Florentino Peres Madrid «Realının» rəsmən prezidenti seçildi. Onun bütün rəqibləri seçkiqabağı kampaniya dövründə öz namizədliklərini geri götürüblər.
62 yaşlı Peres 2000-2006-cı illərdə artıq kluba rəhbərlik etmişdi. Onun başçılığı dövründə klub iki dəfə İspaniya çempionatı və bir dəfə Çempionlar liqasında qalib gəlib, Zinedin Zidan, Luiş Fiqu, Devid Bekhem, Ronaldo kimi ulduzlar «kral klubunun» formasını geyib.
Peres keçirdiyi ilk yığıncaq zamanı təyin etdiyi köməkçilərin adlarını açıqlayıb. Belə ki, «Realın» keçmiş futbolçusu Zinedin Zidanı Peres özünə məsləhətçi seçib, digər keçmiş futbolçu Xorxe Valdano isə baş direktor təyin edilib.
Xatırladaq ki, argentinalı Valdano «kral klubunun» şərəfini 80-ci illərdə qoruyub, Zidan isə «Yuventusdan» 2000-ci ildə «Reala» keçib.
Yeni prezident «Realın» rəsmi saytında «qalaktikosu» 21-ci əsrin ən güclü komandası etmək niyyətində olduğunu bildirib.
«Real» bütün şübhələri geridə qoyaraq, ona həmişə xas olan böyük məqsəd uğrunda irəliləməlidir – elə işləməliyik ki, 21-ci əsrin ən güclü komandasına çevrilək.
Növbəti dörd il ərzində dünyanın ən mötəbər klubuna rəhbərlik etmək çox şərəfli və eyni zamanda böyük məsuliyyət tələb edən addımdır. Biz bilirik ki, necə çətin zamanda gəlirik və bizdən nə gözləyirlər. Bütün gücümüzü səfərbər edərək işləyəcəyik.
«Real» futbol tarixində xüsusi yerə sahibdir, ona görə də həmişə nümunəvi olmalıdır. Biz anlamalıyıq ki, bu nüfuz ən böyük sərvətimizdir və ona klubun 107 illik tarixi boyu nail olmuşuq», – deyə Peres bəyan edib.
Artıq Manuel Pelleqrinini kluba baş məşqçi qismində gətirən Peresin mümkün oyunçu transferlərinə dair sanballı siyahısı da var.
Məşhur futbol agenti Ernesto Bronzetti bəyan edib ki, yeni prezident futbolçu alışlarına pulu əsirgəməyəcək.
«Peresin istədiyi futbolçuları almağa 250 milyon avrosu var. Onlar arasında Zlatan İbrahimoviç, Kaka, Frank Riberi və, əlbəttə ki, Kriştianu Ronaldu var. Ola bilər ki, onların hamısını almaq mümkün olmasın, lakin bu siyahıdan bir neçəsi «Realın» futbolçusu olacaq, Ronaldu ilə isə artıq müqavilə imzalanıb», – Goal portalı Bronzettidən sitat gətirir.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video