Futbol » Başqa futbol xəbərləri

Buffonlu-Del Pyerosuz «Yuventus»

15 may 2009, cümə, 6:24

«Mançester Yunayted» Braziliyanın «Korintians» klubunun 17 yaşlı müdafiəçisi Dodo ilə güclənmək niyyətindədir. Futbolçunun hələlik 18 yaşı bitmədiyindən, indi o «Yunaytedə» keçə bilməyəcək, ancaq 2010-cu ilin fevralından başlayaraq o, klubun tamhüquqlu futbolçusu olacaq.

Tuttosport xəbər verir ki, «Yuventus» Del Pyero ilə müqaviləni uzatmaq fikrində deyil. Qeyd edək ki, hal-hazırki saziş gələn mövsümün sonunadək nəzərdə tutulub. «Byankonerilər» heyətin gəncləşdirilməsi və xərclərin azaldılması kimi islahatlara başlamaq niyyətindədirlər və 34 yaşlı veteran futbolçu bu şərtlərin heç birinə cavab vermir. Həm də, Dieqonun alışından sonra, eyni mövqedə çıxış edən Del Pyero ilə braziliyalı futbolçunun eyni zamanda funksiyaları necə paylaşdıracaqları barədə mütəxəssislərin qaldırdıqları problem, hadisələrin belə gedişatı təqdirində təbii yolla yoxa çıxacaq. Onu da nəzərə alaq ki, Dieqo Del Pyerodan 10 yaşı kiçikdir. Futbolçunun özü yaranmış vəziyyəti şərh etməkdən boyun qaçırıb.

Bundesliqanın ən dəqiq snayperlərindən olan «Volfsburqun» bosniyalı hücumçusu Edin Zeko agentinin «Çelsi» ilə danışıqlara başladığını bəyan edib.

«Çelsi» tərəfdən maraq mənim üçün çox xoşdur. Artıq agentimlə «zadəganlar» arasında konkret danışıqlar keçirilib, ancaq nəticə barədə bir şey deyə bilmərəm. Mənim İspaniyadan və İngiltərənin digər klublarından da təkliflərim var və onları mövsüm başa çatandan sonra nəzərdən keçirəcəyik. Çempionluq yarışında diqqətimi toparlamalıyam», – deyə Zeko qeyd edib. Xatırladaq ki, mövsüm başa çatandan sonra baş məşqçisini də itirəcək «Volfsburq», «Bayernlə» eyni xal toplasa da, topların daha yaxşı fərqinə görə ilk pilləni tutur. Almaniyada isə yekunda məhz top fərqinin həlledici rol oynayacağını təxmin edirlər.

«Yuventusun» qapıçısı Canluici Buffon gələn mövsüm üçün planları haqda qərara gəldiyini bəyan edib. Qolkiper rəhbərlik ilə apardığı danışıqların müsbət həll olunduğunu qeyd edib.

«Rəsmən bəyan edirəm ki, gələn mövsümü də «Yuventusda» keçirəcəyəm. Klub rəhbərliyi ilə ciddi söhbətim olub və onlar məni inandırdılar ki, komandanı işıqlı gələcək gözləyir.

Mən bilmək istəyirdim ki, yaxın üç-dörd il ərzində klubun perspektivləri necə olacaq. Bircə mən yox, «Yuventusda» hamı istəyir ki, komandamız istənilən rəqiblə mübarizə aparmağa qadir olsun. Və məni inandırdılar ki, bu belə də olacaq.

İndi biz mövsümü bacardıqca yaxşı əhval-ruhiyyədə yola verməliyik. «Milanla» matç göstərdi ki, biz əvvəlki matçlara nisbətən daha yaxşı futbol göstərə bilərik», – Buffonun klubun rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video