Dahidirmi «Barselona»? Ümumiyyətlə yox, hal-hazırki. Əla oynayırlar. Əla. Bəs dahidilərmi? Məşhur jurnalist Vasili Utkinin sports.ru saytındakı bloqundan hazırki «Barselona», o cümlədən kataloniya komandasının misalında futbol taktikası və oyun quruculuğu haqda diqqətəlayiq fikirlərini təqdim edirik.
İndi bu barədə çoxlu müzakirələr aparılır. Səbəb də var, ancaq hələlik tezdir. Zaman göstərəcək. Titullarsız dahi komanda olmur, əlbəttə; terminoloji amil ilə mühakimə yürüdüləndə, şərtləri kifayət olanlara və zərurilərə ayırırlar – elə komandanın tarixdəki yeri barədə danışmaq üçün titulların mövcudluğu kifayət olan şərt olmasa da, zəruri olandır. Biz isə heç yerə tələsmirik, biz hələ baxacağıq. Düzdür, nəsə mənə elə gəlir ki, lap yaxın gələcəkdə titullar «Barsanın» əlindən heç bir yerə qaçmayacaq.
Xosep Qvardiola nə edib ki, komanda bax belə oyun göstərir? Sanki taktiki cəhətdən heç bir yenilik gözə çarpmır, eləmi? Elə yaxşıca alışlar edilsə də, komada sonuncu dahi «Barsanın» hər halda aparıcı fiquru olan Ronaldinyonu itirdi (düzdür, əvvəlcə Ronaldinyonu dünya futbolu itirmişdi, ancaq Barselonada yeni superkomandanın yaradılması baxımından bu amilin heç bir mənası yoxdur)... İndi bəs o nə etdi, debütant məşqçi? Biz cavab axtarırıq, ancaq tapa bilmirik. Hansı səbəb görə tapa bilmirik?
Əsasən ona görə ki, cavabı çox dar dairə çərçivəsində axtarırıq. İndiki vaxtda məşqçinin, və xüsusən də taktiki düzülüşün rolu şişirdilir. Arabir elə təəssürat yaranır ki, məşqçi üç-dörd rəqəmlə ifadə olunan hansısa bir yenilik gətirməyibsə (4-2-3-1, və ya 3-3-3-1, və ya 3-2-4-5-1, ancaq, deyəsən, bu çox oldu), taktikasevər kütlə arasında onu heç tanımayacaqlar da. Əslində isə, sözün dediyimiz dar mənasında, taktika – terminologiyadan başqa bir şey deyil, onun əhəmiyyətinin ucalması isə kompyuter oyunları şəklində ifadə olunan futbol menecerləri çıxandan sonra başlanılıb. Əslinə qalanda, taktika (yenə əlavə edirəm – sözün dar mənasında) – futbolun bəlkə də ən dərkedilən sahəsi, onun quruluş dünyasına ən əlçatan qapısıdır.
Həqiqətdə isə, taktiki düzülüş – meydanda sözün geniş mənasında reallaşdırılan taktikanın çoxlu sayda üsullarından yalnız birisidir. Bu reallaşmanın əsas üsulu isə – oyunçuların texniki ustalığı və konkret şəraitdə onların nəzəri cəhətdən hazırlığıdır. Yəni onlar sədəcə dərrakəli və təcrübəli yox, bu komandada bütün vacib epizodları, yaxşı olar ki, ümumiyyətlə bütün məsələləri, sinxron halda dərk etsinlər.
