Karlo Ançelottinin «Çelsiyə» keçəcəyi barədə epopeyanın sonunu gözləyənləri «Milanın» sahibi Silvio Berluskoni hələ bir az da intizarda saxlayacaq.
– Ançelotti ilə bir-birimizə hörmət edirik və hətta deyə bilərəm ki, biz yaxın dostuq, – deyilənə görə adi turistlərlə görüşdə məşqçini asıb-kəsən prezident bəyan edib. – Mövsüm başa çatan kimi biz mütləq görüşəcəyik və yaranmış vəziyyəti bir yola qoyacağıq. Yalnız bu zaman bilinəcək ki, məşqçimiz gedəcək, yoxsa qalacaq.
Son turda səfərdə «Fiorentinaya» məğlub olacağı təqdirdə, «Milan» dördüncü pilləyə yuvarlanaraq, Çempionlar liqasında birbaşa iştirak imkanını əldən buraxa bilər.
Florentino Peresdən Joze Mourinyoya gələn təklifdən sonra məşqçinin, çalışdırdığı «İnter» klubunun sahibi Massimo Moratti ilə təcili görüşünün detalları aydın olub. Məlum olub ki, Mourinyo Morattini güclü transfer siyasəti həyata keçirməyəcəkləri təqdirdə klubdan gedəcəyi ilə hədələyib və sözarası öz məvacibini yüksəltmək istəyini ona çatdırıb. Corriere dello Sport xəbər verir ki, tərəflər müqaviləni 2012-ci ilə qədər uzatmaq qərarına gəliblər və Moratti portuqaliyalı mütəxəssisə ilinə 10 milyon avro ödəməyə razı olub. Fürsəti əldən verməyən Mourinyo isə, müqaviləni birtərəfli şəkildə pozacağı təqdirdə əvvəlki sazişə əsasən təzminat şəklində ödəməli olduğu 7 milyon rəqəmini də yeni razılaşmaya salmamağa nail olub. Beləliklə, istədiyi vaxt Mourinyo müqaviləni özü üçün ziyansız şəkildə poza bilər.
Tuttosport nəşri isə Joze Mourinyonun «İnteri» tərk edəcəyi təqdirdə onun yerinə «Kataniyanı» çalışdıran Valter Zenqanın keçəcəyinə əmindir. Qəzet xəbər verir ki, Massimo Moratti növbəti məşqçinin klubun keçmiş futbolçusu olmasını istəyir. Zenqa isə Milan klubunda çoxlu sayda matçlar keçirməklə yanaşı, həm də onun uşaq yaşlarından azarkeşidir.
Maraqlıdır ki, bu xəbər yayılar-yayılmaz, Zenqa «Kataniyadan» getdiyini bəyan edib. Özü də, çempionatın sonuna bir tur qaldığına baxmayaraq, məşqçi öz istəyini ləngimədən həyata keçirdiyini dilə gətirib. Xatırladaq ki, A seriyasının 37-ci turunda «Kataniya» «Napolini» doğma meydanda məğlub edib (3:1).
«Bu Kataniyada keçirdiyim son matç idi. Başqa klubdan təklif aldığıma görə getmirəm. Sadəcə hesab edirəm ki, buradakı işim sona çatdı. «Kataniyanı» şəhərə və azarkeşlərə böyük hörmət hissi ilə tərk edirəm», – deyə keçmiş qapıçı bəyan edib.
«Midlsbro» və «Nyukaslın» zəif çıxışları sayəsində İngiltərə premyer-liqasında yerini qorumağa müvəffəq olan «Sanderlendin» baş məşqçisi Riki Sbragia istefaya getdiyi barədə xəbər yaydı. Xatırladaq ki, Sbragia dekabr ayında Roy Kinin baş məşqçi postundan qovulduğundan sonra, komandanı çalışdırmağa dəvət olunmuşdu.
Şotlandiya «Seltikinin» baş məşqçisi Qordon Straçan da dünən istefa verdiyini bəyan etdi.
«Seltikinin» baş məşqçisi postunda dörd il işləmək mənim üçün böyük fəxrdir», – Reuters məşqçidən sitat gətirir.
