Futbol » Başqa futbol xəbərləri

Avropada vinger trilleri

30 may 2009, şənbə, 7:25

Madrid «Realı» prezidentliyinə digər namizədlərin öz ərizələrini götürəndən sonra bu posta iddia edən yeganə isim rolunda çıxış edən Florentino Peres, öz gələcək fəaliyyətinin çərçivələrini cızdı.

«Əminəm ki, mən kluba gələndən sonra bir çox ulduz futbolçular Madrid klubuna keçmək istəyəcək. Qanuni olaraq prezident olmayanadək transferlər barədə son danışıqlar aparmayacağam. Lakin, deyə bilərəm ki, «Milan» rəhbərliyi ilə yaxından tanış olmağım Kakanın keçidini yüngülləşdirə bilər. Mən Qalliani ilə braziliyalı futbolçu barədə çox söhbət etmişəm.

Kriştianu Ronalduya gəlincə bu futbolçu da bizim maraq dairəmiz çərçivəsindədir. Xəbərim var ki, müqavilədə yazılıb ki, ona görə 80 milyon avro ödəniləcəyi halda, klub Ronaldunu buraxacaq. Gələn həftə bu barədə lazım olan maliyyə hesablamaları aparacağıq. Həm də, nəzərə alaq ki, yeni gələnlərin yerinə bir neçə futbolçunu da satmaq lazımdır. Bununla belə, heç kim şübhə etməsin ki, köməkçilərimlə birgə möhtəşəm layihə həyata keçirəcəyik.

Baş məşqçi postuna gəlincə, əlimizdə bir neçə nəfərin adı olan siyahı var, lakin yekun qərar hələlik verilməyib. Deyə bilərəm ki, o dünyanın ən yaxşı məşqçilərindən olacaq», – Sporting Life Peresdən sitat gətirir.

The Times xəbər verir ki, «Çelsi» Karlo Ançelottinin ən əsas transfer məqsədi kimi qələmə verdiyi Frank Riberini əldən buraxmaqdan ehtiyat edir, çünki fransız futbolçu 40 milyon funtdan artıq məbləğə Madrid «Realına» keçə bilər.

Gələn həftə «Çelsiyə» baş məşqçi təyin olunmağı gözlənilən Ançelotti, ötən həftə işıq üzü görmüş avtobioqrafiyasında qeyd edib ki, bir il əvvəl Roman Abramoviçlə «Stemford Bricdə» iş barədə söhbətləşəndə, «Bayernin» yarımüdafiəçisini komanda üçün ideal oyunçu olduğunu vurğulayıb. Ançelotti hesab edir ki, Riberi «Çelsiyə» komandanın can atdığı özünəməxsusluğu gətirə bilər, lakin «Real» futbolçu üçün daha böyük məbləğ təklif edir.

Əvvəlcə «Bayern» Riberiyə görə 50 milyon funt tələb edirdi, bu isə «Realın» 2001-ci ildə «Yuventusa» Zinedin Zidan üçün ödədiyi 45,6 milyon funtu ötərək dünya rekordu ola bilər, lakin ispan klubu bu məbləği bir az saldırmağa ümidlidir.

Ançelottiyə yeni komanda hazırlamaqda transferlər vasitəsi ilə kömək etməyi düşünən «Çelsi», bununla belə, Riberiyə görə 40 milyon ödəməkdən imtina etdi, bir halda ki, iki il əvvəl onu iki dəfə ucuz ala bilərdi. O vaxt «Marseldən» «Bayernə» keçən futbolçunu London klubuna da təklif etmişdilər, lakin «zadəganlar» onun yerinə Fransa komandasının digər futbolçusu Floran Maludanı almağa üstünlük verdilər, bunun isə tamamilə yanlış addım olduğu sonradan məlum oldu.

Bir halda ki, Riberi artıq Madridə yollanır, «Çelsi» ötən mövsüm birtərəfli təsir bağışlayan komanda oyununa əlavə sürət və genişlik gətirməyə kömək edəcək digər futbolçuları nəzərdən keçirir. Bu siyahıda ilk pillələrdən birini «Aston Villanın» vingeri Eşli Yanq tutur, lakin ona bəslənən ümidləri hələlik tam doğrultmayan 23 yaşlı futbolçu üçün «Çelsi» 20 milyon funtdan artıq ödəmək fikrində deyil, bir halda ki, birmingemlilərin daha artıq məbləğ oxumaları təxmin edilir. «Villa» futbolçunu saxlamaq üçün «Çelsiyə» sərf etməyən saziş təklif edəcək, – hamının yadındadır ki, ötən yay Qaret Berrini saxlamaq üçün klub «Liverpulun» 18 milyon funtluq təklifini rədd etmişdi.

Və bu vəziyyətdə ən ağılkəsən variant kimi «Çelsinin» Qus Hiddinkin təvsiyyə etdiyi Rusiya yığmasının yarımmüdafiəçisi Yuri Jirkovun alması görünür. Moskva OMİK-inin futbolçusunun müdafiə xəttində də gözəl çıxış etməsinə görə Riberiyə əsil alternativ kimi görünməsə də, Maluda ilə birgə güclü tandem yarada biləcəkləri ehtimal edilir.

