Futbol » Milli komandalar

Lüğətdən olan məşqçi

27 mart 2009, cümə, 3:45

Rusiya – Azərbaycan görüşü öncəsi Rusiya komandasının baş məşqçisi Qus Hiddink haqda jurnalist Vasili Utkinin fikilərini gətiririk.

Elə məşqçilər (ola bilər pianoçular, əyyaşlar, siyasətçilər, fərqi yoxdur) var ki, məharətləri allah vergisidir. Bəzilərini biz zəhmətkeş adlandırırıq, ingilis variantında buna self-made man deyilir. Bəzən isə «dahi» kəlməsi söylənilir. Hərçənd, bu ifadə çox güclüdür, və ondan çox vaxt sui-istifadə edirlər.

Qus isə – sadəcə bir məşqçidir. Lüğətdən götürülmüş mənada. Əgər onu, bu sözü, əlbəttə, ayırıb təhlil etsək. Bu sözə bir tərif qoşsaq isə – aydınlığını itirər.

Bax, məşqçi nə deməkdir?

Tez-tez eşidirik: məşqçi psixoloq olmalıdır; məşqçi öz dəst-xətti ilə seçilməlidir; məşqçi həmişə diktatordur; və sairə, və ilaxır. Əslinə qalanda, bunların hamısı qeyri-dəqiqdir. Bilirsiniz, məşqçi kimdir? Məşqçi – indi, hal-hazırda lazım olan adamdır. O həmişə bir simada ola bilməz – çox sadə səbəbə görə: bu, vəziyyətə idarəni nəzərdə tutan bir peşədir. Bötüv vəziyyətə. Çoxsaylı tərkib hissələri ilə birgə. Və belə vəziyyətlərin sayı sonsuzdur. Beləliklə, məşqçi psixoloq olmalıdır – haçan bu tələb olunur, dayə olmalıdır – nə vaxt buna zərurət yaranır, zəhmli – arada-bir isə yumşaq olmalıdır, taktik olmalıdır – ancaq, bəzən bu taktikanı da cəhənnəmə tullamalıdır, çünki elə təsadüflər olur ki, lövhədə nə isə cızmaq – ancaq tabaşiri korlamaqdır.

Nə qədər çox vəziyyətə məşqçi açar tapa bilsə, onun səviyyəsi bir o qədər yüksək olar.

Hiddink məhz belədir.

Baxın – ona qarşı sadaladığımız hansı ifadəni götürsək, demək olar hər birində, o haradasa ortalıqda yer alacaq.

Məgər o məşqçi-taktik deyilmi? Bu tərif altda əgər konkret matç üçün konkret düzülüşə çox diqqət yetirəni götürsək? Əldəttə, o taktikdir. Gözümüzün önündə keçən karyerasında biz çox mahiranə taktiki qərarlar taparıq. Mənim, şəxsən, on bir il əvvəl Fransada keçirilən dünya çempionatı zamanı Hollandiya yığmasının diskvalifikasiya üzündən Patrik Klüyverti itirməsi yadıma düşür. Üç matça itirməsi. Hiddinkin əli altında Klüyverti tamamilə əvəzləyəsi bir futbolçu yox idi. Ancaq mərkəz hücumçusu, özü də eləsi ki, mərkəzdə qalaraq, həm də yoldaşlarına oynasın, ona tələb olunurdu. Bunu komandanın oyun quruluşu labüd edirdi! Nə edəsən? Və onda Hiddink nəfis bir qərar qəbul etdi. Onun əli altında yarımmüdafiəçi Filip Koku vardı – təkcə kifayət qədər hündürboylu yox, təkcə başla yaxşı oynayan yox, həm də belə bir oyunda əsl forvard kimi toxuşu qoparan bir futbolçu. Qabaqlayan, ani məqamı hiss edən. Və Koku mərkəz hücumçusunu oynadı! Ancaq bütün vaxtı yox, təkcə hücum cinah meyli alanda. Belə olmayanda isə, Koku meydanın mərkəzində əlavə oyunçuya çevrilirdi və bu komandaya daha yaxşı pressinq tətbiq etməyə kömək edirdi. Ümumiyyətlə, çox şeyə imkan verirdi.

Deməli, o taktikdir.

Ancaq, bununla belə, o, bu şərti ampluaya aid məşqçilərə xas ehkamlıqdan uzaqdır. Məşqçi-taktiklərdə çox vaxt ideya oyunçuların şəxsiyyətini üstələyir, oyun sxemləri onları boğur; Hiddinkə gəlincə, yadımda deyil ki, o, sxemin xatirinə güclü, oynamağa hazır oyunçunu meydana buraxmasın. O beləsinə yer tapacaq.