Straçan «Sauthemptondan» getdikdən sonra 2005-ci ildən «Seltikə» rəhbərlik edir. Bu müddət ərzində məşqçi komandanı üç il dalbadal çempionluq tituluna gətirib, lakin başa çatmış mövsümdə «keltlər» əzəli rəqibləri «Qlazqo Reyncersin» ardınca ikinci yerlə barışmalı olublar.
Son iki istefa hadisəsi isə Daily Mirror nəşrinin Straçanın «Sanderlendə» baş məşqçi kimi gələcəyi barədə xəbərindən sonra baş tutub. Xəbər verilir ki, Sbragia ya Straçanın köməkçisi kimi çalışıcaq, ya da ki, klubda inzibati işə keçiriləcək.
Yığmamızın çalışdırıcısı Berti Foqts isə gələcəyinə aydınlıq gətirmədi. Baş məşqçilərini itirən Rusiya premyer-liqası komandaları «Lokomotiv» və «Saturnun» alman mütəxəssisin namizədliyini nəzərdən keçirdikləri barədə informasiyaya, o, şərh verməkdən boyun qaçırdı.
«Bu məlumatlara şərh verməyə imtina edirəm. Azərbaycan yığması ilə də gələcək işim barədə bir söz deyə bilmərəm. Hər şey bir çox faktorlardan asılıdır», – azerisport.com məşqçidən sitat gətirir.
Hərçənd, bu iş yerlərindən biri boşa çıxmaq üzrədir. Belə ki, Moskvanın OMİK klubunun və Rusiya yığmasının keçmiş məşqçisi Valeri Qazzayevin Kiyev «Dinamosu» ilə üçillik müqavilə imzaladığı xəbər verilir. Hal-hazırda isə bu klubun baş məşqçisi daha bir rusiyalı mütəxəssis Yuri Syomindir. Mövsüm başa çatandan sonra Syominin öz keçmiş komandası «Lokomotivə» qayıdacağı barədə söz-söhbətlər bir müddətdir ki, ara vermirdi. Və hadisələrin gedişatı bu keçidin baş tutacağından xəbər verir.
«Volfsburqu» Almaniya çempionluğuna gətirən Feliks Maqatın yerinə «canavarların» rəhbərliyi artıq yeni baş məşqçini təqdim edib. 2007-ci ildə «Ştutqartla» çempionluq sevincini yaşayan Armin Fe növbəti mövsümdən indiki çempionu çalışdıracaq. Xatırladaq ki, Maqat, daha sərfəli şərtlər irəli sürən «Şalkeyə» keçdiyini bundesliqanın sonuna bir neçə tur qalmış bəyan etmişdi.
Eyni səbəbə görə, Yunanıstan çempionu «Olimpiakos» da baş məşqçisini itirib və «Volfsburq» kimi ləngimədən yenisini təqdim edib. Klubu son 13 ildə 12-ci çempionluq tituluna və həmçinin tarixinin 14-cü dubluna daşıyan ispaniya mütəxəssis Valverde, rəhbərlik ilə yeni müqavilənin şərtləri barədə razılığa gəlmədiyinə görə istefa verib. Pirey klubu isə boş qalmış vəzifəyə Temuri Ketsbayanın gətirildiyini artıq bəyan edib. 41 yaşlı gürcü mütəxəssis ilə üçillik müqavilə imzalanıb.
Yəqin ki, ötən yay çalışdırdığı «Anortosis Famaqustanı» Çempionlar liqasının final mərhələsinə çıxarması, özü də kipr komandasının yolüstü, kvalifikasiya mərhələsində məhz «Olimpiakosu» sıradan çıxarması, Ketsbayanı yunan klubu rəhbərliyinin yaxşı yadında saxlamasına gətirib.
«Çelsinin» keçmiş baş məşqçisi Luis Felipe Skolariyə isə birdən-birə iki təklif gəlib. Record xəbər verir ki, «Fənərbaxça» klubu və Özbəkistan yığması braziliyalı mütəxəssisin xidmətində maraqlıdırlar. Skolarinin yığma komandalarla işləri pis alınmır. O, Qətər yığmasını, 2002-ci il dünya çempionluğuna gətirdiyi Braziliya yığmasını və Portuqaliya yığmasını çalışdırıb.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video