Ançelotti həm də «Liverpulu» tərk etməsi güman edilən Xabi Alonsoda da maraqlı olduğunu diqqətə çatdırıb. Lakin, ispaniyalı futbolçunun satışının müqabilində Berrini almaq istəyən «Liverpula» «Realın» daha sanballı təklif ilə müraciət edəcəyi gözlənilir, həm də ki, Alonsonun özü də İspaniyaya qayıtmaq istəyir.

Maraqlıdır ki, Jirkov üstündə əsil mübarizənin başlandığı qeyd olunur. Rusiya saytları xəbər verirlər ki, Riberinin əvəzini rusiyalı futbolçuda görən «Bayern» rəhbərliyi artıq OMİK-ə rəsmi təkliflə müraciət edib. İngiltərə mətbuatı isə «Çelsinin» almanları qabaqlayaraq artıq vingeri aldığını iddia edir. Hələlik təsdiq edilməyən informasiyaya görə, Roman Abramoviçin klubu Jirkova görə 30 milyon dollar ödəyib. Hər halda, «Çelsinin» marağı olacağı təqdirdə «Bayernin» bu keçiddə uğuru sıfıra bərabərdir, çünki OMİK-in maliyyələşməsində Abramoviçə yaxın qurumların əli olduğu hamıya məlumdur.

«Qalatasarayın» Ruud van Nistelroy xülyaları isə son anda puç olub. Danışıqların son mərhələsində zədədən bərpa olan hollandiyalı futbolçu Madriddə qalmaq istədiyini bildirib. Sabah xəbər verir ki, istanbullular bundan sonra nəzərlərini «Sevilyanın» malili futbolçusu Frederik Kanuteyə yönəldiblər və artıq sevilyalılarla danışıqlara başlayıblar. Təsdiq olunmayan informasiyaya görə, hücumçudan ötəri «Qalatasaray» hətta liderlərindən olan Mehmet Topaldan da keçməyə hazırdır, halbuki, bu futbolçunun saxlanılmasını baş məşqçi vəzifəsinə namizəd Bernd Şuster əsas tələblərdən biri kimi nəzərə çatdırıb.

Telegörüntüdən insanların dediyini ayırd etməkdə ustalan İtaliya mətbuatı Çempionlar liqasının finalında təltifolunma mərasimi zamanı İtaliyanın baş naziri və «Milanın» sahibi Silvio Berluskoninin «Barselonaya» 0:2 hesabı ilə məğlub olan «Mançester Yunaytedin» yarımmüdafiəçisi Kriştianu Ronaldunun qulağına bir neçə söz pıçıldadığını görüb.

«Səni «Milanda» görməyimə çox şad olardım», – deyə Berluskoni öz istəyi barədə futbolçunu agah edib. Onun bu eyhamını isə Ronaldu təbəssümlə qarşılayıb.

Kakadan artıq əli üzülən Berluskoni onun yerinə yeni ulduzu almaq istəyi başa düşüləndir.

Madrid «Atletikosu» isə Avropanın ən perspektivli qapıçılarından sayılan «Valyadolidin» qolkiperi Serxio Asenyonu öz sıralarına qatıb. Futbolçu üçün mübarizədə «matrasçıların» «Barselona», «Mançester Yunayted», «Liverpul» kimi komandaları qabaqlaması qeyd olunur. Görünür, 19 yaşlı qapıçını adıçəkilən klublarda heyətə düşə bilməmək təhlükəsi çəkindirib, Kupeni itirən «Atletiko» isə bu yöndə ideal klub kimi görünür.

Sizin şərhiniz

Formalar

Axtarış forması
Giriş forması

Email:

Şifrə: Şifrəni xatırlat

Yadda saxla

| Qeydiyyat

Futbol

6 iyun 2009, şənbə

4:51 Moratti və Laporta İbrahimoviçə dair görüş keçiriblər

4:49 Raykard «Qalatasaraya» uğurlar vəd edir

5 iyun 2009, cümə

6:55 Kaka Abramoviçi pərt edib və digər transfer xəbərləri

6:47 «Yuventusun» yeni məşqçisi

6:46 Ən tez qırmızı vərəqə və ən qəribə təbrik - Video

6:43 Tiffozilər futbolçuların xanımlarını yerbəyer etdilər - Foto

4 iyun 2009, cümə axşamı

6:44 Ançelotti aktyor imiş

6:38 Koul bir az da arıqlamaq istəyir

4:29 «Real» hücumla birgə müdafiəni də gücləndirmək fikrindədir

4:25 «Qalatasarayın» yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq

3 iyun 2009, çərşənbə

6:17 Kakanın transfer macəralarında yeni səhifə

6:13 Almaniya və Fransada məşqçi istefaları tüğyan edir, «Fənərbaxça» öz köhnə-yeni məşqçisi ilə tapışır

