Futbol » Başqa futbol xəbərləri

Mourinyo «Reala» «yox» dedi

22 may 2009, cümə, 6:15

«Real» prezidentliyinə əsas namizəd Florentino Peres Joze Mourinyoya «kral klubunu» çalışdırmaq təklifi ilə müraciət edib və ona fikirləşmək üçün bir həftə vaxt verib. Bundan xəbər tutan «İnterin» sahibi Massimo Moratti, portuqaliyalı mütəxəssis ilə təcili görüş keçirib və onun yekunlarına görə La Gazzetta dello Sport nəşrinə bəyanat verib.

«İspaniyadan bu xəbərlər gələn kimi Mourinyo ilə klubun baş ofisində söhbətləşdik. Baş məşqçimiz məni inandırdı ki, o Milanda qalmaq niyyətindədir. Ona inanmamağa heç bir lüzum görmürəm. Hərçənd, hər şeyi özündən soruşsanız yaxşıdır».

Mourinyonun müqaviləsi 2011-ci ilədək nəzərdə tutulub, lakin bir şərtə əsasən, İspaniyadan təklif gələcəyi təqdirdə, məşqçi 6 milyon funt təzminat müqabilində vaxtından əvvəl sazişi poza bilər. Peresin «The Special One»-məşqçiyə müraciətinin səbəbi isə dünən Vengerdən imtina cavabı almağı olub. Hərçənd, gələcək prezidentin Mourinyo xülyası da, deyəsən, gerçəkləşməyəcək.

«Deyirlər, güya ki, skudettonu qazanandan sonra mən «İnteri» tərk etmək istəyirəm. Lakin bu belə deyil. Doğrudur, mən «Böyük Dəbilqəyə» sahib olmaq istəyirəm, yəni ki, hər üç güclü Avropa çempionatlarının hamısında qalib gəlmək arzusundayam. İngiltərə və İtaliyada qalib gəldim, indi qalıb İspaniya. Lakin bu məqsədə mən karyeram boyu nail olmaq niyyətindədyəm, onun sonuna isə hələ 20 il var. Ona görə də, 100% «İnterdə» qalıram, əlbəttə ki, Moratti özü məni qovmasa. Lakin deyə bilərəm ki, «Realın» gələcək məşqçisi xoşbəxt insandır.

Hesab edirəm ki, bizim komanda «Barselona», «Çelsi» və «Mançester Yunayteddən» səviyyəcə geri qalır. Əminəm ki, Çempionlar liqasının yarımfinalına çıxsaq da, orada heç bir şansımız olmayacaqdı. Mən hələ mövsümün əvvəlində demişdim ki, Çempionlar liqasını qazanmağa bizim gücümüz çatmaz. «İnterə» və həmçinin «Milana», «Yuventusa», «Bayernə», «Portuya» və başqalarına güclü komandalarla mübarizə aparmaq üçün kifayət qədər güclənmək lazımdır.

İtaliya çempionatında qalib gəlmək İngiltərədən daha çətindir, çünki İtaliyada A seriyasının bütün komandaları çox yaxşı hazırlıqlıdırlar. İngiltərədə asan matçlar olursa, İtaliyada hər bir rəqiblə çətinliklə üzləşirsən», – Portuqaliya və İtaliya mətbuatı Mourinyodan sitat gətirir.

«Yuventusun» yeni baş məşqçisinin təyin olunmasında İtaliya yığmasının baş məşqçisi Marçello Lippinin əli olacağı gözlənilir. Tuttosport xəbər verir ki, klub rəhbərləri ilə sız əlaqələri olan Lippi, artıq boş qalmış postu tutacaq mütəxəssisə dair öz tövsiyyələrini verib. «Yuventusun» bu məşçinin adını isə mövsümün sonunda açıqlayacağı gözlənilir.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video