İtaliyanın baş naziri və «Milanın» prezidenti Silvio Berluskoninin həyat yoldaşı Veronika Lario boşanmaya ərizə vermək qərarına gəlib. Deyilənə görə, Lario artıq vəkili ilə bu barədə söhbət edib. Ailə həyatının sona çatmasını Lario ilə Berluskoni arasında son vaxtlar yaşanan münaqişə ilə əlaqələndirirlər.
30 il birgə həyat sürmüş ər-arvadın boşanmasının maliyyə tərəflərini İtaliya mətbuatı hələlik açıqlamağa cürət etmir. Xatırladaq ki, 72 yaşlı nazir 6,5 milyard dollarlıq varidatla İtaliyanın ən varlı adamı hesab edilir. Ancaq dünyaya əsl italyansayağı qızğın boşanma tamaşası göstəriləcəyinə heç kim şübhə etmir.
«Mənim nikahım dağılıb. Mən bu kişi ilə daha bir yerdə qala bilmirəm», – deyə xanım bəyan edib. Onun sözlərinə görə, Berluskoninin əməllərinə göz yummaqdan artıq təngə gəlib. Son belə hadisə qismində o, ərinin «azyaşlı Noemi ilə intriqanı» göstərir. Hərçənd, adıçəkilən qız, 2009-cu il aprelin 26-da artıq öz həddi-büluğuna çatıb və taleyin gərdişinə görə elə həmin gün xanım Larionun səbr kasası dolub. Məsələ ondadır ki, Letisiyanın 18 yaşının qeyd olunması mərasimində Berluskoni də iştirak edib və Britaniya mətbuatının xəbərinə görə, gənc neapollu qıza brilyant boyunbağı bağışlayıb.
Mərasimdə iştirakına dair şərh verən Berluskoni qeyd edib ki, Letisiya və qohumları onun ailəsi ilə köhnə dostdurlar. Hərçənd, sinyora Berluskoni bununla razı deyil. «Onun bu ad gününə getməsinə mən sarsıldım. Nəzərə alın ki, o bizim uşaqlarımızın heç birinin 18 yaşı bitmələrinə dair mərasimlərdə iştirak etməyib». Uşaqlar – 24 yaşlı Barbara, 22 yaşlı Eleonora və 20 yaşlı Luicinin atalarının bu hərəkətinə dair nə düşündüklərindən mətbuatın hələlik xəbəri yoxdur.
Noemidən fərqli olaraq. «Onun mənim ad günümə gəlməsi əsl sürpriz oldu. «Papikimi» görəndə, məni hətta ağlamaq tutdu. Mən onu ölənəcən dəstəkləyəcəyəm. Onu adətən «prezidente» deyə çağırıram, ancaq hərdən özümdən asılı olmayaraq ona «papi» deyirəm. Hansı hədiyyəni o mənə bağışladı? O içəri girəndə əlində bir bağlama tutmuşdu», – deyə gənc qız «La Reppublica» nəşrinə verdiyi etiraf dolu müsahibəsində qeyd edir. Maraqlıdır ki, İtaliyanın ən nüfuzlu nəşrlərindən olan bu qəzetin sahibləri Berluskoninin siyasət səhnəsində rəqibləridirlər.
Sonra Noemi hədiyyəsini taxaraq, fotoşəkillər çəkdirib və onları internetə çıxarıb. Ancaq qalmaqal yaşanan kimi həmin şəkillərin hamısı silinib və indi nadir nüsxələri tapmaq mümkündür.
Münaqişənin başlanğıcını isə 2007-ci ildə baş vermiş hadisə ilə əlaqələndirirlər. Xanım o vaxt Avroparlamentə seçkilərdə iştirak etmək üçün ərinin model görgəmli qadınlar seçdiyindən narazılıq etmişdir. Nazir bunu «zövqsüz geyinən və üstlərindən pis qoxu gələn» parlamentariləri «savadlı və gözəl görkəmli» insanlarla əvəz etməsi ilə əlaqələndirmişdir. Ancaq xanım Lario, ərinin Avroparlamenti göyçək qızlarla bəzəməsini elə həmin «La Reppublica» qəzetində «həyasız cəfəngiyat» adlandırmışdır.
Elə həmin vaxt da, jurnalistlər bir rəsmi nahar vaxtı Berluskoninin gözəllik yarışmalarının iştirakçısı və teleaparıcı Mara Karfanyaya «Azad olsaydım – həmən sizinlə evlənərdim», deyə etiraf etməsini eşidiblər. Lario yenə də «La Reppublica»-ya məktubunda bu sözlərin onun xanım və ana ləyaqətinə toxunduğunu söyləyib və ondan üzr istəməsini tələb edib. Berluskoni də həmin qəzet vasitəsi ilə xanımına təsirli məktub yazaraq, ondan üzr istəyib. Ancaq nə xeyri? Bundan az sonra heç bir siyasi savadı olmayan Karfanya, telearıcılıqdan birdən-birə onun şəxsi mətbuat katibi və sonra İtaliya hökumətinin naziri vəzifəsinə qədər yüksəlir və bu keyfiyyətdə gözəllik yarışmalarının qaliblərindən olur.
Əvvəllər bu barədə o qədər də çox danışmağa üstünlük verməyən Berluskoni, artıq xanımının onu rahat buraxmamasından özü də təngə gəlib. Belə ki, dünən «Corriere della Sera» qəzetində nazir bu işlərə son qoyacağını bildirib. «Üçüncü dəfədir ki, o mənim başıma oyun açır. Özü də, seçki kampaniyasının ən qızğın çağında. Fikrimcə, bu artıq ağını çıxarmaqdır. O yox, indi mən boşanma tələb edirəm. İndi artıq Veronikanın özü məndən üzr istəyəcək». Yəqin, üç olay deyərkən, nazir Noemi Letisiyanın ad gününə getməsini, gözəl qadınların parlamentə dəvətini və Karfanyanı xoşladığına görə üzr istəməsini nəzərdə tutur.
Xatırladaq ki, Berluskoninin indiki vəzifəsini saxlayıb-saxlamayacağı bu ilin iyununda baş tutacaq Avroparlamentə seçkilərdən sonra bilinəcək. Hərçənd, uzun illərdir ki, onun bu əməllərinə İtaliyada öyrəşiblər. İtaliyada iki hal qızğın ehtirasla müşahidə olunur – futbol və qadınlar. Ona görə də, bu münaqişənin Berluskoniyə mənfi təsir göstərməyəcəyini təxmin etmək olar. Hələ bəlkə kömək də etdi.
Berluskoni və Lario:


Berluskoni uşaqları ilə birgə:

Berluskoninin nazir etdiyi teleaparıcı – Mara Karfanya:

Berluskoninin deputat etmək istədiyi italyan gözəlçələrindən biri – Eleonora Qaggioli:

Nəhayət, boşanmanın səbəbi – 18 yaşı təzəcə bitmiş Noemi Letisiya:


Berluskoni Noeminin həddi-büluğa çatması qeyd edilən ad günü mərasimində:

Şəkillər silinsə də, kimsələr onların bir neçəsini ələ keçirə bilib:


6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video