Futbol » Avropa kubokları

«Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

27 may 2009, çərşənbə, 6:35

«Barselonanın» rəsmi saytındakı yazını təqdim edirik.

Çempionlar liqasının Qrand-finalı. Avropanın, yəqin ki, ən yaxşı komandalarının üz-üzə gəlməsi bizə unudulmaz qarşıdurma ilə yanaşı, iki əsas ulduz – Lionel Messi və Kriştianu Ronaldunun parlaq duelini bəxş edəcək. Hansı komanda qalib gələcəksə, onun oyunçusu da dünyanın ən yaxşısı tituluna sahib çıxacaq. Hərçənd, finalın taleyini daha kiçik detalların həll edəcəyini yəqin etmək çətin deyil.

Hər iki komanda topla oynamağı çox sevir. «Barsa» həmişə belə oynayır, Ferqyusonun komandası isə, yəqin ki, təşəbbüsü rəqibə verməyə məcbur olacaq, lakin topu götürən kimi, öz cəld əkshücumları ilə rəqibi yaxalamağa çalışacaq.

Komandaların heyətlərində sürpriz isimləri çətin ki, tapacayıq. «Mançester Yunaytedin» yeganə dərd-səri diskvalifikasiya olunmuş Fletçeri əvəz etməkdir – bu ya Skoulz, ya da ki, Giqqz olacaq. «Barsa» üçün problem – Abidal və Alveşin yerini doldurmaqdır.

Adətən «Yunayted» 4-3-3 sxemi ilə çıxış edir, lakin topu itirən kimi, bu 4-5-1 çevrilir, yəni ki, kənar hücumçular geri çəkilərək, müdafiəyə kömək edirlər.

Qapını ikinci gəncliyini yaşayın hollandiyalı qolkiper Edvin van der Sar qoruyacaq. Onu təqdim etməyə ehtiyac yoxdur – çox güclü qapıçıdır, özü də həm əli, həm də ayaqları ilə gözəl oynaya bilir.

Müdafiənin sağ cinahı irlandiyalı О’Şiyə tapşırılacaq – təmkinli lateral, mövsüm ərzində Nevilli də, Braunu da heyətdən sıxışdıra bilib. Ferdinand və Vidiçin timsalında müdafiənin mərkəzi doğrudan da çox gözəl təsir bağışlayır. Hər ikisi əzmkar, güclü, havada yaxşı oynayan, oyunu oxuya bilən və bir-birlərini gözəl tamamlayan müdafiəçilərdir. Hərçənd, onların kiçicik bir problemləri var, əsasən də Vidiçin – müdafiə zonasından topu tez çıxara bilməmələri. Solda Avropanın ən güclü sol lateralllarından hesab edilən Patris Evra çıxacaq.

Məlum olduğu kimi, komandanın tarazlığını yarımmüdafiə təmin edir və mükəmməl texnikaya sahib Maykl Kerrik öz daimi yerdiyişmələri hesabına meydanın mərkəzinin əsas taktiki fiqurlarındandır.

Hücumda sağda Park, solda Runi oynayacaq. Yarımfinalda da belə idi, Roma da eyni hal təkrarlanacaq. Hər ikisi fədakar və müdafiəyə çox kömək edən futbolçulardır. Topu ələ keçirmək lazım gələndə onlar laterallara qoşularaq, komandaya rəqib üzərində sayca üstünlük qazandırırlar. Onlardan əsas Runi təhlükəlidir, çünki çox gözəl zərbəyə malikdir.

İrəlidə Kriştianu Ronaldu çıxış edəcək. Çətin ki, onu bir konkret mövqedə görək. Onun üstünlüyü – meydanboyu yerdəyişmələrdə tamamilə azad olması və yoldaşlarının paslarına daimi açılmasıdır. O, tarazlığı pozan və mükəmməl zərbəsi, başla gözəl oyunu və driblinqi hesabına hər tərəfdən təhlükə gətirə bilən futbolçudur.

«Yunaytedin» sərgilədiyi oyunun iki cəhəti diqqəti cəlb edir. Birincisi – topun rəqin qapısına çatdırılma sürəti. Ən adi misallardan biri – «Arsenalın» qapısına Ronaldunun keçirdiyi qol – komanda 3-4 ötürmə hesabına topu hücumçuya çatdırdı, o isə, öz növbəsində, işini uğurla yerinə yetirdi.

İkinci cəhət – Ronaldunun qazandığı cərimə zərbələri. Portuqaliyalı futbolçu özü qazandığı cərimə zərbələrini özü də yerinə yetirir. Və bu işdə (həm fol qazanmaq, həm də zərbəni yerinə yetirmək bacarığı) o özünü əsil usta kimi nümayiş etdirib.

Buna görə də, onlara uğurla müqavimət göstərmək istəyən komanda, ilk növbədə bu iki cəhətin həyata keçirilməsinin qarşısını almalıdır – birincisi, topu itirən kimi pressinq tətbiq etməli, ikincisi, cərimə meydançası yaxınlığında mümkün qədər qaydaları pozmamalı.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video