Futbol » Başqa futbol xəbərləri

İbrahimoviç «İnterin» çempionluq mərasimini vecinə almayaraq İsveçə üz tutur, Buffon «Yuventus» sahibini söhbətə çağırır - günün transfer xəbərləri

12 may 2009, çərşənbə axşamı, 6:47

«Mançester Siti» «Realın» lideri Raulu transfer etmək fikrinə düşüb. İngiltərə mətbuatının sözlərinə görə, klub rəhbərlərini bu addıma bir vaxtlar kral klubu kapitanının komanda yoldaşı olmuş Robinyo sövq edib. İspaniyanın Marca nəşri Raulun məsələyə fikrini artıq öyrənib. «Belə təklif haqda heç fikirləşmirəm də, çünki heç yerə getmək fikrim yoxdur. Mən karyeramı «Realda» başa vurmaq fikrindəyəm, bu mənim klubumdur və burada hələ çox işlər görməliyəm. «Sitinin» təklifini görəndə, heç bir saniyə də düşünmədim. Mənim yerim buradır», – deyə Raul bəyan edib. «Realda» hələ çox işlər görəcəyini söyləyəndə, Raul yalnız futbolçu karyerasını nəzərdə tutmur – Madrid klubunun bütün mənalarda rəhbəri olduğunu o hamıya sübut edib.

«Çelsinin» yarımmüdafiəçisi Mixael Ballak müqavilənin uzadılması barədə axır ki, klubla razılığa gələ bilib. Qeyd edək ki, bu yöndə danışıqlar hələ ötən mövsümdən başlamışdı, çünki London klubu rəhbərliyi çoxyaşlı futbolçularla uzunmüddətli və bahalı sazişlər imzalamağa can atmır. The Times xəbər verir ki, Ballakın ikiillik müqavilə istəyi ilə razılaşmayaraq, klub sazişi cəmi bir il müddətinə uzadacaq. Alman legionerin həftəlik məvacibi isə 121 min funt təşkil edəcək.

People nəşri iddia edir ki, «Şalke» «Çelsidən» istədiyini ala bilməyən Mixael Ballakı öz heyətinə dəvət edib. Bir vaxtlar futbolçu ilə işbirliyi olan gələcək məşqçi Feliks Maqat da londonlularla müqaviləsinin başa çatdığına görə pulsuz başa gəlməsi mümkün olan futbolçu ilə yenidən bir yerdə çalışmaqda maraqlıdır.

«Realın» qapıçısı İker Kasilyas Kriştianu Ronaldu və Kakanın mümkün alışlarına münasibətini bildirib.

«Kaka və Ronaldu – dahi futbolçulardır, ancaq biz hər zaman onlardan danışmalı deyilik. Bizə ilk növbədə «Barselona» ilə rəqabət apara biləcək komanda lazımdır. Bir futbolçu isə bütöv komandanı dəyişə bilməz. Əminəm ki, belə futbolçular olmur. Biz Ronalduya görə 100 milyon avro ödəyəcəyiksə, bu ancaq o deməkdir ki, onun qiyməti belədir. Ancaq, iqtisadi böhran zəmanəsində yaşadığımızdan, belə rəqəmləri xərcləmək bir az əcaib gəlir. Gələn mövsüm mütləq Çempionlar liqasının yarımfinalına çıxmalıyıq. Yoxsa bu artıq fəlakət olacaq. Yarımfinal səddi bizim kimi ənənələri olan klub üçün ən minimal pillədir», – deyə qolkiper söyləyib.

Öz qalmaqallığı ilə dünyada səs çıxarmış Britaniyanın The News of the World nəşri, «Liverpul» rəhbərlərini güclü transferlər üçün kifayət olan məbləğə razı sala bilməyən Rafael Benitesin 11 oyunçusunu satmağa hazırlaşdığını bəyan edib. Bu futbolçular arasında, Rayan Babel, Albert Riera, Cermeyn Pennant («Portsmutda» icarədədir), Filipp Dejen, Şarles İtanj, Cek Hobbs, Andrey Voronin («Hertada» icarədədir), Sebastyan Leto, Andrea Dossenanın adları olduğu bildirilir. Bu futbolçulardan götürülən vəsaitin üstünə rəhbərlikdən alacağı 20 milyon funtu da qoyadandan sonra, Benites gələn mövsüm «Çelsi» və «Mançester Yunayteddən» ola «pul kisələri» ilə başabaş mübarizə aparacağını planlaşdırır.

