«Çelsinin» Kakaya göstərdiyi maraq barədə xəbərin haradan qaynaqlandığı üzə çıxıb.
Məlum olduğu kimi, londonlular Kakaya görə «Milana» heç bir təklif göndərmədiklərini rəsmi şəkildə bəyan etmişdilər. Lakin, hamı bilir ki, təklif göndərilməzdən əvvəl adətən futbolçunun özündən razılıq alınır. Və, xəbər verdiyimiz kimi, Ançelotti hələ ilkin danışıqlar zamanı «Çelsiyə» Kakanı ələ keçirməyi tövsiyyə etmişdi.
Yeni məşqçinin istəyinin həyata keçirilməsini şəxsi idarəçiliyi altına alan Roman Abramoviç ötən həftə Milanda futbolçunun atası və agenti Bosko Leyte ilə danışıqlar aparıb. Lakin rusiyalı biznesmenin nəzərinə çatdırılıb ki, Kakanın ürəyinə «Real» düşüb.
Məlum olub ki, Braziliya yığmasının düşərgəsinə yollanmazdan əvvəl Kaka bu istəyi barədə «Milanın» futbolçularını da agah edib.
Kakanın danışıqlara heç girişmək istəməməyi beynəlxalq bazarda «Çelsi» üçün böyük zərbədir, özü də, hələ nəzərə alsaq ki, Ançelotti ötən həftəyədək uzun illər onun çalışdırıcısı olub. Dalbadal ikinci ildir ki, «zadəganlar» əsas transfer məqsədlərini əldən buraxırlar. Məlum olduğu kimi, Robinyo da ötən yay «Çelsidən» imtina edərək «Mançester Sitiyə» üz tutmuşdu.
Kaka ilə məşqçi-oyunçu əlaqələrindən başqa, gözəl şəxsi münasibətləri olan Ançelotti isə futbolçunu özünə tərəf çəkməyinin faydasızlığı ilə barışaraq, klubdan Riberiyə görə daha səylə mübarizəyə girişmələrini tələb edib.
Məlum olduğu kimi, «Bayernin» vingeri ilə «Realın» özü də ciddi maraqlanır (xəbər vermişdik ki, Zidan Riberi ilə artıq görüş keçirib), lakin Ançelotti ümid edir ki, Ançelottinin qüruru eyni zamanda iki futbolçu üçün Peresə məğlub olmağa imkan verməyəcək (Riberi üstündə mübarizənin təfərrüatı: Avropada vinger trilleri).
Yaradıcı oyunçudan başqa Ançelotti bir hücumçu ilə güclənməyi düşünür, çünki klubda qalmağı yəqinləşən Didye Droqba Afrika millətlər kubokunda iştirak edəcəyinə görə bir ay komandaya kömək edə bilməyəcək. «Mançester Sitinin» başa çatmış müqaviləni uzatmaq barədə təklifini rədd edən 19 yaşlı forvard Daniel Starricin nümayəndələri ilə «Çelsi» artıq görüşüb. Lakin, «Sitini» də, «Çelsini» də ötən mövsüm cəmi beş dəfə meydana çıxan futbolçunun həftəsinə 65 min funt tələb etməsi hələlik çəkindirir.
Həm də ki, dünən londonluların Ançelottinin daha bir keçmiş yetirməsi Patoya maraq göstərməsi haqda xəbərlər dolaşmağa başlayıb.
Və futbolçunun agenti də «Çelsiyə» keçidin istisna olunmadığı qeyd etdi.
«Biz «Çelsinin» Aleşandroya olan marağına valeh olmuşuq. Müştərimin taleyi barədə son qərarı «Milan» qəbul edəcək. Lakin klub rəhbərliyi yaranmış vəziyyətə dair münasibətini yaxın zamanlarda açıqlamalıdır. Əgər «Çelsi» və «Milan» razılığa gələ bilsələr, Pato da məmnuniyyətlə londonlularla danışıqlara başlayar», – deyə agent Jilmar Veloz bəyan edib.
Dünya futbolunun ən perspektivli hücumçularından hesab edilən Pato gələcəkdə dünya səviyyəli ulduza çevrilmək üçün bütün imkanlara malikdir.
«Milanın» sahibi Silvio Berluskoni bu xəbərə özünəməxsus şəkildə çılğınlıqla reaksiya verməyə də imkan tapıb.
