourinyo bir vaxtlar geydiyi «Barselona» formasındakı gerbə və saxladığı kəkilə necə də tərs-tərs baxır.


Yazıda qeydə alınan rekord 16 illik fərq Luis Araqonesə eynək geyindirib, üz qırışlarını çoxaldıb və tamamilə ağsaqqala çevirərək, məşqçidən əsl El Sabio edib.


Çox da inandırıcı görünməsə də, hər iki fotodakı oğlan – Pedro Munitisdir. Kim deyər...


Yaz-qış (və ya başqa sözlərlə, 11 illlik fərq), deyəsən, Moryentesin üstündən ötmür. Elə təəssürat yaranır ki, sağdakı foto da kral klubunun heyətində oynadığı dövründə çəkilib, təkcə bir az saçını uzadıb.


Kapello da bu zəmində ispandan geri qalmaq fikrində deyil, hətta onu ötüb keçir də. İllər (12 dənə il) ötdükcə, don Fabionun sifət cizgiləri ancaq təravətlənir.


Yəqin ki, bir çoxları Santyaqo Kanisaresin Madrid «Realında» oynamağını da, onun saçlarının əsl rənglərini də unudub. Ancaq 12 il əvvəl ekstravaqant qapıçı məhz belə idi.


Deyirlər, ağıllı baş saç saxlamaz. Bəlkə də, əfsanəvi Zinedin Zidanın «təbii baş örtüyünün» 11 ildəki təkamülü kimlər üçünsə buna sübut olar.


İker Kasilyasın «Realda» debüt etdiyi ilk matçı çıxmaq şərti ilə, məşqçi heyətinin cavan qapıçıya etimad göstərməyinin düzgün addım olmağı çoxdan sübut olunub. 10 il keçəndən sonra artıq qolkiperin özü bütün hücumçuların arxayınlığna şübhə səpir və bu arada kral klubunun rekorlarını qırır.


11 il əvvəl David Albelda karyerasının uğurlu illərini yaşayırdı. İndi, qınaq dolu baxışlarla «Valensiyanın» futbolçusu kimə baxır, görən. Zədəyə görə yığma komandanın heyətində mövqeyini, yəqin ki, həmişəlik Markus Sennaya uduzduran taleyinəmi?


Ötüb keçən altı il ərzində Dani Alves dəlləyə getməyə də imkan tapıb, ancaq özünəməxsus qulaqları önümüzdə məhz «Barsanın» yeni futbolçusunun olduğuna şübhə yeri qoymur.

Cómo hemos cambiado («Necə də dəyişmişik») adlı bötüv fotoalbom Marca qəzetinin internet səhifəsində baxmaq mümkündür

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video