Məhz bu bugünkü «Barsada» da baş verir. O, birinci növbədə hər oyunçunun komandadan ayrılmaz surətdə meydanda hərəkət etməsi ilə xarakterizə olunur və bu onun komanda yoldaşlarının etdiklərini uğurla tamamlayır. Götürək, məsələn, Messini yox – aydındır ki, onun improvizasiyasından çox şey asılıdır. Götürək Yaya Tureni – zorlu olduğu qədər də, məzəli futbolçunu. Hər matçda, demək olar, meydanın mərkəzində topla əlləşir, və hər iki oyundan bir toru itirərək, öz qapısına sürətli əkshücum gətirir (düzdür, bunlar elə də vacib matçlarda baş vermir – başa düşür Yaya vəziyyəti). Hə, o dayaq yarımmüdafiəçisidir və topla da, əslinə qalanda, əlləşməli deyil. Məlum olan səbəblərə görə. Lakin! Axı başqa komandanın yox, o, məhz «Barsanın» dayaq futbolçusudur. Və əgər o yeri gələndə kimisə aldatmağı, hücuma qoşulmağı, topla işləməyi bacarmırsa – Barsanın nəyinə lazımdır ki... «Barsa» üçünsə bu çox vacibdir, çünki komandanın ön xəttinə açıq-aşkar güc və boy çatışmırdı. İndi mərkəzdə Ture və azca solda Keyta ilə «Barsa» bu amildə heç kimə uduzmur. Ümumiyyətlə heç kimə.
Mənə elə gəlir ki, Qvardiola məhz elə bunu gətirərək, komandanın oyununa əlavə edib. Geniş azadlığı və, deyərdim ki, oyunçuların fərdi imkanlarına olan marağı. Bir baxın: bütün komandaları sökürlər, oyunda isə heç bir az tənbəlləşən də əmələ gəlmir. Niyə? Çünki onların özləri üçün də bu maraqlıdır. Məgər indiki Qudyonsseni iki-üç il əvvəlki ürküdülmüş variantı ilə müqayisə etmək olarmı? Özü də bir halda ki, bir vaxtlar Eto’О-nun zədəsi ilə əlaqədar onun yarımmövsüm irəlidə təkbaşına oynamaq imkanı olub. İndi isə o ancaq yarımmüdafiəçidir – qat-qat güclü rəqabət olan şəraitdə. Deyərsən ki – titrə və əsəbləş; o isə İspaniyada ən uğurlu mövsümünü keçirir!
Anri də bambaşqadır. O, aydın məsələdir, uyğunlaşıb və ötən il də böyük oyunçu olaraq qalmışdır, lakin axı doğrudan da indi yepyeni tərzdə bizlərə aşkar olur. Birinci növbədə – snayper kimi. Bəli Samüel çox qol vurub; ancaq siz şansları reallaşdırma faizlərinə diqqət yetirin... Və onu da nəzərə alın ki, mövsümü hücumun sol cinahında ümumiyyətlə İnyesta başlamışdı, hansıki bu mövqeyə uyğunlaşaraq gözəl təsir bağışlayırdı! İnyesta yazın əvvəlində zədəsini sağaldıb qayıdandan sonra isə... Solda isə «asfaltdır». Vurub keçənməzsən. Mərkəzə qayıdıb, Keytanı heyətdən sıxışdırmalı oldu. Əladır, əladır Anri. Ümumiyyətlə, hücum üçlüyü qiyamətdir, bir-birlərini gözəl tamamlayırlar.
Qvardiolanın fəaliyyətindəki məqamlardan biri də sağ cinahda olan oyunun təkamül almasıdır. Əvvəlcə Daniel Alves və Messi orada baş-başa dəyərək, tez-tez bir-birlərinə maneçilik törədirdilər. Ancaq, indi məlum olur ki, onlar sadəcə orada bir-birlərinə uyğunlaşmalı idilər. Və artıq sağ cinahda təkcə onlara yox, lazım gəlsə Xaviyə də yer tapılır. Hələ bir çox başqalarına da. Sadəcə isinişiblər. Heç kim onlara heç nəyi qadağan etməyib və dar çərçivələr içinə sıxışdırmayıb.
Yeniləşmiş komandanın başlanğıc dövrlərində Puyolun da özünü necə hiss etməyini yada salmaq vacibdir. Kimdir Puyol? «Barselonanın» bayraqdarı, kapitanı, ürəyi və lideri. Əvvəlsə o sol cinaha göndərilmişdi. Bu hərəkətə getməyə Qvardiola ürək etməli, bunu Puyola düzgün başa salmalı idi (axı o sadəcə qəzəblənə bilərdi – heç vaxt orada oynamayıb)... Mərkəzdəsə Markeslə Pike işləməli idilər. Hər birini Puyolla bir yerdə istifadə etsən – keyfiyyət baxımından daha tarazlaşmış cütlük yaranar. Bəs niyə belə oldu? Çünki mərkəzdə Qvardiolaya ilk pası olan oyunçular lazım idi. Hücumun daha sürətli inkişafı üçün. Solda da, yaxşı olardı ki, Puyoldan daha güclü oyun aparan futbolçu oynasın, ancaq, digər tərəfdən, «Barsada» irəlidə «at oynadan» futbolçu nə qədər istəsəndir. Puyol isə öz işini ləyaqətlə gördü və oyunu ilə sübut etdi ki, o təkcə müəyyən işlərdə lazım olmaqla yanaşı, komanda yolunda öz mənliyini də basa bilər. Və yenə də hər şey Pepin istədiyi kimi alındı.