«Pato indi də, gələcəkdə də heç bir vəchlə satılmayacaq», – deyə İtaliyanın baş nazir bəyan edib.
Elə baş nazir demişkən, «Milanın» apardığı transfer siyasəti Berluskoniyə siyasi zəmində problemlər gətirə bilər. Channel4 xəbər verir ki, «rossonerilər» tiffozisi Kakanın «Reala» keçidini bütün yollarla əngəlləməyə çalışırlar. Fanatlar klubun qərargahı önündə etiraz aksiyası keçiriblər və bu yaxınlarda baş tutacaq seçkilərdə Berluskoniyə səs verməyəcəkləri ilə hədələyiblər.
Azarkeşlərin əllərində tutduqları bəzi yazı parçaları: «Kakanı satsanız, klubu satacaqsınız», «Prezident: əvvəllər şah-şöhrət vardı, indi isə yalnız məyusluq», «Kakanı satan buna görə cavab verəcək».
Berluskoni isə çətin vəziyyətə düşüb: bir müddət əvvəl onu arvadı atmışdı, indi isə azarkeşlər üz döndərir.
Klubun vitse-prezidenti Adriano Qalliani isə transferin səbəblərini açıqlayıb.
«Kakanın gedişi ilk növbədə klubun düşdüyü mürəkkəb maliyyə vəziyyəti ilə bağlıdır. «Milan» hər il 70 milyon avro itirir.
Lakin, demək istərdim ki, böhrandan danışmaq lazım deyil. Digər futbolçular qalacaqlar, hələ üstəlik bir hücumçu da almağa çalışacağıq», – Reuters Qallianidən sitat gətirir.
Transfer bazarında çalxalanmanın əsas səbəbkarı olan «Realın» prezidenti Florentino Peres Antena3 kanalına müsahibəsində transfer siyasətinin bir neçə məqamları barədə söz açdı.
«Arzulayıram ki, bacardıqca çoxlu sayda dünya ulduzları bizim heyətimizdə çıxış etsinlər. Sözsüz ki, Ronaldu və Kaka bu siyahiya daxildirlər. Çalışacağam ki, hər ikisi «Realın» köynəyini əyinlərinə geysinlər.
Həmçinin, hesab edirəm ki, Xabi Alonso Avropa futbolunun ən gözəl pas verməyi bacaran futolçusudur. Onu da əldə etməyə çox şad olardım.
David Vilya və Dieqo Forlana da pərəstiş edirəm. Onlar dünya səviyyəli futbolçulardlr. Demək istəyirəm ki, eyni zamanda onların hər ikisinin bizimlə müqavilə bağlayacaqlarını təxmin etmək olmaz, lakin heç bir prezident onlardan imtina etmək gücündə deyil».
Avropanın digər transfer xəbərlərinə gəlincə, The Times xəbər verir ki, «Mançester Siti» Eto'О-Teves hücum tandeminə 50 milyon funt xərcləməyə hazırdır. Rəhbərlik hesab edir ki, Robinyo ilə birgə bu üçlük İngiltərə premyer-liqasının ən güclü hücum xətti hesab edilə bilər.
Özü də, nəşr iddia edir ki, bu transferlər həyata keçirilməyə çox yaxındır. Belə ki, Eto'О «Barselonada» Messinin aldığı qədər məvacib tələb edir, Teves isə azad agent olduğuna baxmayaraq müəyyən futbol agentliyinə məxsusdur və satın alınması üçün 25,5 milyon funt ödəmək gərəkir. Bu məbləğ isə, aydındır ki, «şəhərliləri» qətiyyən çəkindirmir.
Sky Sports xəbər verir ki, çempionşipə yuvarlanan «Midlsbronun» türkiyəli futbolçusu Tuncay Şanlı ilə «Liverpul» maraqlanır. Ötən mövsüm 33 matçda 7 topa imza atan forvardın oyunu mersisaydlıların baş məşqçisi Rafael Benitesin diqqətini cəlb edib və mütəxəssis Tuncay və Fernando Torresdən hücum tandemi yaratmaq niyyətindədir.
«Bəli, «qırmızıların» istəyi barədə xəbərim var. Böyük klubda özümü sınamaq istəsəm də, hələlik yekun qərar barədə bir söz demək olmaz», – deyə Tuncay kanala bəyan edib.
