Berluskoni Ançelottini tənqid edir, yoxsa özü böhtana məruz qalır, Ranyeridən ötrü isə «Yuventus» rəhbərləri 10 saatlıq iclas keçirir - Idman.az 


Futbol » Başqa futbol xəbərləri

Berluskoni Ançelottini tənqid edir, yoxsa özü böhtana məruz qalır, Ranyeridən ötrü isə «Yuventus» rəhbərləri 10 saatlıq iclas keçirir

13 may 2009, çərşənbə, 7:10

Ötən gün də məşqçilər yerdəyişmələri baxımından zəngin olub. Bəlkə də, mövsümsonunun hadisələrlə ən zəngin günü. Bu da başa düşüləndir. Yay yaxınlaşdıqca, ehtiraslar da coşur, gələn mövsüm üçün qeyri-müəyyən perspektivləri olan klublar daha da qızğın fəaliyyətə girişir. Özü də, adətən, bu söhbətlərdə ən adlı-sanlı klubların adı hallanır.

Dünən, gecə saatlarında «Yuventusun» direktorlar şurasının 10 saata yaxın davam edən iclası yekunlaşıb. Xəbər verdiyimiz kimi, Turin klubu rəhbərliyi baş məşqçi Klaudio Ranyerini mövsümün sonunadək istefaya göndərməyi planlaşdırırdı. Ancaq, uzun müzakirələrdən sonra məşqçiyə mövsümün sonuna qədər dəyməmək qərara alınıb. Xatırladaq ki, «Qoca sinyora» çempionluqdan əlavə, «Milanla» həftəsonu heç-heçə edəndən sonra, ikinci pillədən də, demək olar, əlləri üzülüb. Bu azmış kimi, Çempionlar liqasında birbaşa iştirak hüququ verən üçüncü yerdən də «Fiorentinanın» onları sıxışdırmaq ehtimalı böyükdür.

İclas barədə sualları «Yuvenin» direktorlar şurasının üzvü Canpaolo Montali cavablandırıb.

«Müzakirə üçün çoxlu məsələlər var idi, ona görə də, 10 saat normal vaxtdır. Biz çox işləməkdən həzz alan insanlarıq.

Ranyeri hələlik baş məşqçi olaraq qalır. Mövsümün sonuna qədər onu tamamilə dəstəkləyirik, sonra isə müəyyən qərar qəbul edəcəyik. Biz mövsümü milanlılarla görüşü keçirdiyimiz əhval-ruhiyyədə başa vurmalıyıq».

Ancaq direktorlar şurasının heç bir üzvü Dieqo və Buffon ətrafında yaranan vəziyyəti şərh etməyib. Almaniya mətbuatı «Verder» futbolçusunun gələcək taleyi məsələsində iki cəbhəyə bölünüb: Kicker braziliyalı pleymeykeri «Yuventusa» göndərir, digər nüfuzlu nəşr Bild isə –«Bayernə».

«Şərhsiz», – Montalinin cavabı belə olub.

Rusiyanın «Советской спорт» qəzetinin məlumatına əsasən, bu günlərdə Belçika futbol federasiyasının nümayəndəsi Sankt-Peterburqa, «Zenitin» baş məşqçisi Dik Advokatla görüşməyə gələcək. Danışıqların mövzusu bu ilin sonuna qədər hollandiyalı mütəxəssisin klubda çalışmaqla birgə bu ölkənin yığma komandasına da rəhbərlik etməsi məsələsi olacaq.

Qəzet xəbər verir ki, Advokat ötən ayın sonu Belçika federasiyası ilə artıq ilkin danışıqlara başlayıb.

Xatırladaq ki, belçikalılar keçmiş baş məşqçi Rene Vandereykeni ötən ay istefaya göndəriblər və onun yerinə mütləq hollandiyalı mütəxəssisi çağırmaq istəyirlər. 62 yaşlı Advokatın özü də dəfələrlə yığma komandaya rəhbərlik etmək istəyindən xəbər verib, çünki, onun sözlərinə görə, yaşının bu çağında gündəlik aktiv məşqçilik fəaliyyəti göstərmək artıq ağırdır. Lakin, xatırlatmaq yerinə düşər ki, vətənində «pul hərisi» kimi tanınan Advokat, yığma komanda istəyinə baxmayaraq, iki il əvvəl Avstraliya yığmasını «atıb». Belə ki, 2006-cı ildə çalışdırdığı Cənubi Koreya yığmasının da iştirak etdiyi dünya çempionatından sonra, məşqçi «Zenitlə» birillik müqavilə imzalayıb və artıq mövsümün ortalarında Avstraliya yığması ilə də ilkin razılaşmaya imza atıb ki, Peterburq klubu ilə işdən sonra onlara rəhbərlik etsin. Ancaq, klub başında Advokatın fəaliyyətindən xoşu gələn «Zenit», daha sərfəli şərtlərlə sazişin müddətini uzatmağı təklif edib. Advokat isə avstraliyalılarla razılaşmanı «yaddan çıxararaq», Piterdə qalmağa üstünlük verib. Avstaliya futbol federasiyası Advokat və «Zeniti» beynəlxalq məhkəmə qarşısında cavab verməyə dəvət edəcəyi barədə hədələməsindən sonra, Qazprom onlara müəyyən vəsait ödəməyə məcbur olub. Bu hadisədən sonra, Advokat «Zenitlə» hər il birillik müqavilə imzalayır və onun vaxtı başa çatanda, daha da sərfərli şərtlərlə onu uzadır.

The Guardian xəbər verir ki, dünən axşam «Çelsinin» rəsmi nümayəndələri Karlo Ançelotti ilə «San-Sironu» «Stemford-Bricə» dəyişmək müstəvisində ciddi danışıqlar aparıblar.

