«Milanın» bir qrup azarkeşi klubun müdafiəçisi Paolo Maldiniyə qarşı aksiya həyata keçiriblər. 40 yaşlı futbolçu üçün «Roma» ilə İtaliya çempionatının 37-ci turu çərçivəsindəki matç (2:3) doğma arenada keçirdiyi son görüş oldu, birinciliyin son oyununu isə «rossonerilər» səfərdə «Fiorentinaya» qarşı keçirəcəklər. 24 il ərzində klubun heyətində 901 matç keçirən Paolo Maldini «Milanın» əsil rəmzinə çevrilib.
Matçın əvvəlində azarkeşlər Maldinini salamlayan yazı parçaları qaldırıblar. Lakin futbolçunun şərəf dövrəsi vurduğu vaxt gözlənilməz hadisə baş verib. Bir qrup azarkeş, 1997-ci ildə Maldininin ilk dəfə geydiyi kapitanlıq sarğısına qədər komandanın kapitanı olmuş Franko Barezinin adını səsləndiriblər və onu nəzərdə tutaraq, 6 nömrəsi və «Bizim yalnız bir kapitanımiz olub» yazılan parçanı nümayiş etdiriblər.
Bu Maldinini bərk pərt edib. Fəxri dövrə zamanı da emosiyalarını gizlədə bilməyən futbolçu, matçdan sonra müsahibə verməyə belə özündə güc tapa bilməyib. O, yalnız «Fəxr edirəm ki, mən onlar kimi deyiləm» deməklə kifayətlənib.
Aksiyaya rəhbərlk edən «Milan» tiffozisinin rəhbərlərin biri «Baron» ləqəbli Cankarlo Kapelli, bunun Maldininin bir neçə ifadələrinə cavab olduğunu bildirib.
«Bu etiraz deyildi. Biz sadəcə göstərmək istəyirdik ki, Maldininin son vaxtlar özünə sığışdırdığı sözlər və davranışı barədə nə fikirdəyik», – deyə Kapelli Controcampo teleşousunda bəyan edib.
Maldininin azarkeşlərlə arası hələ 2007-ci ildə dəymişdi. O vaxt uğursuz oyuna görə tez-tez komandanı fitə basan tiffozini futbolçu qəzet səhifələrindən tənqid etmişdi. Lakin, azarkeşlərin bu sözlərə münasibətini arxadan vurulan zərbə ilə müqayisə etmək olar.
Artıq Franko Barezinin özü və matçda qonaq komandanın baş məşqçisi Luçano Spalletti hadisəyə öz münasibətlərini bildiriblər.
«Bunun şahidi olmaq çox xoşagəlməz oldu. Fikrimcə, Paolo Maldini kimi dahi futbolçu başqa münasibətə layiqdir», – TuttoMercato Barezidən sitat gətirir.
«Bunu edən insanlar idmanı sevmir və evdə otursalar yaxşıdır. Əgər kimsə Maldinini təhqir edirsə, bu heç bir çərçivələrə sığmır», – Sky Italia Spallettidən sitat gətirir.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video