Bild xəbər verir ki, «Bayern» daha bir futbolçu ilə güclənib. Mario Qomes, İvitsa Oliç, Aleks Baumyohann və Anatoli Timoşukun ardından münlenlilər öz sıralarına «Herenvenin» yarımmüdafiəçisi Daniel Pranyiçi qatıb. Nəşr xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisinin alışına ötən mövsüm Hollandiya çempionatında onun oyununa valeh olan Lui van Qal israr edib. Transferin qiyməti 10 milyon avro təşkil edib.
Hollandiyalı məşqçi yaxın zamanlarda öz həmvətənliləri ilə də qovuşa bilər. İspaniyanın AS nəşri xəbər verib ki, Uesli Sneyder və Rafael van der Vart «Realın» Riberiyə olan təklifinin tərkib hissələridirlər.
Almaniya mətbuatı xəbər verir ki, «Bayern» qapıçı Manuel Noyner barəsində «Şalkeyə» yeni təkliflə müraciət edib. Perspektivli qapıçı üçün münhenlilər 18,5 milyon avro və qapıçı Mixael Rensinqdən keçməyə hazırdırlar.
Bavariyalıların baş meneceri Uli Höness və klubun idarəçiliyinin sədri Karl-Haynts Rummenigge dünən müxtəlif idman nəşrlərinə bu informasiyanı təsdiq etsələr də, «Şalke» tərəfi sanki ağzına su alıb.
Hələ mövsümün sonunda Almaniya mətbuatına istinadən xəbər vermişdik ki, münhenlilər qapıçı ilə yaxından maraqlanırlar və onun üçün 9 milyon avro xərcləməyə hazırdırlar. Lakin o vaxt Gölzinkirxendən qətiyyətli rədd cavabı gəlmişdi. Həmçinin, azarkeşlərlə birlikdə komanda yoldaşlarının da mehribancasına «Manu» deyə çağırdıqları qapıçı özünün böyüyüb başa çatdığı kluba «100 faizli sadiqliyindən» bəhs etmişdi.
1986-cı ildə Gölzinkirxendə anadan olan Manuel Noyner «Şalke» futbol klubunun uşaq və gənclər komandalarında 1991-ci ildən çıxış etməyə başlayıb. Qapıçı ilk peşəkar müqaviləsini 2005-ci ildə bağlayıb və 2006/07 mövsümündən başlayaraq komandanın keçmiş aparıcı qapıçısı Frank Rostu aktiv əvəz etməyə başlayıb. Noyner elə həmin mövsümdəcə bundesliqanın ən yaxşı qolkiperi seçilib, komanda isə çempionatda üçüncü yeri tutub və Çempionlar liqasında ¼ final mərhələsinədək irəliləyib.
Noyner yığma karyerasına bu yay başlayıb. Yoahim Lövün komandasının Asiya turnesi çərçivəsində BƏƏ yığmasına qarşı keçirdiyi matçda (7:2) qapıçı yığma komandada debüt edib və istisna etmək olmaz ki, avqustda millimizə qarşı matçda rəqibin qapısını məhz o qoruyacaq.
Almaniyanın idman icmalçıları Noyneri nəsil dəyişməsi yaşayan və stabillik, dözümlülüyə bel bağlamaq istəyən hər bir klub üçün «yağlı tapıntı» adlandırırlar. Bundan başqa Manu klubun gözəl «vitrini» də ola bilər – o əla fiziki xüsusiyyətlə malikdir, çox cazidəbardır və hətta rəqib azarkeşlərin də simpatiya və rəğbətini qazanır.
«Bayernin» elçi düşdüyü qapıçının məsləhətçisi Tomas Krot bəyan edib ki, «münhenlilərin belə təklifi istənilən gənc futbolçunu maraqlandıra bilər». Lakin, bununla belə, o əlavə edib ki, «futbolçunun istəyindən bu vəziyyətdə heç nə asılı deyil».
Qeydiyyat: 26 mart 2010 | Şərhlərin sayı: 1
men yarsni oxuya bildim
Qeydiyyat: 4 noyabr 2009 | Şərhlərin sayı: 1
niko_18, niyə oxuya bilmədin ki,
Qeydiyyat: 3 iyul 2009 | Şərhlərin sayı: 1
men oxuya bilmedim
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video