Channel4 xəbər verir ki, «İnterin» prezidenti Massimo Moratti forvard Zlatan İbrahimoviçə yeni saziş imzalamaq təklifi ilə müraciət edib. Yeni sövdələşməyə əsasən, futbolçu klubu onun müqabilində ən azı 70 milyon funt ödəniləcəyi təqdirdə tərk edə bilər. Xatırladaq ki, Milan klubunun Çempionlar liqasında uğursuz çıxışından üzülən forvard, İtaliyada hər şeyə nail olduğunu və Avropada uğur qazana biləcək komandaya qoşulmaq istəyi ilə çıxış edib. Ancaq İbrahimoviçin Morattiyə qarşı hörməti naminə, futbolçu bu addıma gedə bilər. Bundan əlavə, Moratti İbrahimoviçin arzularının çin olması naminə əlindən gələni edəcəyini vəd edib. Xatırladaq ki, isveçli futbolçunun agentinin sözlərinə görə, «Barselona» və «Real» İbrahimoviçlə yaxından maraqlanırlar.
«Milan» qolkiperi Kristian Abbyatinin agenti, müştərisinin Canluici Buffonun əvəzinə «Yuventusa» keçəcəyini və Turin klubunun bu dəyiş-düyüş müqabilində üstəlik böyük miqdarda vəsait də alacağı xəbərini şərh etdi.
«Birincisi, Kristian indi zədəlidir və avqusta qədər çətin ki, meydana qayıdar. Üstəlik, Abbyati «Milanda» xoşbəxtdir və çətin ki, başqa kluba keçmək istəyə. «Yuventusun» da Buffonla ayrılacağı inandırıcı görünmür», – Channel4 agent Vinçenzo Morabitodan sitat gətirir.
Florentino Peresin «Real» prezidenti kürsüsü uğrunda əsas rəqibi Ramon Qarsiya azarkeşləri öz transfer planları ilə tanış edib. Belə ki, seçiləcəyi təqdirdə xorvatiyalı mütəxəssis Slaven Biliçi baş məşqçi postuna çağıracağına, «Çelsinin» forvardı Didye Droqbanı isə transfer edəcəyinə söz verib.
«Biliç oyunçularla münasibəti çox yaxşı tənzimləyir, bundan əlavə o gözəgəlimli aqressiv hücum futbolunun tərəfkeşidir. Droqbaya gəlincə, burada şərh veriləsi bir şey yoxdur – o dünyanın ən yaxşı hücumçularından biridir», – deyə Qarsiya AS qəzetinə öz planları ilə bölüşüb.
«Yuventus» prezidenti Covanni Kobolyi Cilyi isə «Verderin» yarımmüdafiəçisi Dieqo barədə alman klubu ulə danışıqların sona yaxınlaşdığını bəyan edib.
«Hələlik, «Verderlə» danışıqlar davam edir. Hər şey onu göstərir ki, transfer baş tutacaq. «Bayern» də Dieqo ilə maraqlanır? Bu barədə heç bir şey bilmirəm, ancaq braziliyalı bizə keçməyincə, hər şey baş verə bilər», – deyə Cilyi AFP agentliyinə xəbər verib.
Qeyd edək ki, İtaliyanın ANSA agentliyinin məlumatına görə, braziliyalı futbolçu 25 milyon avro müqabilində artıq «Yuventusa» keçib. Dieqonun Turin klubunda məvacibi ilinə 3,5 milyon avro təşkil edəcək.
Belində yaşanan xroniki ağrılar «Milanın» müdafiəçisi Alessandro Nestanı futbol karyerasını vaxtından əvvəl başa çatdırmağa məcbur edə bilər. Sonuncu dəfə futbolçu meydana ötən il mayın 11-də çıxıb. La Gazzetta dello Sport xəbər verir ki, hal-hazırda 33 yaşlı müdafiəçiyə həkimlər yalnız yüngül qaçışlar etməyə icazə verirlər. Milan klubu rəhbərliyi isə Nestadan gələcəyi haqda cavab tələb edib, çünki müdafiə xəttinin gücləndirilməsinə dair vaxtında qərar çıxarmaq lazımdır.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video