«Mançester Yunaytedin» argentinalı yarımmüdafiəçisi Karlos Teves yayda başqa kluba keçmək istəyi barədə söz açdı.

«Mançester Yunayteddə» mənimlə böyük ailənin üzvü kimi rəftar etmədilər. Özümü onlara lazım olan adam kimi hiss etmirəm. Daha burada qalmaq mənim üçün çox çətin olar.

Bu mövsüm mənim klubda vəziyyətim dramatik surətdə dəyişdi. Heyətdən kənarda qaldım – amma deməzdim ki, pis oynayırdım. Ser Aleks heç nəyi mənə başa salmırdı, bunu heç ondan tələb də etmirdim – bunlar mənlik deyik. Görünür, o artıq mənə etibar etmir.

Bu düz deyil ki, mənim ailəm İngiltərədə həyatdan bezib və İspaniyaya köçmək istəyri. Dörd yaşlı qızım Florensia artıq ingilis dilini öyrənir, həyat yoldaşımınsa İngiltərədən xoşu gəlir. Biz burada qalmaq istəyərdik. İngiltərə premyer-liqasında da qalmaq pis olmazdı – o dünyanın ən güclüsüdür və mənim oyun üslübuma tamamilə uyğundur. Hər bir kluba keçə bilərəm – «Arsenal», «Çelsi», «Mançester Siti», «Everton». Mankunianların azarkeşlərinə təşəkkür etmək istəyərdim. Onlara öz keçmiş futbolçusunu digər klubun formasında görmək çətin olacaq, ancaq, fikrimcə, onlar məni anlayarlar: mən qalmaq üçün əlimdən gələni etdim», – deyə Teves Sky Sports kanalına bəyan edib.

«Arsenal» klubunun baş məşqçisi Arsen Venger bu yay bir hücumçu və müdafiəçiyə 20 milyon funt xərcləməyi planlaşdırır, deyə Mail on Sunday xəbər verir. Fransız mütəxəssis London klubunun əsas səhmdarı olan Əlişer Usmanovda öz tərəfdarını tapıb. Bundan əlavə, «topçular» Emmanuel Adebayoru «Milana» satmaqla da kifayət qədər vəsait əldə etməyi planlaşdırırlar.

Arsen Vengerin özü də bu xəbərlərə fikrini bildirib. «Hesab etmirəm ki, komandanın heyətində böyük dəyişikliklər etməyə lüzum var. Transferlərə nə qədər pul xərclənəcəyini isə heç özüm də bilmirəm. Ancaq əminəm ki, futbolçularımız inkişaf etməyə davam etməlidirlər. Son matçlardakı məğlubiyyətlər – dünyanın axırı deyil. Biz nə qədər pul xərcləyəcəyimizə yox, hansı futbolçuların alınmağına diqqət yetirməliyik. «Arsenala» onun oyun üslubuna uyğun futbolçular lazımdır», – deyə məşqçi klubun rəsmi saytına bəyan edib.

«Bayernin» baş meneceri Uli Höness isə öz heyətlərinə qatmaq istədikləri Dieqonun artıq demək olar «Yuventusa» keçdiyi xəbərinə münasibətini bildirib.

«Mən isə sizə deyirəm ki, Dieqo «Bayernə» keçmək istəyir. Ancaq bu transfer baş tutmasa, biz «Barselonadan» Aleksandr Hlebi alacağıq. Bildiyimə görə, biz istəyən kimi, kataloniyalılar onu buraxmağa hazırdırlar, – Setanta Sports Hönessdən sitat gətirir.

«Milan» tərəfdən yenidən meydana çıxıb-çıxmayacağı haqda sulla üzləşən Alessandro Nesta, karyerasına son qoymayacağını bəyan edib.

«Futboldan ötrü elə darıxmışam ki. Sonuncu dəfə meydana çıxdığımdam artıq bir il ötüb. Yalnız ötən ay komanda ilə birgə yüngül məşqlərə başlaya bildim, və buna görə də, işıq ucu görünür. Bəlkə gələn mövsümün əvvəli sıraya qayıtdım», – deyə futbolçu Corriere dello Sport nəşrinə bəyan edib.

