«Marsel», komandanı tərk edən Erik Geretsin əvəzinə Didye Deşamın gələcəyini rəsmən bəyan etdi. Artıq ikiillik müqavilə bağlanacağı barədə tərəflər razılığa gəliblər. Xatıradaq ki, Deşamın hələlik ən böyük məşqçi uğurları siyahısında 2003/04 mövsümündə «Monakonu» Çempionlar liqasının finalına (moneqasklar Mourinyonun «Portusuna» 0:3 hesabı ilə uduzublar) və 2006/07 mövsümündə Turin «Yuventusunu» A seriyasına çıxarmasıdır. Deşam yeni klubunun heyətində oyunçu qismində də çıxış edib. Belə ki, «Bordoda» keçirdiyi bir mövsümü çıxmaq şərti ilə Deşam «Marselin» 1989-1994 illər ərzində şərəfini qoruyaraq, klubla üç dəfə Fransa çempionluğu sevincini yaşayıb.
Daha bir Fransa klubu PSJ rəhbərliyi, bu il iyunun sonunda baş məşqçi Pol Le Quenlə müddəti başa çatan müqaviləni uzatmayacağını rəsmən bəyan edib.
«Klub üç illik birgə fəaliyyətdən sonra Pol Le Quenlə əməkdaşlığı davam etdirməyəcəyinə qərar verib. Növbəti baş məşqçinin adı yaxın həftələrdə açıqlanacaq. Mövsümün sonuna qədər isə Pol Le Quen baş məşqçi vəzifəsini icra edəcək.
«Pari Sen-Jermen» rəhbərliyi birgə əməkdaşlığa görə Pol Le Quenə təşəkkür edir. Onun zəhmətinin bəhrəsidir ki, onu əvəz edəcək mütəxəssis etibarlı klub əldə edəcək. Pol Le Quen komandaya çətin vaxtlarında kömək etdi və onun Fransanın ən güclü klubları siyahısına qayıtmağana yardımçı oldu», – deyə bəyanatda qeyd edilir.
Maraqlıdır ki, klub rəhbərliyi sonuna dörd tur qalmış Fransa çempionatının başa çatmasını gözləməyərək belə bəyanat verdi. PSJ liderlər «Marsel» və «Bordodan» 8 xal geri qalaraq, növbəti mövsüm Çempionlar liqasında çıxış etməyə imkan verən üçüncü pillədə qərarlaşan «Liondan» cəmi bir xal geri qalır.
«Yuventusa» yaxın Tuttosport nəşrinin məlumatına görə isə, klub hazırki baş məşqçi Klaudio Ranyerini mövsüm başa çatmasını gözləməyərək istefaya göndərəcək və onun yerinə «Qoca sinyoranın» əfsanəvi müdafiəçisi Çiro Ferraranı təyin edəcək. Deyilənə görə, «Leççe» ilə heç-heçə azarkeşlər və rəhbərliyin səbr kasasını daşdırıb. Bu baş verəcəyi təqdirdə, Ranyeri son 40 il içində mövsüm ərzində klubun istefaya göndərdiyi ilk məşqçi olacaq. Onun məsləhətçisi rolunda İtaliya yığmasının baş məşqçisi Marçello Lippinin çıxış edəcəyi istisna edilmir. Xatırladaq ki, bu yaxınlarda Lippi «Yuveyə» baş məşqçi qismində heç vaxt gəlməyəcəyini bəyan etmişdi.
Bu mövsüm uğurlu çıxışı ilə diqqətləri cəlb etmiş «Kalyarinin» baş məşqçisi Massimiliano Alleqri isə «Romanın» başına keçə bilər. Onlysoccer xəbər verir ki, klubun uğursuz çıxışına görə futbolçuları bir neçə gün bazada qapalı şəraitdə bağlayan xanım Sensi, Spallettinin işindən narazıdır.
6 iyun 2009, şənbə
4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər
4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir
5 iyun 2009, cümə
6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri
6:47 «Yuventusun» yeni məşqçisi
6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video
6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto
4 iyun 2009, cümə axşamı
6:38 Koul bir az da arıqlamaq istəyir
4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir
4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq
3 iyun 2009, çərşənbə
6:17 Kakanın transfer macəralarında yeni səhifə
6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır
6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi
2 iyun 2009, çərşənbə axşamı
6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi
6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi
6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto
6:08 Şayiələr çin olur
1 iyun 2009, bazar ertəsi
31 may 2009, bazar
5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr
5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi
30 may 2009, şənbə
7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar
7:06 Telman İsmayılov «Antalyasporu» alır?
29 may 2009, cümə
6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır
6:04 PSJ yeni baş məşqçi ilə tapışdı
28 may 2009, cümə axşamı
6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi
27 may 2009, çərşənbə
6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri
6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır
6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş
6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video
26 may 2009, çərşənbə axşamı
6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri
6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri
6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər
25 may 2009, bazar ertəsi
24 may 2009, bazar
4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi
22 may 2009, cümə
6:15 Mourinyo «Reala» «yox» dedi
6:13 Zidan Riberinin arxasınca yollanır
21 may 2009, cümə axşamı
6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir
6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır
6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu
20 may 2009, çərşənbə
3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü
3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video