Klub mövsümün sonuna üç həftə qalmış yeni məşqçi axtarışında nə qədər irəlilədiklərini özü üçün aydıınlaşdırmaq üçün, məşqçi ilə üzbəüz görüş keçirib. «Çelsi», dalbadal 8 il rəhbərlik etdiyi «Milanın» məşqçi ilə yeni müqavilə üçün danışıqlara başladığı barədə həftəsonu İtaliyada baş qaldırmış söhbətlərdən narahat olub.

«Biz mövsümü gözəl başa vururuq, nəticə göz qabağındadır. Mən «Milanın» məşqçisiyəm və hələ bir müddət bu işi yerinə yetirəcəyəm» – deyə məşqçi görüşdə xəbər verib. Dünənki gününü İtaliyanın şimalında yerləşən Vinçenzada keçirən 49 yaşlı məşqçi, hərçənd, bir müddət əvvəl İngiltərəyə köçməkdə maraqlı olduğunu bildirmişdi. Ancaq, komanda ilə işləri qaydaya düşdüyündən, indi 2010-ci ilədək «Milanla» qüvvədə olan müqaviləni uzada bilər.

İki mövsüm ərzində Ançelottinin «Çelsiyə» iki dəfə «yox» deməsi, london klubu rəhbərliyinin qanını qaraldıb, çünki ötən ay onların bəyanatlarından Çempionlar liqasının ikiqat qalibi ilə razılaşdıqları sezilirdi. Hətta danışıqlıqlara da start verilmişdi, və italiyalı mütəxəssisin «Stemford Bricdəki» məvacibi barədə də bir araya gələ bilmişdilər, ancaq son həftələr ərzində «Çelsinin» bu sövdanın uğurla başa çatacağına dair əminliyi azalıb.

Və, bunun nəticəsi kimi, Qus Hiddinkin gedişindən sonra boş qalan məşqçi kürsüsünə əsas namizədin «San-Sironu» tərk etmək istəmədiyi barədə bəyanatlarından təlaşa düşən «Çelsi», tələsik görüş təyin edib. Xatırladaq ki, bir müddət əvvəl Ançelotti demişdi: «Mən «Çelsiyə» getmirəm. Hələlik burada qalıram və biz artıq komandanın gücləndirilməsi işinə başlayırıq». «Yuventusla» bazar günkü heç-heçədən sonra isə bunları dedi: «Milanda» əvəzlənməyimin vaxtı hələlik yetişməyib. Avropada «Milanla» uğur əldə etmək daha asandır və ona görə də mən burada qalıram».

Qeyd olunan heç-heçə sayəsində, «Milan» məğlubiyyətsiz görüşlər seriyasını doqquza çatdıraraq, birillik fasilədən sonra Çempionlar liqasında iştirakı özünə təmin edib. Və alınmış vəziyyət Roman Abramoviçi narahat etməyə başlayıb. «Çelsinin» sahibi italiyalı mütəxəssisi hələ ötən il ələ keçirməyə ümidli idi, ancaq bu baş tutmayınca Luis Felipe Skolari ilə anlaşmalı oldu. Braziliyalının uğursuz fəaliyyətindən və Hiddinkin Rusiyaya qayıtmaq istəyindən sonra yaranmış vəziyyət Abramoviçi yenidən Ançelottiyə nəzər salmağa vadar edib, halbuki «Milanın» məşqçisi İtaliyadan kənarda heç vaxt işləməyib.

Bekhemin etirafından sonra məlum olub ki, Ançelotti hətta ingilis dilini öyrənməklə də ciddi məşğul olur. Ancaq o Londona köçməyə qəti surətdə etiraz etsə, boş top-məşqçilərin azlığı «Çelsi» üçün əsil problemə çevrilə bilər.

Və artıq dünən bu hadisə gözlənilməz davamını tapıb.

Belə ki, öz siyasi və ailə problemlərindən başı azacıq ayrılan kimi, «Milanın» sahibi Silvio Berluskoni, Ançelottini İtaliyanı şoka salan tənqid atəşinə tutub.

«Bu Ançelottinin günahıdır ki, biz Skudettonu bu il qazana bilməmişik. Heyətimizdə çoxlu sayda dahi futbolçular var. «Milan» çempionluq yarışında asanlıqla «İnteri» geridə qoymalı idi. Lakin, Ançelotti çoxlu sayda taktiki səhvlərə yol verib. O futbolçuların ən yaxşı tərəflərindən də üzə çıxara bilməyib».

İtaliya mətbuatı bu bəyanatın Ançelottinin «Milandakı» fəaliyyətinin sonu olacağını təxmin edir.

Lakin, La Repubblica nəşrində peyda olan bu sözləri daha heç kim eşitməyib. Məlum olduğu kimi, bu qəzet Berluskoninin siyasi müstəvidə rəqiblərinə aiddir və yayda baş tutacaq seçkilər qabağı bütün texnologiyalardan istifadə olunacağı gözlənilir.

«Milanın» vitse-prezidenti Adriano Qalliani də Berluskoninin sözlərinə fikrini bildirib.

«Prezident ilə bu gün söhbətləşə bilmədim, lakin əvvəlki günlərdə ünsiyyətdə olmuşdum. Və söhbətlərimiz zamanı səsləndirdiyi fikirlər, qəzetdə çıxan yazılarla heç üst-üstə düşmür.

Onun adına yazılan bu sözlər yalnız bir qəzetdə çıxıb, özü də siyasi bölmədə. Bu barədə daha heç bir şey əlavə edə bilmərəm» – deyə Qallianidən bəyan edib.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video