Yeri gəlmişkən, Hiddinkin qeyri-ehkamlığının əla nümunəsi – Rusiya yığmasının sxematik baxımdan təşəkkül tapmasıdır. Hamı dərk edir ki, üç mərkəz müdafiəçisi ilə sxem oyuna dəhşətli dərəcədə məhdudiyyət qoyur, və hücum hərəkətlərinin hazırlanmasına sadəcə olaraq adam çatışmır. Ancaq o vaxtadək ki, həmişəki kimi bir həftə yox, demək olar, bir ay komanda ilə birgə keçirmədi, Hiddink buna dözdü. Axı onun əli altında «klub bloku» vardı – İqnaşeviç ilə qardaşlar, onların arxasındasa Akinfeyev; və nəyə lazım idi başqa dərdisərlərlə birgə hələ müdafiənin oyununu yenidən qurmaq? Lazım deyildi. Vaxtı gəldi – onu da həyata keçirdi.

Nəyi ona sırf aid etmək olar – «psixoloq» ifadəsini. Əslinə qalanda, səviyyəli məşqçi psixoloq olmaya bilməz. Bu «böyük məşqçi» anlamının sinonimidir. Qus isə bu mənada, yəqin ki, dünyada ən güclüdür. Bu düz onun «Çelsidə» indi etdiyidir, və məhz onun belə olduğu üçün, onu belə işə də götürüblər. Komandanı silkələmək lazım idi. Onun iddiasını tapıb çıxarmaq – ümumən həyatda yox, məhz düz bax bu anda. Bundan artığını o heç etməyib də; hələlik isə, artığını etmək də lazım deyildi. Ancaq İngiltərədə, Kuboku da nəzərə alsaq, bu dalbadal beş qələbəyə bəs edib. Bu matçlarda buraxılmış bir qol ilə. Özü də, hər oyuna ayrıca nəzərə yetirsəz – deyərsiz: Skolari də belə edə bilərdi.

Ancaq Skolari beş dəfə dalbadal edə bilməzdi. İndiki anda – edə bilməzdi. O isə etdi. Necə? Bütün oyun dəyişiklikləri rahat şəkildə həyata keçirilir. Ani olaraq ancaq iddia, əhval-ruhiyyə dəyişlənir, hansı ki, oyunçulara toparlanmağa, səhvlər buraxmamağa kömək edir. Bu soyunub-geyinmə otağında görülən işdir, birinci növbədə. Burada isə o əjdahadır.

Onun sırf romantik və ya praqmatik futbolun yolçusu olmadığını söyləmək, məncə, yersizdir. Onsuz da, bu aydındır.

Hiddinkin dillər əzbəri olan bəxtliliyindən də fikir yürütmək mənasız işdir. Bu mövhumla tutuşan hər bir hadisə – üzdə durur, uyğun gəlməyənini isə hələ axtarıb çıxarmaq lazımdır. Ancaq onun karyerasına diqqət yetirən hər bir kəs, Hiddinkin patoloji cəhətdən naxışlı bəndə olmadığına əmin olar. Ona görə də, biz burada da, ona yaraşan bir epitet tapa bilməyəcəyik.

Bəlkə onu, bütün vəziyyətlərdən çıxış axtarıb tapa bilən ideal məşqçi adlandıraq? Bəs onda, məsələn, onun «Betislə» işi necə olsun? O komanda ilə ki, mövsümün sonunacan işləməyə imkan tapmadı, komanda isə aşağı diviziona yuvarlandı? Bəs Madrid «Realı» ilə işi? Elə «Valensiyanın» özündən də Qusu bir vaxtlar alqışsız-filansız yola saldılar. Deyəsən, onda avrokuboklarda kiməsə 1:5 hesabı ilə uduzmuşdu...

Hiddink – hücum oyunu məşqçisidir? Cəfəngiyatdır. Nə vaxt lazım olsa və nə vaxt komandanın imkanları ona icazə versə, o uğurla müdafiə oyunu qurur. Məsələn, «Milana» qarşı Çempionlar liqasının unudulmaz yarımfinalı zamanı, onun PSV-si məhz belə oynadı. Nəfəs almağa imkan vermədi. İtalyanlara italyanlığın nə olduğunu göstərdi.

Biz yenə də Hiddinkə birmənalı ifadə tapa bilmədik.

