Futbol » Başqa futbol xəbərləri

Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

21 may 2009, cümə axşamı, 6:47

«Zenit» cari mövsümün ikinci hissəsini «Çelsidə» icarə əsasında keçirmiş «İnterin» yarımmüdafiəçisi Rikardu Kuarejmanın xidmətində maraqlıdır. Buna səbəb Arşavinin gedişindən sonra komandanın əsas oyun qurucusu Danninin zədələnərək mövsümün sonunadək sıradan çıxmasıdır. Üstəlik Timoşukun da yayda «Bayernə» keçəcəyindən narahat olan Piter klubu rəhbərliyi, zədələnən portuqaliyalı futbolçunun əvəzini onun həmyerlisində görür.

Portuqaliya futbolunun əfsanəsi Luiş Fiqu isə karyerasına son qoyduğunu bəyan etdi.

«Futbolçu həyatıma görə qürur hissi keçirirəm. Şadam ki, karyeramı «İnterlə» növbəti dəfə çempion olaraq yekunlaşdırıram.

Qərara aldım ki, Yaxın Şərqə və ya ABŞ-a getməyin yerinə karyeramı bitirsəm yaxşıdır. Nə isə qeyri-adi hadisə baş verməlidir ki, fikrimi dəyişəm. İndi rahatlanmaq və sörfinqlə məşğul olmaq istərdim. Son matça çıxacağım butsları isə ömrümün sonuna qədər saxlayacağam», – deyə Fiqu vətəninin A Bola nəşrinə bəyan edib.

«Barselona» «Çelsinin» müdafiəçisi Eşli Koula Kataloniyaya köçməyi təklif edib. Daily Express xəbər verir ki, futbolçudan razılıq alınacağı təqdirdə, klub «zadəganlara» 20 milyon funtluq təzminatla müraciət edəcək.

Koulu özündə saxlamaq istəyən «Çelsi» isə, futbolçu ilə müqaviləsinin başa çatmasına hələ iki il qaldığına baxmayaraq, ona yenisini imzalamaq təklif edir. The Guardian xəbər verir ki, müqavilə beş il müddətinə hesablanıb və Koulunun məvacibini həftəyə 80 000 funtdan 100 000 funtadək qaldırmağı nəzərdə tutub.

«Mançester Siti» öz rəsmi saytında «Barselonanın» futbolçusu Messiyə təklif etmədiyini bəyan edib. Marcа bu yaxınlarda xəbər vermişdi ki, Mançesterin ikinci komandası argentinalı üçün 150 milyon avrolarından keçməyə hazırdır.

Il Giorno nəşri isə xəbər verir ki, «Milanın» sahibi Silvio Berluskoni, rəhbərlik etdiyi Forza Italia siyası partiyasının nümayəndələri ilə nahar zamanı klubun futbolçusu Kaka ilə ayrılmaq istədiyini bildirib. Xəbər verdiyimiz kimi, «Milanın» prezidenti ilə yaxın əlaqələrdə olan «Realın» prezidentliyi kürsüsünə əsas namizəd Florentino Peresin, bu vəzifəyə seçiləcəyi təqdirdə braziliyalı pleymeykerə görə təkliflə müraciət edəcəyi gözlənilir.

Zlatan İbrahimoviçin mümkün gedişindən narahat olan «İnter», komandanın hücum potensialını zəiflətməmək üçün, forvardların axtarışına çıxıb. Corriere dello Sport nəşrinin verdiyi xəbərə görə, Dieqo Militonun ardından milanlılar «Tventenin» avstriyalı hücumçusu Marko Arnautoviçlə ilkin razılığa gəliblər. Futbolçunun agenti ilə danışıqlarda sazişin müddəti beş il müddətinə təsdiq edilib, futbolçunun illik məvacibi isə 2 milyon funt təşkil edəcək. Hollandiya klubu Arnautoviçə görə 15 milyon funt tələb edir, «İnter» isə məbləği 12 milyona saldırmaq niyyətindədir.

«Liverpulun» baş məşqçisi Rafael Benites bu yay klubun transfer rekordunu qıracağına söz verdi.

«Klubun tarixində ən bahalı futbolçu keçidini həyata keçirməyi planlaşdırıram. «Mançester Yunaytedin» rekodunu vurub ötməsək də (Berbatov – 30 milyon funt), yaxşı alış edəcəyik. Lakin əsas məsələ pulda yox, növbəti mövsümdə çempionluq yarışında irəli düşməyimizdi», – Sky Sports məşqçidən sitat gətirir.

Xatırladaq ki, Fernando Torresə görə mersisaydlılar 20 milyon funtlarından keçmişdilər. Yay transfer kampaniyasına əsas vəsaitin isə 11 futbolçunun satışından əldə olunacağı gözlənilir.

«Milan» isə öz xarizmatik və qalmaqallı liderlərindən biri Massimo Ambrozini ilə müqaviləni uzatmağa yaxındır. Futbolçunun agenti xəbər verib ki, bu yay başa çatacaq sazişi davam etdirməyə dair onlar artıq «Milan» rəhbərliyi ilə razılığa yaxındırlar.

Maraqlıdır ki, danışıqlar başlanıldığı dövrdə əzəli rəqib «İnterin» baş məşqçisi Joze Mourinyo da futbolçuya öz münasibətini bildirməkdən qalmayıb.

«Yadımdadı ki, bir dəfə Ambrozini «İnterin» 10 milyon azarkeşini təhqir etməkdən çəkinməyib. Lakin buna görə üzr də istəməyib. O xarizmatik və «Milana» lazım olan oyunçudur, lakin Milanda yaşadığına baxmayaraq, üzr istəməyi özünə sığışdıra bilmədi. Bir dəfə Samüel Eto’О da «Real» azakeşlərini təhqir etmişdi, ancaq sonradan onlardan üzr istədi. Ambrozini isə buna kişiliyi çatmadı».

Qalamaqala səbəb isə 2007-ci ildə Çempionlar liqasında qələbədən sonra Milan küçələrində avtobusla zəfər yürüşü zamanı, Ambrozininin başı üzərində «Lo scudetto mettilo nel culo» («Skudettonu ... soxun!») yazı parçasını İtaliya çempionu olmuş «İnterə» ünvanlaması olub.


«İnter» azarkeşlərinin ona nə cavab verdiyini aşağıdakı yazı parçasının ikinci sətirindən anlamaq çətin deyil.


İndi isə Ambrozinin o məşhur yazısı «Milan» azarkeşlərinin oxuduqları mahnının əsasını təşkil edir.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video