Futbol » Başqa futbol xəbərləri

«Çelsinin» Ançelotti ilə işbirliyi strategiyası, van Bastenin jurnalistlərdən orijinal qaçış yolu

20 may 2009, çərşənbə, 3:41

Times xəbər verir ki, «Çelsi» Karlo Ançelottiyə onun sadiq köməkçiləri Mauro Tassotti və Filippo Qalli ilə işləməyə razı olmadığını bəyan edib.

Əsasən Roman Abramoviçin işə qarışması sayəsində «Milanın» baş məşqçisi «Çelsidə» yayda boşalacaq çalışdırıcı vəzifəsinə əsas namizəd olaraq qalır, ancaq «zadəganlar» istərdilər ki, italiyalı mütəxəssis Rey Uilkins və Pol Klementdən ibarət məşqçi heyəti ilə işləsin.

«Milan» və İtaliya yığmasının keçmiş müdafiəçisi Tassotti, Ançelotti səkkiz il əvvəl «San-Siroya» gələndən bəri onun köməkçisi kimi fəaliyyət göstərir, karyerasının böyük hissəsini «Milanda» keçirmiş İtaliya millisinin daha bir keçmiş müdafiəçisi Qalli isə 2004-cü ildə oyunçu karyerasına son qoyduqdan sonra klubun gənclər yığmasını çalışdırıb, ötən ildən bəri isə əsas komandanın məşqçi heyətinə qəbul edilib.

«Çelsi», son bir neçə ildəki böyük dəyişiklliklər müqabilində, klubun məşqçi heyətindəki xələflik ənənəsini bərpa etmək niyyətindədir. Portuqaliya-braziliyalı heyət Joze Mourinyo ilə klubu tərk etdi və onları ötən il komandadan uzaqlaşdırılmış Stiv Klark və Henk ten Kate əvəzlədi. Onları isə, öz növbəsində, Luis Felipe Skolarinin braziliyadan olan kontingenti əvəzlədi və onlar da baş məşqçi ilə birgə fevralda istefaya göndərildi.

Klubun bəxti gətirib ki, Uilkinsin simasında italyan dilində danışan məşqçisi var və həm də rəhbərlik Qus Hiddinkin gənclər yığmasından əsas komandaya gətirdiyi Klementin işindən çox razıdır.

Ançelottinin qəti qərarı bazar günkü «Romaya» qarşı A seriyasının matçından sonra məlum olacaq, özü də Çempionlar liqasına birbaşa düşmək üçün komandaya yerdə qalan iki matçda yalnız bir qələbə gərəkir. Onun komandadan gedişi ehtimalı isə Qallinin Marko van Bastenlə nahar edərkən mətbuat tərəfindən yaxalandığından sonra daha da çoxalıb.

Bu yay «Ayaksdan» öz istəyi ilə istefa verən «Milanın» keçmiş hücumçusu, italyan jurnalistlərdən yaxa qurtarmaq üçün, restoranı mətbəxin pəncərəsindən tərk edib.

Qalli isə bunları söylədi.

«Onunla «Milanı» çalışdırmaq baxımından bir az söhbət etdik, ancaq əsasən «Ayaksdakı» işi barədə danışmışıq. Bilmirəm, Ançelotti ilə vəziyyət necə inkişaf edəcək.

Bircə onu deyə bilərəm ki, van Bastenlə klub hələlik əlaqə saxlamayıb. Bəs onda niyə o mətbəxin pəncərəsindən qaçıb? Yəqin ki, o bir az utancaq olduğuna görə, başqa səbəb yoxdur. Bəs yeməyin hesabını kim ödəyəcək? Biz belə qərara gəldik ki, bu onluq deyil».

«Yuventusun» baş meneceri Jan-Klod Blan isə Klaudio Ranyerinin istefa səbəblərini açıqladı.

«Əlbəttə, bu «Yuventusa» xas hərəkət deyil, ancaq bundan vacib olanı klubun Çempionlar liqasına düşməmək təhlükəsidir. Son matçlardan sonra dördüncü yerdə gedən «Fiorentinanı» cəmi bir xal qabaqlayırıq. Mövsümə ümumi qiymət verərək, biz Ranyerini istefaya göndərməyi qərara aldıq. Bu rəhbərlik heyətinin yekdil qərarı idi.

İndi əsas məqsəd mövsümü uğurla başa vuraraq, Çempionlar liqasında birbaşa çıxışa imkan verən üçüncü yeri tutmaqdır. Yeni baş məşqçi barəsində mövsümün sonunda xəbər veriləcək», – Il Giornale Blandan sitat gətirir.

Rusiyanın «Спорт-Экспресс» qəzetinin Belçika kral futbol liqasındakı mənbəsinə istinadən verdiyi məlumata görə, «Zenitin» baş məşqçisi Dik Advokat mütləq mövsümün sonunda klubu tərk edəcək. Deyilənə görə, məşqçi belçika tərəfi ilə artıq bütün məsələləri həll edib.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video