Yeri gəlmişkən, toqolu futbolçuya əvəz və alınmağı planlaşdırılan hücumçu qismində kimin olacağının Vengerin artıq qət elədiyi də bildirilir. Belə ki, Daily Mirror nəşri xəbər verir ki, Adebayora mümkün əvəz şəklində «Arsenal» «Zenitin» forvardı Pavel Poqrebnyakı nəzərdə tutub. Belə ki, Venger Andrey Arşavinin çox uğurlu çıxışından sonra, onun Piter klubunda əsas hücum həmyoldaşı olmuş rusiyalı forvardı da ələ keçirmək fikrindədir. Həm də, ən əsas amillərdən biri də odur ki, Poqrebnyakın bu il müqavilə müddəti başa çatır və o London klubuna əlinə pulsuz çata bilər. Poqrebnyakın özü isə hələlik «Zenitlə» müqaviləni uzatmaq istəmir.

Sport Mediaset xəbər verir ki, «Çelsi» yarımmüdafiəçisi Con Obi Mikelin agenti Con Şittu, müştərisinin Milan «İnterinə» keçidi müstəvisinda danışıqlara başlayıb. 5 il müddətinə nəzərdə tutulacaq sazişin dəyərinin 15 milyon avro təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, məhz «İnterin» baş məşqçisi Joze Mourinyo 2006-cı ildə Norveçin «Lün» klubundan onu transfer etmişdi.

«Yuventusun» qapıçısı Canluici Buffon isə Turin tiffozisini şoka salan açıqlamalarına aydınlıq gətirdi. Xatırladaq ki, Cici, klubda qalacağını rəhbərliyin transfer siyasətindən asılı olacağını bildirmişdi. Bundan əlavə, A seriyasının 34-cü turunda «Leççe» ilə görüşdə fasilə zamanı əvəzlənən Kamoranezi və Del Pyeronun soyunub-geyinmə otağında baş məşqçi Ranyerini uca səslə tənqid etmələrini eşidən Buffonun, matçın ikinci hissəsinə ovqatı təlx çıxdığı bildirilir. Belə ki, Materatsi-Zidan hadisəsindən sonra telegörüntüdən dodaq tərpənməyi ilə sözləri ayırd etməkdə ustalaşan İtaliya mətbuatı, bu vaxt Buffonun «mən artıq dözə bilmirəm, mən artıq dözə bilmirəm» deyə dolqundandığını iddia edir.

Bu dəfə də, qolkiper komandanın uğurlu gələcəyində əmin olmadığını bildirib.

«Mən «Yuventusun» sahibi Con Elkannla və icraçı direktor Jan-Klod Blanla söhbətləşməliyəm. Mən onlardan gələn mövsüm nə isə uda biləcəyimizə dair zəmanət istəmirəm. Lakin əmin olmaq istəyirəm ki, yaxın üç-dörd mövsüm ərzində trofeylər uğrunda mübarizə apara biləcəyik. «Yuventus» heç təsəvvürə gətirilə bilməz böhranla üzləşib. İldə bir böhran ola bilər, ancaq bu ilki kimi üç-dörd dənə yox», – Channel4 qolkiperdən sitat gətirir.

İtaliya mətbuatı Zlatan İbrahimoviçin «İnterdən» getmək əhval-ruhiyyəsində olduğunun növbəti sübutlarını tapıb. Corriere Dello Sport xəbər verir ki, müəyyən şərtlərlə «İnterin» artıq bu həftəsonu vaxtından əvvəl çempion ola biləcəyini vecinə almayaraq, Zlatan vaxtını İsveçdə keçirməyə üstünlük verib. Xatıradaq ki, «neradzurrilərin» özlərinin Veronada qalib gələcəkləri və «Milanın» «Yuventusdan» məğlubiyyət alacağı təqdirdə, Milan klubu çempionluq tituluna sahib olacaqdı. İbrahimoviçin özü isə turu diskvalifikasiyaya görə buraxırdı. Nəşr xəbər verir ki, belə davranış açıq şəkildə futbolçunun klubu dəyişmək istəyindən xəbər verir.

Roma «Latsiosunun» prezidenti Klaudio Lotito isə argentinalı forvard Mauro Sarateni almaq üçün hər bir şeyin etdiyini söyləyib. «Əlimizdən gələni etdik. İndi Qətər klubunun qərarını gözləməliyik», – Radio Anch'io Sport Lotitodan sitat gətirir. Xəbər verdiyimiz kimi, Qətərin «Əl-Sədd» klubunun futbolçusu Mauro Sarate, icarə əsasında Roma klubunda çıxış edir.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video