Birdən mənim beynimə epitet yox, kinematoqrafik obraz gəldi. Hiddink – «Kriminal Oxu» filmində olan cənab Vulfdur. Yadınızdadır, o, öz səfehlikləri ucbatından çıxılmaz vəziyyətə düşən iki avam banditin köməyinə çatır, və çıxış yolunu taparaq onları heyrətə gətirir. Bununla belə, kinonun klassikası yadınızdadırsa, bilirsiz ki, o əhəmiyyətli heç bir iş görmür. Təsadüfən avtomobildə birisini güllələyən banditlərə deyir: belə... şüşələri qandan təmizləyin, divanı da eləcə, üzərinə örtük salın... Özünüz də yuyunun... Belə... Ölünü maşının baqajına atın. Və sözarası əsəbilikdən dəli-divanə olan ev sahibini özünə elə məftun edir ki, ona xoşladığı qəhvə də hazırlayırlar, filmin son kadrlarında isə biz ləzzətli bir gözəlçəni cənab Vulfun ağuşunda görürük, və heç bir şübhə yoxdur ki, o qızdan da istədiyini götürəcək.

Hiddink də eynən belədir. O vəziyyəti tam şəkildə dərk edir və birinci, ikinci, üçüncü növbədə nə etmək lazım olduğunu başa düşür. O bunu edəndə isə, hamı çığırır: aman, tanrım, bu ki, belə sadə və aydındır! Əlbəttə, biz bunu necə oldu ki, başa düşmədik – deyə namuslu adamlar çığırırlar; dələduzun biri, biz özümüz də bunu bacarardıq – deyə paxıllar dil-boğaza qoymurlar.

Hə, deyəsən, istədiyimiz ifadəni tapdıq, deyilmi?

Yox.

Əgər biz Qus Hiddinkin karyerasını diqqətlə nəzərdən keçirsək, əmin olarıq ki, dediyimiz şəkildə o hansısa bir qutudan hoppanıb çıxmayıb (məsələn, Mourinyo kimi). Demək olar, nail olduğu hər bir şeyi o birdən qazanmayıb. Səhvlərin təcrübəsindən keçərək. Və hətta özünün psixilogiyasından da. Yaddan çıxarmamısınız ki – məhz onun komandasında, psixoloq-Hiddinkin Hollandiya yığmasında, qara və ağ oyunçuların münaqişəsi baş vermişdi? Bəli olmuşdu. Ancaq onun qarşısını ala bilməsə də, Hiddink bu vəziyyətlə bacardı. Çıxış yolu tapdı.

Sonra onun komandalarında bir münaqişə barədə belə heç bir şey eştməmişik.

Və hər şey də eləcə. Yəqin, buna görədir ki, elə başlanğıcında Çempionlar kubokunda qələbə ilə start götürən karyerası, indiyədək davam edir. Əsrin dörddə biri müddətində davam edən uğurlu məşqçi karyerası – nadir haldır. Qus isə, yeri gəlmişkən, məşqçi kimi öz ilk trofeyini karyerasının ikinci ilində qazanıb, – 86-da PSV ilə, daha iki il sonra bu komada ilə Çempionlar kubokunu da əldə edib (bütün bu müddət ərzində Hollandiya çempionu statusunda qalaraq). Trofeylə bağlı onun son nailiyyəti keçən il baş tutdu – Avronun bürüncü. Və o ancaq indiki anda sonuncudur... Ondan çox işləyən və daha çox uğura nail olan məşqçilər də var – onların sayı çox deyil, ancaq onlar mövcuddurlar. Ancaq onlardan Qus, birinci növbədə, bir çox yerdə işləməsi ilə seçilir. Bax, bu iki əlaməti nəzərə alsaq – həm uzun sürməyi, həm müxtəlifliyi – o tək, yeganədir. Ən azından, indi işləyənlər arasında.

Hiddink elə deyil ki, hamıdan yaxşıdır, yox – sadəcə, ona qatışıqsız olaraq «məşqçi» anlamı daha çox yaraşır. Necə ki, bir vaxtlar hansısa futbolçu Di Stefano-futbolçu haqda demişdi: onun meydanda bütün etdikləri mənə tamamilə aydındır. Hə! Tamamilə aydındır... Düz o bunu edəndən bircə saniyə sonra.

Mən indi bilmirəm, necə Alfredo Di Stefano buna gəlib çıxıb, ancaq Hiddink ona görə belədir ki, o öz səhvlərindən hər vaxt dərs çıxara bilib. Onda hər şey səmərəlidir, o bütün hərəkətlərini izah edər – və siz başa düşərsiz. Bir qədər savadınız olsa, əlbəttə.

Və, ən əsası, o öyrənməyə davam edir. Sadəcə, səhvlər artıq buraxmır.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video