6:08 Yoldaşlıq matçı. Türkiyə Azərbaycana qalib gəldi

2 iyun 2009, çərşənbə axşamı

6:24 Kualyarella «İnterdən» imtina edərək «Napoliyə» keçdi

6:23 Florentino Peres öz möhtəşəm layihəsi ilə «Realın» prezidenti seçildi

6:22 Hiddinkin sevinci, «Betis» fanatlarının faciəsi - Foto

6:08 Şayiələr çin olur

1 iyun 2009, bazar ertəsi

4:04 İtaliya çempionatı. A seriyası. 38-ci tur. «Fiorentina» «Milana» məğlub oldu, «Roma» «Torinonu» üstələdi və digər nəticələr

3:54 İspaniya çempionatı. Primera. 38-ci tur. «Deportivo» və «Barselona» heç-heçə etdilər, «Atletiko» «Almeriyanı» darmadağın edərək Çempionlar liqasına vəsiqə qazandı və digər nəticələr

31 may 2009, bazar

5:07 Türkiyə çempionatı. Superliqa. 34-cü tur. «Beşiktaş» «Dənizlispora» qalib gələrək çempion oldu və digər nəticələr

5:07 Fransa çempionatı. Liqa 1. 38-ci tur. «Bordo» «Kana» qalib gələrək çempion oldu və digər nəticələr

5:05 İngiltərə kuboku. Final. «Çelsi» «Evertona» qalib gəldi

30 may 2009, şənbə

7:25 Avropada vinger trilleri

7:12 «Milan» və «Yuventus» məşqçilərini tapdılar

7:06 Telman İsmayılov «Antalyasporu» alır?

29 may 2009, cümə

6:06 «Bordo» «Milandan» Qurküffu aldı, Deku «İnterə» keçməyə yaxındır

6:04 PSJ yeni baş məşqçi ilə tapışdı

28 may 2009, cümə axşamı

6:28 Zəng kimin üçün çalınır

6:20 Çempionlar liqası. Final. «Barselona» «Mançester Yunaytedə» qalib gəldi

27 may 2009, çərşənbə

6:35 «Barselonanın» «Mançester Yunayted» haqda fikirləri

6:32 «İnter» yaşlı futbolçulardan yaxa qurtarır

6:29 Ançelottini «Çelsiyə» Şevçenko düzəldirmiş

6:27 Meydanda saldıqları dava-dalaşa görə «Torinonun» yeddi futbolçusu cəzalandı - Video

26 may 2009, çərşənbə axşamı

6:45 Mourinyonun şantajı və günün məşqçi yerdəyişmələri

6:42 «Qalatasaray» van Nistelroya maraq göstərir və günün digər transfer xəbərləri

6:28 «Milanla» sağollaşan Maldinini azarkeşlər təhqir etdilər

25 may 2009, bazar ertəsi

6:20 Türkiyə çempionatı. Superliqa. 33-cü tur. «Beşiktaş» «Qalatasaraydan» üstün oldu, «Sivasspor» «Gənclərbirliyini» məğlub etdi və digər nəticələr

6:11 İngiltərə çempionatı. Premyer-liqa. 38-ci tur. «Nyukasl» və «Midlsbro» məğlub olaraq premyer-liqanı tərk etdilər və digər nəticələr

5:43 İtaliya çempionatı. A seriyası. 37-ci tur. «Milan» «Romaya», «Torino» «Genoaya», «İnter» «Kalyariyə», «Siena» «Yuventusa» məğlub oldular və digər nəticələr

5:30 İspaniya çempionatı. Primera. 37-ci tur. «Atletik» «Atletikoya» darmadağın oldu, «Vilyarreal» «Valensiyanı» məğlub etdi və digər nəticələr

24 may 2009, bazar

5:16 Fransa çempionatı. Liqa 1. 37-ci tur. «Bordo» «Monakodan» üstün oldu, «Nansi» «Marselə» yenildi və digər nəticələr

5:00 Almaniya çempionatı. Bundesliqa. 34-cü tur. «Volfsburq» «Verderi» darmadağın edərək çempion oldu və digər nəticələr

4:50 Azərbaycan kuboku. Final. «Qarabağ» «İnterə» qalib gəldi

22 may 2009, cümə

6:15 Mourinyo «Reala» «yox» dedi

6:13 Zidan Riberinin arxasınca yollanır

21 may 2009, cümə axşamı

6:52 Ranyeri «Yuventusu» «Latsioya» keçməyə imkan vermədiyini görə məhkəməyə verir

6:47 Fiqu futbola əlvida deyir, «Liverpul» tarixininin transfer rekordunu qırır

6:33 UEFA kuboku. Final. «Şaxtyor» «Verderə» əlavə vaxtda qalib gələrək turnirin qalibi oldu

20 may 2009, çərşənbə

3:53 Arşavin «Arsenala» onun kimi futbolçuları almağı məsləhət gördü

3:52 Braziliyalı futbolçu rəqibi ilə dalaşdığına görə 8 matçlıq cəza aldı - Video