Və yaranan bu dördlük ilə «Barsanın» oyununu taktiki dillə ifadə etmək də çətindir. Müdafiəçilərin sayı dörddür, ancaq top onlara keçən kimi – Alves artıq müdafiəçi deyil, yerdə qalan üçlük isə meydan boyu düzlənir, sağa Pike (və ya Puyol) keçir, Markes mərkəzdə yerləşir, solu isə Puyol və ya Abidal tutur. Fikir verərsiz.
Əslinə qalanda, Pep Qvardiolanın belə dərin, incəlik üzərində qurulmuş işi ona görə də baş tutub ki, o, komandanı sıfırdan qurmağa başlamayıb. Oyunçuların düzülüşü bötüvlüklə Raykardda olandır. Yeri gəlmişkən, Franka, onun ilk ilində çox çətin idi – o gəlməmişdən əvvəl komanda uğursuz dönəmini yaşayırdı, Qvardiolasa çox yerində gəldi. Və ən maraqlısı elə buradadır! İndi mən hal-hazırki «Barsanın» uğurundan söhbət açmaq istəyirəm. O uğurdan ki, mövsüm başa çatmamışdan da danışmaq olar.
Qış fasiləsi sadəcə gurultulu yox, «Barselonada» cari vəziyyəti dağıtmaq təhlükəsi isə keçdi. Laportanın prezidentlik səlahiyyətlərinə dair səsverməni nəzərdə tuturam. O ki, az qala yerini itirəcəkdi – onun uzaqlaşdırılmasına minlərlə sosyos səs verdi, bu isə yarısından da çoxdur, və lazım olan üçdə ikiyə çatmaq üçün cəmi bir neçə faiz səs yetərli olmadı. Hunta da bötüvlüklə Laportanın gedişini tələb edirdi və etiraz əlaməti olaraq özü getdi. Yəqin ki, bunlara səbəb də vardı. Ancaq o qaldı. Bilmirəm, o nə demişdi və nəyə əsaslanaraq bunu etmişdi. Yəqin ki, – əşi, cəhənnəm olun – demişdi.
«Barsanın» indiki uğuru – ilk növbədə onun işidir. Çünki, komanda əsil sınaqlar dövrünü hələlik keçməyib. Məşqçi də eləcə. Bax, onlar, komanda və məşqçi barədə, biz hələ çox şeylər öyrənəcəyik, yaxşısını da, pisini də. Ancaq Laporta isə, altındakı kürsü vulkanı xatırladarkən, Kruiffə qalaq asdı; Beqiristaynı işindən uzaqlaşdırmadı – bir halda ki, idman direktoru vəzifəsində gözəl nitqlər söyləyə bilən adlı-sanlı veteranlar bir ətəkdir, ancaq qovaraq, bütün problemləri onun üstünə yıxmağa nə var idi ki; bax həmin o Laporta, bütün yükü öz belində daşıyaraq heç uf da demədi, indi hal-hazırda o qəhrəmandır. Artıq və dolğun. Nəticədə, komanda Beqiristayn tərəfdən keçən dəfəki işinə uyğun komplektləşdirildi, məşqçi də gəldi, necə lazımdı... Afərin.
Bu isə hədsiz vacibdir. Məsələn, «Realın» özünə məhz bu çatışmadı. Florentino gəlsə əgər... Biz növbəti bir-iki ildə elə bir döyüşün şahidi olardıq ki, İspaniyada yağışlarla bol qış dövrləri zamanı, leysan damcıları altında meydanlar tavatək çartıldayardılar.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video